AZƏRBAYCAN, TÜRK VƏ UKRAYNA ATALAR SÖZLƏRİNİN “DİLDÖNMƏZ” DAVRANIŞ MODELLƏRİ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7

Abstract

Xülasə Bu araşdırmada indiyədək heç bir akademik mənbədə rast gəlinməyən Azərbaycan, türk və ukrayna atalar sözlərinin “dildönməz” davranış modelləri tədqiq edilir. “Dildönməz” “l” və “r” samitləri işlənməyən sözlərdən düzələn əsərlərə verilən ümumi addır. Mətndə hər hansı bir hərfdən və ya bir neçə hərfdən istifadənin imtina edilməsi hadisəsinə hələ antik dövr mənbələrində rast gəlinir. Buna ingilis dilində “lipogram”, almanca “leipogramm”, fransızca “lipogramme”, ispan və portuqal dillərində “lipograma”, rus dilində “липограмма” deyilir. “Cənnət də bu dünyadı, cəhənnəm də” (Azərbaycan), “Ecel geldi cihana, baş ağrısı bahane” (Türkiyə) və “Сам живи й іншим не заважай” [Bear and forbear] (Ukrayna) atalar sözlərinin heç birində “l” və “r” samitləri işlənməmişdir. Bir çox müəlliflər yazır ki, Azərbaycan aşıq poeziyasında yalnız Aşıq Ələsgərin yaradıcılığında tək bircə “dildönməz” nümunə var. Əslində bu, dildönməz yox, dildönəndir. Hesab edirik ki, onların tədqiqi həm dilimizin gözəlliyini, həm də zaman-zaman dilimizdə yaradılmış mənəvi sərvətləri qoruyub saxlamaq, eləcə də folklor tarixinin ümumi mənzərəsini aydın təsəvvür etmək baxımından maraqlı və zəruridir. Bu isə problemin aktuallığına dəlalət edir.

Authors and Affiliations

Xankişi Məmmədov

Keywords

Related Articles

YAZININ YARANMASI VƏ İNKİŞAFI

Xülasə Cəmiyyətin inkişafı nəticəsində indi istifadə etdiyimiz üsul - hərflə yazı, yaxud yazı üsulu üstünlük təşkil edir. Yazının nə olduğunu ensiklopediyadan öyrəndik. Yazı, zaman və məkanda istənilən məsafədə olan m...

BƏRK CİSİMLƏ ÇEVİK SAPIN TOQQUŞMASI VƏ BU PROSESİN RİYAZİ MODELLƏŞMƏSİ

Xülasə Müasir sənayenin müxtəlif sahələrində elastiklikdən əlavə özlülük xüsusiyyətlərinə malik olan materiallardan da istifadə olunur. Buna görə də bu materialların, liflər şəklində, verilən formalı cisim ilə zərbə v...

OPTIMIZATION AND MECHANISTIC INSIGHT INTO REACTIVE ORANGE-16 DYE ADSORPTION FROM AQUEOUS SOLUTION USING ACID-MODIFIED PLANT-DERIVED BIOCHAR

Abstract Reactive dyes (about 50%) enter the environment through wastewater. Various physical and chemical treatment processes currently in use for dye effluent treatment are time-consuming, cost-intensive, and less e...

Теоретические основы проектирования модели Геоинформационной системы для решения задач ДЗ по исследованию пространственно-распределенных объектов и ресурсов

Резюмэ Аэрокосмический мониторинг основного района региона требует постоянного наблюде­ния за изменением ряда индикаторных характеристик, современного климата, оценки аре­алов распространения различных типов раститель...

Z-MƏNTİQİ ÇIХARIŞA ƏSASLANAN İNTELLEKTUAL İDARƏETMƏ SİSTEMİNİN MОDELLƏŞDİRİLMƏSİ

Xülasə Ənənəvi qeуri-səlis məntiq уanaşması qərar qəbul etmək üçün qeуri-səlis çохluqlarda üzvlük dərəcələrini təmsil edən dəqiq ədədlərdən istifadə edir. Bununla belə, aуdın ədədlər real dünуa prоblemləri ilə bağlı q...

Download PDF file
  • EP ID EP747649
  • DOI 10.36719/2789-6919/35/9-13
  • Views 30
  • Downloads 0

How To Cite

Xankişi Məmmədov (2024). AZƏRBAYCAN, TÜRK VƏ UKRAYNA ATALAR SÖZLƏRİNİN “DİLDÖNMƏZ” DAVRANIŞ MODELLƏRİ. Scientific Research, 4(7), -. https://europub.co.uk/articles/-A-747649