Parazitologiya fənninin tədrisinə dair

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 8

Abstract

Xülasə Parazitar xəstəliklərin, hər şeydən əvvəl, malyariyanın və bağırsaq helmintozlarının sosial-iqtisadi əhəmiyyəti o qədər böyükdür ki, bu patologiya bir çox dünya ölkələrinin iqtisadi inkişafı üçün maneçilik yaradır. Qeyri-endemik ölkələrdə tropik parazitar xəstəliklərin gətirilmə halları insanların sağlamlığına ciddi zərər yetirir. Parazitar patologiyanın qlobal əhəmiyyətini nəzərə alaraq, əksər dünya ölkələri parazitar xəstəliklərlə mübarizə problemini qarşıya həll edilməli məqsəd kimi qoymuşlar. Parazitologiyanın öyrənmə obyekti olan protozoy xəstəliklər və hel­mintozlar infeksion patologiyanın mühüm hissəsini təşkil edir. Ümumdünya Səhiyyə Təşkila­tının məlumatına görə, dünyada 4,5 milyarddan çox insan parazitar xəstəliklərdən əziyyət çəkir. Rusiyada hər il bir milyona yaxın parazitar xəstə qeydə alınır. Onların həqiqi sayı 20 milyon nəfəri ötür. ÜST göstərir ki, helmintlər tərəfindən törədilən xəstəliklər ən əhəmiyyətli yoluxucu və para­zitar xəstəliklər arasında dünyada üçüncü, plazmodilər tərəfindən törədilən xəstəliklər ‒ dördüncü yeri tutur (müvafiq olaraq, 1,4 mlrd. və 600 mln. hadisə). Bütün bunlar tibb işçilərinin insanın parazitar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasının müasir prinsipləri ilə tanış olmasını şərtləndirir və onun tədrisini zəruri edir. Hazırlanmış yeni tədris proqramı ali tibb təhsili tələbələrinin tədrisi, həkimlərin diplomdansonrakı təhsili və müəllimlərin fəaliyyəti üçün tövsiyə olunur.

Authors and Affiliations

İbadulla Ağayev Azərbaycan Tibb Universiteti tibb elmləri doktoru Flora Tağıyeva Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Pəri İsaqova Azərbaycan Tibb Universiteti Əzimə Şıxəliyeva Azərbaycan Tibb Universiteti Zəminə Hüseynova Azərbaycan Tibb Universiteti

Keywords

Related Articles

AZƏRBAYCAN RESPUBLİKASININ ÜTT-YƏ ÜZVLÜYÜNÜN FAYDA VƏ RİSKLİ TƏRƏFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə İkinci dünya müharibəsindən sonra meydana gələn vəziyyətdən qurtulmağa çalışan bir çox ölkə azad ticarət təcrübələrini həyata keçirməyi seçmişdir. Bu istiqamətdə həyata keçirilən araşdırmalar və tətbiqlər zaman...

HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASİ XƏTTİNDƏ BİZNESİN İNKİŞAFI VƏ BU İSTİQAMƏTDƏ ŞƏFFAFLIĞIN TƏMİN OLUNMASI

Xülasə Heydər Əliyevin iqtisadi siyasətində şəffaflıq amilinin və biznesin inkişafında təhlükəsizlik siyasətində rolu xüsusilə Azərbaycanın iqtisadi və siyasi təkamülü kontekstində mühüm aktual mövzudur. 1993-cü ildə...

ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN ƏMƏK HÜQUQLARI VƏ MƏŞĞULLUĞU: MİLLİ VƏ BEYNƏLXALQ TƏCRÜBƏ KONTEKSTİNDƏ

Xülasə Əlilliyi olan şəxslərin məşğulluğu onların sosial müdafiəsi və ən müxtəlif sosial təminatları üçün xüsusilə əhəmiyyət daşıyır. Onların məşğulluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasında kvota sis...

Məhəmməd Tağı Sidqinin “Müxtəsər coğrafiya risaləsi” əsərində maraq doğuran terminlər

Xülasə Müxtəlif tarixi mərhələlərdə Azərbaycanda xalqımızın çeşidli yönlərdən, o cümlədən ana dili və maarif sahəsində inkişaf etməsi üçün çalışan çox sayda şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının ziyalıları, ixtis...

“KÖMƏKSİZ VƏZİYYƏT” ANLAYIŞININ NƏZƏRİ VƏ PRAKTİKİ İZAHI, QİYMƏTLƏNDİRİLMƏSİ VƏ EKSPERTİZASI İLƏ BAĞLI TİBBİ VƏ HÜQUQİ MEYARLAR

Xülasə Tədqiqatda “köməksiz vəziyyət” anlayışı müxtəlif müəlliflərin nəzəriyyələrinə, eyni zamanda qüvvədə olan qanunvericiliyə, xarici ölkələrin qanunvericilik bazasına istinad edilərək nəzəri və praktiki cəhətdən ət...

Download PDF file
  • EP ID EP747402
  • DOI 10.36719/2663-4619/105/37-42
  • Views 17
  • Downloads 0

How To Cite

İbadulla Ağayev Azərbaycan Tibb Universiteti tibb elmləri doktoru Flora Tağıyeva Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Pəri İsaqova Azərbaycan Tibb Universiteti Əzimə Şıxəliyeva Azərbaycan Tibb Universiteti Zəminə Hüseynova Azərbaycan Tibb Universiteti (2024). Parazitologiya fənninin tədrisinə dair. Scientific Work, 18(8), -. https://europub.co.uk/articles/-A-747402