AZƏRBAYCAN DİLİNDƏ ALINMA SÖZLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİ
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 6
Abstract
Xülasə Xarici dövlətlər ilə olan əlaqələr müxtəlif sahələrdə təcrübə və mübadiləni də özündə əks etdirir. Bu sahələrdə əldə edilən təcrübələr və yeniliklər Azərbaycan dilinə daxil olaraq, dilimizin lüğət tərkibini zənginləşdirir. Həmçinin, yeni texnologiyaların adlandırılması, elmi terminlərin daxil olması, beynəlxalq elmi məqalələrin dilimizdə tərcümə olunması dilimizin zənginləşməsinə səbəb olur. Azərbaycan dilində alınma sözlərin linqvistik xüsusiyyətlərinə dair məqalədə dilin beynəlxalq münasibətlərdə inkişafı vurğulanır. Məqalədə ölkənin dünyaya inteqrasiyası, beynəlxalq əlaqələrin genişlənməsi, texnika və elmin təsiri altında dilin zənginləşməsi və inkişafından bəhs edilir. Bu proseslərin nəticəsi olaraq Azərbaycan dilinə dilin lüğət tərkibini genişləndirən müxtəlif sahələrdən sözlər daxil olur. Məqalədə alınma sözlərin dilə zənginlik gətirdiyi, mədəni mübadilələr və beynəlxalq əlaqələrin dilə olan təsirini vurğulayaraq, bu sözlərin dilin dinamikliyini və effektivliyini artırdığı vurğulanır. Həmçinin, məqalə ictimai-siyasi və iqtisadi leksika sahəsində alınma sözlərin çoxsaylı variantlarının mövcud olduğunu və bu sözlərin müxtəlif sahələrdə geniş istifadə olunduğunu göstərir. Bu məqalə alınma sözlərin Azərbaycan dilindəki əhəmiyyətini və onların linqvistik xüsusiyyətlərini aydın şəkildə izah edir və bu sözlərin dilin inkişafında, genişlənməsində necə böyük bir rol oynadığını sübut edir.
Authors and Affiliations
Nişanə Kərimova
XX-XXI ƏSRLƏRDƏ NAXÇIVANIN MUSİQİ İFAÇILIQ SƏNƏTİ
Xülasə Məqalədə XX-XXI əsrlərdə Naxçıvan musiqi ifaçılığının inkişafı ilə bağlı mədəniyyətin bütün sahələrinə müraciət edərək, bu mövzunu bir neçə istiqamətdə araşdıraraq, Azərbaycan musiqişünaslığında xalq musiqisi,...
Ультраструктурные особенности воздействия системного воспаления на кардиомиоциты
В данной статье рассматриваются изменения, вызванные действием липополисахарида (эндотоксина) на миокард. ЛПС вызывает внутриклеточную транскрипцию ряда медиаторов воспаления путем взаимодействия с рецепторами многих т...
Texnologiya və iqtisadiyyat: rəqəmsal inkişafın təsiri
Rəqəmsal texnologiyalar Ümumi Məqsədli Texnologiyalar (GPT) hesab edilir, çünki onlar zamanla inkişaf edir və müxtəlif sahələrdə inkişafa təkan verir. Araşdırmalar göstərir ki, internet və digər informasiya-kommunikasi...
MALİYYƏ MENECMENTİNDƏ PUL AXINLARININ TƏŞKİLİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Xülasə Məqalədə müəssisələrdə effektiv şəkildə pul axınlarının təşkilinin təmini və onun optimallaşdırılması, bununla birlikdə pul vəsaitlərinin hərəkət anlayışı, onların uyğunluğu və optimallaşdırılması ehtiyacı müza...
PARAZİTAR XƏSTƏLİKLƏRİN YENİ BİOMARKERLƏRİ VƏ ONLARIN İMMUNOMODULYATOR ƏHƏMİYYƏTİ
Xülasə Ekzosomlar 1980-ci illərin əvvəllərində müşahidə olunmuşlar. Bütün eukariot və prokariot hüceyrələr ekzosom sekresiya edirlər, onlara orqanizmin bioloji mayelərində rast gəlinir və replikasiyaya qadir deyillər....