BƏRK CİSİMLƏ ÇEVİK SAPIN TOQQUŞMASI VƏ BU PROSESİN RİYAZİ MODELLƏŞMƏSİ
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7
Abstract
Xülasə Müasir sənayenin müxtəlif sahələrində elastiklikdən əlavə özlülük xüsusiyyətlərinə malik olan materiallardan da istifadə olunur. Buna görə də bu materialların, liflər şəklində, verilən formalı cisim ilə zərbə vurulduğu zaman fiziki vəziyyətinin təyin olunmasına ehtiyac yaranır. Təqdim olunan məqalə bu məsələlərdən birinə həsr olunur, yəni çevik özlüelastik (Maksvel tipli) sapın bərk paz və ön hissəsi müstəvi şəkilli pazla normal, sabit sürətli zərbə zamanı özünü necə aparması tədqiq olunur. Bütün hallarda sap zərbə endirən cismin səthinə söykənir. Məqalədə çevik sapa eninə zərbə nəzəriyyəsindən lazımi məlumatlar verilir. Burada sapın kəskin kəsilmə cəbhəsinin önündə və arxasında hərəkət tənlikləri də verilmişdir. Kəskin zərbə dalğasına, sapın qırılmasına və zərbə nöqtəsinə qoyulan şərtlər müəyyən olunmuşdur. Eyni zamanda məqalə xətti, özlüelastik (Maksvel tipli) sapa pazla normal zərbə məsələlərinə və səs sürətindən böyük, eləcə də kiçik rejimlərdə sapın qırılmasına və ondan sonrakı hallarda sapın vəziyyətinə həsr olunmuşdur. Bu cür məsələlərin həlli dalğa mexanikasının inkişafından əlavə, müxtəlif mühəndis problemlərinin həllində, müxtəlif texnoloji məsələlərin həllində də istifadə oluna bilər.
Authors and Affiliations
Tahir Məmmədov, Elçin Cavadov, Gülçimən Əhədova
QƏDİM TÜRK SÖZLƏRİNİN DİALEKT FONETİKASINDA SƏSARTIMI HADİSƏSİNİN TARİXİ-LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Xülasə Tarixən və çağdaş dövrdə müəyyən sözlərin müxtəlif sözlərinə səsartımı hadisəsinin təzahürü canlı danışıq dili üçün təbii hal olmuşdur. Qədim türk sözlərinin fonetik tərkibini tədqiq edərkən burada müasir ədəbi...
Horizontal şaşılıklarda gözün aksiyel uzunluğunun cerrahi başarıya etkisi
Bu çalışmada amacımız göze ait biyometrik özellikler ve ekstraoküler kas konfigürasyonunun horizontal şaşılık cerrahisi başarısındaki etkisini değerlendirmektir. Kliniğimizin Şaşılık Birimi’nde horizontal şaşılık nedeni...
FİBER OPTİK RABİTƏ SİSTEMİNİN İNKİŞAFI, TƏRKİBİ VƏ XÜSUSİYYƏTLƏRİ
Xülasə Fiber optik rabitə müasir rabitə şəbəkələrinin əsas ötürmə vasitəsidir. Onun inkişaf tarixi cəmi bir və ya iki onillikdir. O, üç nəsil yaşayıb: qısa dalğalı multimod lifi, uzun dalğalı multimod lifi və uzun dal...
PROBLEMS OF ADMINISTRATIVE RESPONSIBILITY OF MINORS
Abstract This article discusses the administrative responsibility of minors. On the basis of research, the features were identified both in the order of attraction and in the types of penalties that can be imposed for...
REAL VAXTDA OBYEKTİN AŞKARLANMASI METODLARI
Xülasə Real vaxtda obyektin aşkarlanması tətbiqləri əhatə edən kompüter görməsinin mühüm aspektidir. Buna əsas nəqliyyat vasitələri, müşahidə, robototexnika və artırılmış reallıq aiddir. Bu iş real vaxtda obyekt aşka...