ŞİMAL REGİONU ÜZRƏ FƏALİYYƏT GÖSTƏRƏN QUM-ÇINQIL KARXANALARININ EKOLOJİ MÜHİTƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4
Abstract
Xülasə Məqalədə şimal regionu üzrə qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində ekoloji mühitə göstərilən təsirlərdən bəhs edilir. Qum-çınqıl karxanaları müəssisələrində istismar zamanı norma və qaydalara riayət edilmədiyindən, gətirilən materialla götürülən material arasında balans pozulduğundan, o cümlədən çayın yuxarı axarında gətirmə materialların yığılması səbəbindən çay yatağının kəskin erroziyaya məruz qalması, ekoloji tarazlığın pozulması, çaylarda dərin yarğanlar əmələ gəlməsi və infrastruktur obyektlərinə dəymiş mənfi təsirlərdən bəhs edilir. İstehsalat zərərlərinin kifayət qədər olması, qum-çınqıl karxanalarında baş verən qayda pozuntularının birbaşa ekoloji mühitə böyük təsir göstərməsi qeyd edilir. Qum-çınqıl karxanalarının ekoloji mühitə göstərdiyi təsirlərin təhlili bu günə kimi aktual olaraq qalır. İllər ərzində çay hövzələrində fəaliyyət göstərən karxanaların istismar qaydalarının tələblərinə zidd olaraq normadan artıq inert materialların götürülməsi nəticəsində respublikanın ekoloji təhlükəsizliyinə və infrastruktur obyektlərinə mənfi təsirləri daima olmuşdur. Çayların hövzəsində qum-çınqıl istismarı ilə məşğul olan karxanaların intensiv fəaliyyət göstərməsinin nəticəsində çay yatağının dərinləşməsi, çayların altından keçən kanalların dükerlərinin beton mühafizə qurğusunun (fiksatorun) özülünün yuyulması və qurğuların qəzalı vəziyyətə düşməsinə şərait yaradır. Karxanaların normativlərin sənədlərin tələblərinə riayət etməmələri səbəbindən çaylar öz məcrasını dəyişir və nəticədə hektarlarla torpaq sahəsi yuyularaq məhv olur, ekoloji tarazlıq pozulur, çayın flora və faunasına ciddi ziyan dəyir. Qum-çınqıl karxanalarında istismar norma və qaydalarına əməl edilməməsi nəticəsində ərazinin hidrogeoloji rejiminin pozulduğu, çayın məcrasının həddindən artıq genişləndiyi, çayın sahil xəttinin dayanıqlığının zəifləməsinə gətirib çıxardır.
Authors and Affiliations
Musa Hüseynov
REGULATIONS OF THE RADIOLYSIS PROCESS OF AQUEOUS SOLUTIONS OF ORGANIC POLLUTANTS OF DIFFERENT CONCENTRATION
Abstract The radiolysis process of aqueous solutions of oxalate and formic acids at 10-1÷10-5 M concentration was studied in this study by gamma irradiation. Obtained results were explained by the physico-chemical and...
Xəzər dənizi – Abşeron ərazisində gedən təbii proseslərin və antropogen fəaliyyətlərin ekoloji-iqtisadi aspektləri
Xülasə Məqalədə Xəzər dənizi və onun Abşeron sahillərində baş verən təbii və antropogen xarakterli dəyişikliklərin ekoloji və iqtisadi təsirləri araşdırılır. Xüsusilə Xəzər dənizinin səviyyə tərəddüdlərinin Abşeron y...
ELMİ TEXNİKİ TƏRƏQQİNİN YARATDIĞI YENİ ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ VƏ ONLARIN MALİYYƏLƏŞDİRİLMƏSİ
Xülasə Enerji maddi sivilizasiyanın mənbəyidir desək, yalan olmaz. Bütün mövcud olan varlıqların mövcudluğunu şərtləndirən ən əsas amillərdən biri də məhz enerjidir. Enerji müxtəlif formalarda ola bilər ki, bunun da b...
DÖVLƏTİN İNFORMASİYA SİYASƏTİNİN EFFEKTİV DÖVLƏT İDARƏÇİLİYİNƏ TƏSİRİ
Xülasə Məqalədə informasiya siyasətindən, dövlətin fəaliyyətlərinin şəffaflığı və hesabatvericiliyinin təmin edilməsində əhəmiyyətli rolundan bəhs edilir. Məlumatın açıqlığının və şəffaf şəkildə paylanmasının təmin ed...
“MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ – 140”. SOSİAL-FƏLSƏFİ GÖRÜŞLƏRİNƏ QISA ELMİ-NƏZƏRİ BAXIŞ
Xülasə Azərbaycan xalqının və Türk dünyasının böyük mütəfəkkiri, görkəmli dövlət xadimi, Millət Fədaisi M.Ə.Rəsulzadə ictimai-siyasi, elmi-fəlsəfi yardıcılığı ilə yanaşı, Azərbaycan tarixində ilk siyasi partiyanın yar...