Məhəmməd Tağı Sidqinin “Müxtəsər coğrafiya risaləsi” əsərində maraq doğuran terminlər

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 10

Abstract

Xülasə Müxtəlif tarixi mərhələlərdə Azərbaycanda xalqımızın çeşidli yönlərdən, o cümlədən ana dili və maarif sahəsində inkişaf etməsi üçün çalışan çox sayda şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının ziyalıları, ixtisasından aslı olmayaraq, əsas fəaliyyət sahəsi ilə birlikdə ana dilinin inkişafı və saflığı uğrunda imkan daxilində və bacardıqları qədər mübarizə aparmış, bu baxımdan müəyyən qədər əmək sərf etmişlər. Belə ziyalılardan biri də maarifçi, şair, nasir və publisist, pedoqoji fikir tari­ximizdə müstəsna yeri və rolu olan Məhəmməd Tağı Sidqidir. Elmi üslub XIX əsr Azərbaycan ədəbi dilində tam şəkildə formalaşmamışdı. Ona görə də bu dövrdə meydana çıxan dilimizə aid elmi əsərlərdə, “Əkinçi” qəzetində dilimizin termin mənbələri ilə əlaqədar ciddi iş aparılırdı. M. T. Sidqinin Azərbaycan dilinin terminoloji sisteminin yaradılması sahəsində özünəməxsus rolu olmuş­dur. M. T. Sidqi terminlərin işlədilməsinə diqqətlə yanaşmış, onların asan qavranılması üçün dilin bütün imkanlarından istifadə etmişdir. Ümumiyyətlə, o, həmvətənlərinin modernləşməsini zamanın tələbi olaraq görmüş, bu səbəbdən yeni nəsillərin elmi biliklərə yiyələnməsini vacib saymış, dünya elminə inteqrasiya üçün Azərbaycan dilinin terminlərlə zənginləşməsinə xüsusi önəm vermişdir. Təqdirəlayiq haldır ki, pedaqoq-şair termin yaradıcılığını, ilk növbədə, dilin öz daxili imkanları hesabına həll etməyə çalışmışdır.

Authors and Affiliations

Günay Ələkbərova

Keywords

Related Articles

Bitki sıxlığının tütün yarpağının məhsuldarlığına və keyfiyyətinə təsiri

Xülasə Kənd təsərrüfatında bitki sıxlığı müəyyən ərazidə bitən bitkilərin sayına aiddir və məhsulun keyfiyyətini şərtləndirən ən kritik amillərdən biridir. Bu amil bitkilərin bir çox inkişaf parametrlərinə, qida maddə...

Korporativ şəbəkələrdə AAA təhlükəsizliyə nəzarət xidməti

Məqalədə identifikasiya (authentication), autentifikasiya (authorization) və avtorizasiya (accounting) xidmətlərini göstərən AAA təhlükəsiz korporativ şəbəkə girişi təmin edən təhlükəsizlik komponenti araşdırılmışdır....

MÜASİR ALMAN DİLİNƏ DAXİL OLAN YENİ VƏ XARİCİ JARQONLAR (SLEQANLAR) VƏ ONLARIN DİLƏ TƏSİRİ

Xülasə Məqalə gənclərin müasir alman dilində olan danışıq və ifadə vasitələrinin öyrənilməsinə həsr edilmişdir. Sosial linqvistika, mədəniyyətlərarası ünsiyyət, ekolinqvistika və praqmalinqvistika sahəsində bilikləri...

Health Condition of Early Age Children Born With Intrauterine Infection

Abstract The article provides brief information on our study, a prognosis model was developed in order to reduce the risk of complications of intrauterine infections and the formation of chronic pathologies. Early age...

Dəniz suyunun termiki distillə texnologiyasında yanma məhsullarının tullantı istiliyindən istifadə etməklə ekoloji zərərin azaldılması

Təqdim olunan məqalədə elektrik stansiyalarının ikinci enerji ehtiyatları hesabına Xəzər dənizi suyunun termiki şirinləşdirilməsi prosesinin hesablama modeli verilmişdir. Termiki şirinləşdirmə ani qaynama buxarlandırıc...

Download PDF file
  • EP ID EP749469
  • DOI 10.36719/2663-4619/107/34-38
  • Views 36
  • Downloads 0

How To Cite

Günay Ələkbərova (2024). Məhəmməd Tağı Sidqinin “Müxtəsər coğrafiya risaləsi” əsərində maraq doğuran terminlər. Scientific Work, 18(10), -. https://europub.co.uk/articles/-A-749469