İNGİLİS DİLİNDƏ SÖZ YARADICILIĞININ QEYRİ-ƏSAS NÖVLƏRİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 12
Abstract
Xülasə Dil ən mobil və daim dəyişən sistemlərdən biridir və daim dəyişən tarixi, iqtisadi, mədəni şəraitlə əlaqədar olaraq dilin həm tərkibi, həm də quruluşu dəyişir. Dilin həyatın dəyişən xüsusiyyətlərinə uyğunlaşdırılması prosesində cəmiyyətin fəaliyyətinin bu mərhələsində aktual olan yeni sözlərin yaranması yolu ilə yenilənir. Dildə yeni sözlərin yaradılmasında bir sıra məhsuldar vasitələrlə yanaşı az məhsuldar olan növləri də mövcuddur. Söz yaradıcılığının qısaltmalar, səs təqlidi, klipinq kimi qeyri-əsas növlərinin tam xarakteristikasını vermək olduqca vacibdir. Odur ki, qeyri-əsas növləri söz yaradıcılığının əsas növlərindən fərqləndirən amilləri öyrənmək məqalənin mövzusunun aktuallığını təmin edir. Məqaləni yazarkən, qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün müxtəlif metodlardan istifadə məsələsi çox mühüm amil olmuşdur. Bu səbəbdən, bu məqaləni yerinə yetirərkən, biz, mövzuyla əlaqədar təsviri, komponentlərin təhlili və kontekstual metodlardan istifadə etmişik. Bu məqalənin yazılmasında başlıca məqsəd söz yaradıcılığının ikinci dərəcəli növlərinin onun əsas növlərindən fərqli cəhətlərini müəyyənləşdirməkdir.
Authors and Affiliations
Nuri Ələviyyə
MÜXTƏLİF MƏNŞƏLİ SİMMENTAL CİNSİNİN BUZOVLARININ BÖYÜMƏ VƏ İNKİŞAFININ MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə Məqalədə müxtəlif mənşəli Simmental cinsinin buzovlarının inkişafı, eksteryeri və böyuməsinin öyrənilməsinin nəticəsi təqdim olunur. Tədqiqat işi İmişli rayonu ərazisində yerləşən mütərəqqi modern standar...
ƏRZAQ MƏHSULLARININ BAZAR DİNAMİKASI
Xülasə Bazarın məkan təhlili onun miqyası və strukturu ilə müəyyən olunur. Bazarın strukturu konyunkturanın əsas keyfiyyət göstəricilərindən biridir. O, bazarın əsas proporsiyalarını, xüsusi halda isə onun əmtəə struk...
NANOTEXNOLOGİYANIN TƏTBİQ SAHƏLƏRİ
Xülasə Araşdırmada məqsəd mikrotexnologiyadan nanotexnologiyaya keçid dövründəki prosesləri tədqiq etməkdir. Həmçinin araşdırmada əsas iş müxtəlif elm sahələrində nanotexnologiyanın sınaqdan keçirilməsi üsullarını öyr...
MAIN TRENDS IN RISK MANAGEMENT IN PUBLIC ADMINISTRATION
The article analyzes the main trends in risk management in public administration, which currently have significant importance in the formation of a quality system capable of increasing the overall performance and efficie...
LOGİSTİK ƏMƏLİYYATLARIN YERİNƏ YETİRİLMƏSİNDƏ NƏQLİYYAT VƏ EKSPEDİTOR SİSTEMLƏRİNİN ROLU
Xülasə Məqalədə nəqliyyat və ekspeditor sistemlərinin fəaliyyətinin ümumi məsələləri araşdırılmış, yük axınları üçün effektiv nəqliyyat və anbar xidmətləri sisteminin qurulmasının əsasları tərtib edilmişdir. Malların...