BÜNYATOVANIN UNİVERSAL TAQLARI İLƏ TƏBİİ AZƏRBAYCAN DİLİNİN EMALI VƏ SÜNİ DİLƏ ÇEVRİLMƏSİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3

Abstract

Xülasə Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs edilir. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP inkişafının vacibliyindən, ingilis, rus və Azərbaycan dillərinin milli korpuslarının yaradılmasında istifadə edilən taqlara nəzər salınlr. Bu taqlara alternativ olaraq Bunyatovanın yeni "x1-xn və y1-yn" "x0,1-xn və y0,1-y0,n" universal taqlarının hansı zərurətdən necə və nə cür yaradılması və harada tətbiq edilməsi haqqında qısa məlumat verilmişdi. Əsas hissə 3 bölümdən ibarətdir.1. Azərbaycan dilini morfoloji səviyyədə universal x və y taqlarla taqlanmasının metodologiyası. Bu bölümdə Azərbaycan dilinin qaydalarının təsnifatı və onlara taq (kod, işarə) verilməsində Bunyatovanın universal taqlarından necə istifadə edİməsi göstərilir. Universal taqlar rəqəmlərlə indeksləndirilmiş iki riyazi işarələrindən – x və y- dən ibarətdi. 2. İsveç gsixoloqu J, Piajenin idrak nəzəriyyəsinin anlamlarına əsaslanaraq Azərbaycan dilinin tamlıq modeli (ADTM) -təbii dil modeli qurulmuşdu. Bu modeldə x1-x11-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y1-y8 –lə dilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi. Azərbaycan dilinin tamlıq modelinə əsasan Lütfü –Zadənin qeyri səlis məntiqinin alətləri ilə Azərbaycan dilinin tamlıq və qeyri səlis modeli (süni dil modeli) (ADTvəQSM) yaradılmışdı. Bu modeldə x0,1-x1,1-lə dilin invariantı (sözün lüğət forması, kökü), y0,1-y0,8 –lə dilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi. 3 Hissədə natural və süni Azərbaycan dilinin morfoloji qaydalarının dilin təbii və süni modelində taq edilməsi, 11 nitq hissələrinin emalının nümunələri və dil trafaretlərinin nəyə xidmət etdiyi göstərilmişdi. 3-cü hissədə ADTvəQSM-nin qaydalarının taq edilməsinin nəticələri Azərbaycan ingilis və rus dillərinin morfoloji emalında istifadə edilən taqlarla müqayisə edilir. Dördüncü hissə universal taqlardan harada istifadə edilməsindən və onun əsasında yeni kompüter texnologiyalarının yaradılması barəsində bəhs edilir..

Authors and Affiliations

Fatma xanım Bunyatova

Keywords

Related Articles

BİRBAŞA XARİCİ İNVESTİSİYALARIN AZƏRBAYCAN İQTİSADİYYATINA TƏSİRİNİN TƏHLİLİ

Xülasə Bu məqalədə birbaşa xarici investisiyaların həcmi, inkişafı və Azərbaycan iqtisadiyyatına təsirləri təhlil olunub araşdırılacaqdır. Onu da qeyd edək ki, bu tədqiqat işində ilk növbədə Azərbaycan iqtisadiyyatı...

ŞİMAL REGİONU ÜZRƏ FƏALİYYƏT GÖSTƏRƏN QUM-ÇINQIL KARXANALARININ EKOLOJİ MÜHİTƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə Məqalədə şimal regionu üzrə qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində ekoloji mühitə göstərilən təsirlərdən bəhs edilir. Qum-çınqıl karxanaları müəssisələrində istismar zamanı norma və qaydalara riayət e...

KONSEPT TİPLƏRİNİ DİLDƏ VERBALLAŞDIRAN FRAZEOLOJİ VAHİDLƏR

Xülasə Məqalədə konseptin leksik-frazeoloji növü və onun kontekstdə təmsil olunması yollarından bəhs edilir. Burada leksik və frazeoloji tərkibə koqnitiv yanaşma müşahidə olunur. Məqalədə idiomların denatürasiya olunm...

Şagird motivasiyasının artırılması yolları

Xülasə Məqaləmizdə şagird motivasiyasını necə və hansı yollarla artırmaq barədə bəhs etmişik. Şagird motivasiyasını artırmağın bir çox yolları vardır; şagirdlərə təriflər söyləmək, əyləncəli oyunlar keçirtmək, mükafat...

Qafqaziya jurnalı və jurnalda Qafqaz birliyi məsələsi

Xülasə İkinci Dünya müharibəsindən sonra Almaniya, Türkiyə və bu kimi bir sıra Avropa dövlətlərində soyuq müharibə ilə əlaqədar hər iki tərəfin mövqeyi və mənafelərini öyrənmək mubarizəsi davam edirdi. Bu dövrdə ən ço...

Download PDF file
  • EP ID EP748932
  • DOI 10.36719/2663-4619/100/38-53
  • Views 41
  • Downloads 0

How To Cite

Fatma xanım Bunyatova (2024). BÜNYATOVANIN UNİVERSAL TAQLARI İLƏ TƏBİİ AZƏRBAYCAN DİLİNİN EMALI VƏ SÜNİ DİLƏ ÇEVRİLMƏSİ. Scientific Work, 18(3), -. https://europub.co.uk/articles/-A-748932