Arbitraj və mülki iddia icraatı: beynəlxalq qaydalar və Azərbaycan qanunvericiliyi

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9

Abstract

Xülasə Qeyd edilməlidir ki, arbitraj ölkəmizdə geniş tətbiq edilməsə də, dünyada mübahisələrin arbitraj məhkəmələrində baxılması daha geniş yayılmış təcrübədir. Bununla əlaqədar, dövlətlər arbitrajla bağlı müvafiq qanunvericilik aktları qəbul etmiş, öz qanunvericiliklərini bu sahədə olan beynəlxalq qanunlara uyğunlaşdırmışlar. Dünya iqtisadiyyatında lider olan iri korporasiyalar və kommersiya subyektləri mübahisələrin həll edilməsində arbitraj məhkəmələrinə müraciət etməyə üstünlük ve­rirlər. Bunun səbəbi arbitraj məhkəmələrində mübahisələrə vaxta qənaət edilməklə, obyektiv və ağlabatan müddət ərzində baxılması ilə əlaqədardır. Eyni zamanda arbitraj məhkəmələri müba­hisələrə baxılması tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və qeyri-dövlət təsisatı olaraq arbitrajda qəbul olunan qərarlara etimad daha yüksəkdir. Eyni zamanda qərarların icrası daha realdır və ağlabatan müddətdə icra edilməsi ehtimalı böyükdür. Son dövrlərdə Azərbaycan qanunvericiliyi daha təkmilləşdirilir, beynəlxalq tələblərə uyğun­laşdırılır və beynəlxalq təcrübə nəzərə alınır. Son dövrlər qəbul edilmiş belə mütərəqqi qanunlardan biri də 26 dekabr 2023-cü il tarixində təsdiq edilmiş “Arbitraj haqqında” Azərbaycan Respub­likasının Qanunudur (bundan sonra Arbitraj haqqında qanun). Bu qanun Azərbaycan Respubli­kasında arbitraj məhkəmələri tərəfindən mübahisələrə baxılmasına, məhkəmələrin yardım və nəzarət funksiyalarını həyata keçirməsinə, xarici arbitraj qərarlarının tanınmasına dair münasibətləri tənzimləyir («Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu, 2023). Bu sahənin ölkəmiz üçün yeni olmasına baxmayaraq, arbitrajın ölkəmizdə inkişafı ilə bağlı əməli addımlar atılmaqdadır. Hazırda ölkəmizdə mübahisələrə mülki məhkəmə icraatı qaydasında, daha dəqiq desək, iddia icraatı qaydasında məhkəmələrdə baxılmasına üstünlük verilir. Bu məqalənin məqsədi arbitraj məhkəmələrində mübahisələrə baxılması ilə birinci instansiya məhkəmələrində mübahisələrə baxılmanın oxşar və fərqli xüsusiyyətlərini aşkara çıxarmaq, Arbitraj haqqında qanunun beynəlxalq arbitraj qaydaları ilə əlaqəsini müəyyənləşdirmək, beynəlxalq arbitraj qaydalarının yaranmasının və inkişafının təhlilini aparmaq, eyni zamanda arbitraj məhkəmələrində işə baxılmanın üstün cəhətlərini üzə çıxartmaqdır. Məqalədə BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının arbitraj qaydalarının yaradılması, inkişaf yolu, Azərbaycanın Arbitraj haqqında qanunvericiliyi ilə bağlılıqları aydınlaşdırılacaq, arbitraj və kommersiya məhkəmələrində işə baxıl­ması zamanı həyata keçirilən prosessual hərəkətlərin təhlili aparılmaqla, mübahisəyə baxılmanın nəzəri və praktiki tərəfləri aydınlaşdırılacaq, kommersiya məhkəmələrinin yardım funksiyaları araş­dırılacaq. Eyni zamanda arbitraj məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmələr tərəfindən ta­nınmasının və icra edilməsinin mexanizmlərinə aydınlıq gətiriləcək.

Authors and Affiliations

Bəhruz Orucov

Keywords

Related Articles

RUHUN SƏSİ

Xülasə Bu məqalə müasir dövr rəssamlarından olan Röya Həsənin yaradıcılığından bəhs edir. Məqalənin birinci səhifəsində rəssamın həyatı haqqında tədqiq olunmuş məlumatlar öz əksini tapır. Rəssamın yaradıcılığı və fəal...

TƏHSİL MARKETİNQİ VƏ İDARƏETMƏ

Xülasə Sürətlə inkişaf edən təhsil sektorunda marketinq və idarəetmə strategiyaları institusional uğurun və tələbə cəlbinin formalaşmasında mühüm rol oynayır. Məqalədə müasir institutların dəyişən bazar tələblərinə və...

THE ROLE OF ASIAN COUNTRIES IN THE GLOBAL OIL MARKET

Abstract The research paper presents the results of the study of the practical role and place of Asian countries in the world oil market. The indicator of the volume of average daily oil production of Asian countries...

AZƏRBAYCANDA TURANİMASİYA FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

Xülasə Azərbaycanda turizm animasiyasının inkişafında qədim sivilizasiyaların rolu ölkənin turizm sektoruna müasir texnologiyaların və kreativ yanaşmaların tətbiqi ilə innovativ və xoş təcrübələr təqdim etmək məqsədi...

İNGİLİS DİLİNDƏ ALINMA İFADƏLƏR VƏ ONLARIN BƏZİ XÜSUSİYYƏTLƏRİNƏ DAİR

Xülasə Məqalədə ingilis dilində istifadə edilən sözlər və ifadələr analizə cəlb edilmişdir. Məqalədə bir çox dillərdən, fransız, latın, ispan, alman, italyan dillərindən keçmiş alınma ifadələr analiz edilərək, tərcümə...

Download PDF file
  • EP ID EP747435
  • DOI 10.36719/2706-6185/39/55-67
  • Views 31
  • Downloads 0

How To Cite

Bəhruz Orucov (2024). Arbitraj və mülki iddia icraatı: beynəlxalq qaydalar və Azərbaycan qanunvericiliyi. Ancient Land, 6(9), -. https://europub.co.uk/articles/-A-747435