AZƏRBAYCAN VƏ AMERİKA PREZİDENTLƏRİNİN ÇIXIŞLARINDA SİYASİ METAFORALARIN ƏSAS MƏNBƏ DOMENLƏRİ

Journal Title: Ancient Land - Year 2023, Vol 5, Issue 11

Abstract

Xülasə Müasir metafora nəzəriyyəsinə görə, metaforizasiyanın əsasını iki konseptual sahənin - mənbə sferasının və hədəf sferasının (və ya maqnit sferasının) qarşılıqlı əlaqəsi təşkil edir. Bu anlayışlar metaforanın fəaliyyətini başa düşmək üçün Lakoff və Conson tərəfindən təqdim edilmişdir. Müəlliflər onları bir mücərrəd sahənin (hədəf sferasının) konkret sahə (mənbə sferası) baxımından dərk edilməsi prosesini təşkil edən metaforanın iki komponenti kimi müəyyən etmişdir. Metafora cəmiyyətin müxtəlif təbəqələrinin siyasi baxışlarına təsir vasitəsi kimi siyasi liderlərin nitqində fəal şəkildə istifadə olunur. İctimai şüuru manipulyasiya etməkdə, tamaşaçıların müəyyən bir fenomenə və ya hadisəyə müsbət münasibətini, habelə müvafiq emosional fonu formalaşdırmaqda ən çox maraqlı olan siyasətçilərdir. İctimai nitqdə metaforadan səmərəli istifadə etmək bacarığı, bir qayda olaraq, kütləvi auditoriya üçün nəzərdə tutulmuşdur və siyasətçinin yüksək natiqlik bacarığından xəbər verir ki, bu da öz növbəsində onun populyarlıq reytinqinə birbaşa təsir göstərir. Prezidentlər nitqlərində digər ritorik vasitələrlə yanaşı, dövlət siyasətinin ən təsirli alətlərindən biri kimi metaforadan geniş istifadə edir. Bu məqalədə biz Azərbaycan və Amerika prezidentlərinin ictimai çıxışlarında konseptual metaforaların mənbə domenlərini araşdırıb onlardan istifadənin xüsusiyyətlərini nəzərdən keçirəcəyik.

Authors and Affiliations

Gülər Sadıqova

Keywords

Related Articles

Hindu Reform Movements and Their Relation to Islamic Sufism – The Bhakti Movement as a Model

Abstract The Bhakti movement and Islamic Sufism are two ancient spiritual phenomena in the Indian subcontinent, both embodying a profound pursuit of closeness to the divine and the attainment of spiritual perfection....

İQTİSADİ ARTIMIN HARROD MODELİNİN AZƏRBAYCAN İQTİSADİYYATI TİMSALINDA REALİZASİYASI

Xülasə Keyns iqtisadiyyatına əsaslanan Harrod-Domar modeli, qənaət və kapital yığılması arasındakı qarşılıqlı əlaqəni araşdıraraq iqtisadiyyatın böyümə sürəti haqqında anlayışlar təqdim edir. Azərbaycan kontekstində b...

Mollanəsrəddinçi şair Mirzə Məhəmməd Axundov

Xülasə XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai, mədəni, ədəbi-bədii mənzərəsinin daha dərindən və əhatəli şəkildə mənimsənilərək dərk edilməsi naminə Mirzə Məhəmməd Axundovun həyat, fəaliyyət və ədəbi-bə...

UNDERSTANDING USA-AZERBAIJAN RELATIONS WITHIN THE FRAMEWORK OF SOUTH CAUCASUS POLICY

Abstract This article analyzes the United States' policy in the South Caucasus, particularly its relations with Azerbaijan. It explores geopolitical, geoeconomic, and security interests shaping US approaches to the re...

YENİ VƏ GƏNC NƏSLİN HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ROLU

Xülasə Müasir hərbi vətənpərvərlik tərbiyəsi mövzusundakı dərs şagirdlərə geniş hərbi biliklər verməklə yanaşı həmdə onları demokratik Azərbaycana sədaqət ruhunda böyütmək, vətənimizin fəal nümayəndələri kimi Azərbay...

Download PDF file
  • EP ID EP750108
  • DOI 10.36719/2706-6185/29/45-51
  • Views 51
  • Downloads 0

How To Cite

Gülər Sadıqova (2023). AZƏRBAYCAN VƏ AMERİKA PREZİDENTLƏRİNİN ÇIXIŞLARINDA SİYASİ METAFORALARIN ƏSAS MƏNBƏ DOMENLƏRİ. Ancient Land, 5(11), -. https://europub.co.uk/articles/-A-750108