KOLİN KAEPERNİCK NÜMUNƏSİNDƏ İDMANDA İRQİ AYRI-SEÇKİLİYƏ QARŞI HÜQUQİ MÜBARİZƏNİN ANALİZİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 4
Abstract
Xülasə Müasir cəmiyyətlərdə müxtəlif irqlərə mənsub insanlar bir yerdə yaşaya bilsələr də, bəzən müxtəlif səbəblərdən irqçilik problemi ilə qarşılaşmalı olurlar. İdman bütün irqi yanaşmalardan asılı olmadığı üçün cəmiyyətlər arasında sosial-mədəni əlaqələr qurur. Buna baxmayaraq, idmanda zaman-zaman irqçilik problemləri müşahidə oluna bilər. Bu araşdırmada Amerikan Futbolu oyunçusu Kolin Kaepernickin məruz qaldığı irqçi davranlışların hüquqi analizindən danışılır. Belə ki, Amerikada baş verən irqçi davranışlara qarşı milli marş protestlərini başladan Kolin Kaepernick həmin protestlərdən sonra onun irqçi davranışlara məruz qalması nəticəsində oyunçusu olduğu “49 ERS” klubu ilə aralarındakı müqaviləyə mart ayında xitam verdikdən sonra maraqlı bir formada heç bir klub ilə müqavilə bağlaya bilməmiş və bunun səbəbinin klublar arasında əvvəlcədən onun heç bir kluba transfer edilməyəci barədə gizli formada razılığa gəldiklərini iddia edərək NFL-ə qarşı şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şikayətin məhz idman hüququ aspketindən analizi aşağıdakı məqalədə öz əksini tapmışdır.
Authors and Affiliations
Qəhrəman Rüstəmov
YARIMKEÇİRİCİ OPTİK KVANT GENERATORU VƏ ONUN ELEKTROENERGETİKA SİSTEMLƏRİNƏ TƏTBİQİ
Xülasə Optik kvant generatorların köməyi ilə böyük intensivlikli nöqtəvi və ya müstəvi işıq mənbələri almaq mümkün olur. Elektrik enerjisi yarımkeçirici kvant generatorları vasitəsi ilə işıq enerjisinə çevrilir. Belə...
LOGİSTİK ƏMƏLİYYATLARIN YERİNƏ YETİRİLMƏSİNDƏ NƏQLİYYAT VƏ EKSPEDİTOR SİSTEMLƏRİNİN ROLU
Xülasə Məqalədə nəqliyyat və ekspeditor sistemlərinin fəaliyyətinin ümumi məsələləri araşdırılmış, yük axınları üçün effektiv nəqliyyat və anbar xidmətləri sisteminin qurulmasının əsasları tərtib edilmişdir. Malların...
METHOD OF AUTOMATED SYNTHESIS OF OPTIMAL HEAT EXCHANGE SYSTEM
Abstract The production of heat exchange equipment for power plants, which is not a serial product for turbine plants, imposes increased requirements on the speed of modification of projects, multiple changes in the m...
ƏDƏBİ DİSKURSUN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ
Xülasə Ümumilikdə diskursun, xüsusən də ədəbi-bədii diskursun tədqiqinin əhəmiyyəti və aktuallığı əsaslandırılır. Müasir dilçilik elmində ədəbi-bədii diskurs anlayışının dərk edilməsinin nəzəri məsələləri işıqlandırıl...
REKLAM MƏTNLƏRİNİN DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ HAQQINDA
Xülasə Bu məqalədə reklam mətnlərinin linqvistik və üslub xüsusiyyətlərindən bəhs edilir. Müəlliflər reklam mətnlərini daha təsirli və yaddaqalan edən dil xüsusiyyətlərini təhlil edirlər. Xüsusilə, lüğət seçimi, allit...