ELMİ TEXNİKİ TƏRƏQQİNİN YARATDIĞI YENİ ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ VƏ ONLARIN MALİYYƏLƏŞDİRİLMƏSİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 1
Abstract
Xülasə Enerji maddi sivilizasiyanın mənbəyidir desək, yalan olmaz. Bütün mövcud olan varlıqların mövcudluğunu şərtləndirən ən əsas amillərdən biri də məhz enerjidir. Enerji müxtəlif formalarda ola bilər ki, bunun da biri elektrik enerjisidir. lternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühiti çirklənməkdən(torpaq, su, hava) qorumaq üçün Alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarını, (sularını) atmosferini daha çox çirkləndirir. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.
Authors and Affiliations
Mirisrail Ağazadə
The Environmental Impact of the Fashion Industry: The Necessity of Sustainability
Abstract This article explores the environmental damage caused by the fashion industry across six key areas. First, the fashion industry contributes significantly to carbon emissions, as cotton and synthetic fabric pr...
EU-AZERBAIJAN RELATIONS, ENERGY AND ARMENIA-AZERBAIJAN CONFLICT
Abstract Azerbaijan's relations with the European Union (EU) have developed progressively since the beginning of bilateral cooperation in the early 1990s. Since then, both sides have engaged in political discourse, co...
İnklüziv təlimin təşkili üsulları haqqında
Xülasə Məqalə təhsil sistemində böyük əhəmiyyət kəsb edən və müstəqil öyrənmə potensialını yüksəldən və hal-hazırda aktuallığı ilə seçilən inklüziv təlimin təşkili üsullarına həsr olunmuşdur. İnklüziv təlim, mənşəyin...
AZƏRBAYCAN DASTANLARINDA ANTROPONİMLƏRİN MÖVZU DAİRƏSİ VƏ FOLKLOR SEMANTİKASI
Xülasə Məqalədə Azərbaycan xalq dastanlarındakı antroponimlər tematik qruplar üzrə təsnif edilir, bu adların ritual-mifoloji, dini (sufi) semantikası və magik funksiyası öyrənilir. Şəxs adlarının insan-təbiət, fərd-t...
CRITICAL PEDAGOGY: GURANTEE OF QUALITY EDUCATION
One of the most important goals of teaching in the 21st century is the development of students' critical thinking skills and thus, create well-rounded, globally-minded citizens for the society. Critical pedagogy is a vi...