Dini təhsilin tarixi-fəlsəfi və əxlaqi aspektləri
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 1
Abstract
Din fərdin mənəvi səviyyəsini yüksəltməklə yanaşı, insanlarda müəyyən bir dünyagörüşü formalaşdırır, dindar insanların həyat mövqeyini istiqamətləndirir, eyni zamanda mədəniyyətin məzmununu zənginləşdirir. Lakin bəşər tarixində din adı altında qanlı müharibələrin də baş verməsi danılmaz bir faktdır. Bu baxımdan dinin mənasını düzgün dərk etmək, müxtəlif dinlərə qarşı dözümlülük mühitini yetişdirmək və s. kimi mövzuların öyrənilməsi baxımından dini təhsilin düzgün aparılması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqalənin məqsədi müxtəlif ölkələrdə dini təhsilin tənzimləməsi ilə bağlı ən yaxşı təcrübələri öyrənməkdir. Dini təhsil geniş mənada ümumi dini təlimlərin, dini ayinlərin, dini adətlərin, dini anlayışların, din tarixinin tədris edilməsidir. Dar mənada, dini təhsil dedikdə isə yalnız müəyyən bir dinin və ya inancın insanlara aşılanması və öyrədilməsi nəzərdə tutulur. Tədqiqatın məqsədi dini təhsilin formalaşması və inkişafı xüsusiyyətlərinin tarixi-fəlsəfi təhlilindən ibarətdir. Dini dünyagörüşünün formalaşmasının mühüm aspektləri, dini təhsilin cəmiyyətdə rolu, din və əxlaq, Avropa ölkələrində dini təhsilin mühüm xüsusiyyətləri, İslam dinin tədrisi tarixi də tədqiqatda öz əksini tapmışdır. Dini təhsilin tarixi-fəlsəfi aspektləri P. L. Berger, R. Debre, H. G. Heymbrok, A. A. Leviçkaya, C. T. Şeylke, R. M. Biqnova, P. Şrayner, C. Oruç, C. Hall, F. Şveyçer və başqalarının əsərlərində geniş şəkildə araşdırılmışdır. Ölkəmizdə bu sahədə araşdırma aparan tədqiqatçılar içərisində Z. Bünyadovun, Ə. Qurbanovun, R. Əliyevin, E. Səmədovun, A. Məmmədovun və başqalarının adını qeyd etmək yerinə düşərdi. Tədqiqatın obyektini dini biliklərin ötürülməsinin konkret tarixi formaları təşkil edir. Tədqiqatın predmeti isə dini təhsilin meydana gəlməsi, inkişafı və dini biliklərin tədrisindən ibarətdir.
Authors and Affiliations
Rəhim Həsənov
BRETTON WOOD ACCORDS AND FOMATION OF IMF AND WB
Abstract The Bretton Woods system was a monetary management system established in 1944, in the aftermath of World War II. Under the Bretton Woods system, other countries could exchange their dollars for gold at a fixe...
ÖLKƏDƏ BİOENERJİ ÜÇÜN XAMMAL EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ
Bioenerji canlı və ya yaxınlarda yaşayan orqanizmlərdən, məsələn, bitki və heyvanlardan gələn üzvi maddə olan biokütlədən əldə edilən enerjidir. Biokütlə yanma, qazlaşdırma, fermentasiya və anaerob həzm kimi müxtəlif pro...
UŞAQLARDA ROTAVİRUS İNFEKSİYASININ MÜXTƏLİF VARİANTLARININ KLİNİKİ-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ MÜALİCƏ TAKTİKASI
Uşaq yaşlarında baş verən infeksion patologiyada virus diareyaları xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işdə uşaqlarda rotavirus infeksiyasının epidemioloji-kliniki xüsusiyyətləri və müalicəsi öyrənilib. Müəyyən olunub ki...
EMOSİONAL SÜNİ İNTELLEKT VƏ ÜNSİYYƏT
Xülasə Emosional Süni İntellekt (ESI), insan emosiyalarını anlamaq, təhlil etmək və hətta bəzən emosional cavablar vermək üçün istifadə olunan texnologiyalardır. Bu texnologiyalar geniş spektrumdakı mətn, səs və görün...
QLOBAL MƏDƏNİYYƏT MİLLİ MƏDƏNİYYƏTLƏRƏ TƏHDİD KİMİ
Beynəlxalq münasibətlər müstəvisində dövlətlərə təsir edən bir çox faktorlar var. Bu faktorlar dünya inkişaf etdikcə yeni forma alır və anlam qazanır. Hazırda dünyada gedən əsas tendensiya qloballaşma prosesidir. Qloball...