Mollanəsrəddinçi şair Mirzə Məhəmməd Axundov
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 10
Abstract
Xülasə XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai, mədəni, ədəbi-bədii mənzərəsinin daha dərindən və əhatəli şəkildə mənimsənilərək dərk edilməsi naminə Mirzə Məhəmməd Axundovun həyat, fəaliyyət və ədəbi-bədii yaradıcılıq yolunun hərtərəfli araşdırılması məsələsi milli ədəbiyyatşünaslığın qarşısında aktual vəzifələrdən biri kimi durmaqdadır. Mirzə Məhəmməd Axundovun məqalə və felyetonlarında, folklor toplamalarında olduğu kimi, şeirlərində də dövrün mühüm aktual problemləri qaldırılmışdır. Burada siyasi-ideoloji təxribatlar, erməni fitnəsi, onların törətdikləri qırğınlar, maarif, məktəb, təlim və tərbiyə məsələləri fəal vətəndaş, ziyalı təəssübkeşliyi ilə işıqlandırmışdır. Araşdırmalardan məlum olur ki, elmi ədəbiyyatda da göstərildiyi kimi, Mirzə Məhəmməd Axundovun qızğın ictimai-mədəni və ədəbi fəaliyyəti haqqında hələ XX əsrin əvvələrindən dövrün ayrı-ayrı mətbu orqanlarında, ədibin öz kitablarının üz qabıqlarında və s. onun hər hansı mədəni tədbirdə iştirakı, orijinal və tərcümə əsərlərinin çapa hazır olması və ya çapdan çıxması haqqında müəyyən məlumatlar verilmişdir. Həmin məlumatlar Mirzə Məhəmmədin ictimai-mədəni və ədəbi fəaliyyətinin öz sağlığında da ictimaiyyətin daim diqqət mərkəzində olması haqqında təəssürat yaradır.
Authors and Affiliations
Aygün Əhmədova
METHODS USED IN THE DEVELOPMENT OF SPEAKING SKILLS IN FOREIGN LANGUAGE CLASSES
Abstract There are four basic language skills, listening, reading, speaking and writing in foreign language education and training and they are indispensable parts of a language teaching. In language teaching these ar...
1900-1903-CÜ İLLƏRDƏKİ QLOBAL BÖHRANIN İLKİN ŞƏRTLƏRİ VƏ SONRAKI İLLƏRDƏKİ NƏTİCƏLƏRİ
Xülasə 1900-1993-cü illərdəki dünya böhranı, əhəmiyyətli siyasi, iqtisadi və sosial təlatümləri əhatə edən hərtərəfli və uzun bir tarix dövrüdür. Bu dövr bir neçə onilliyi əhatə edir və dünya tarixinə dərin təsir göst...
RƏŞİD BƏY ƏFƏNDİZADƏ VƏ FOLKLOR
Xülasə Folklor və yazılı ədəbiyyat məsələləri on doqquzuncu yüzillikdən bu yana müxtəlif səviyyələrdə elmi-nəzəri fikrin maraq dairəsində olmuşdur. Klassik ədəbiyyatın görkəmli nümayəndələrinin yaradıcılığı haqqında s...
XII-XIII ƏSRLƏRDƏ FARS DİLİNİN GÜCLÜ İNKİŞAFI VƏ BUNU DOĞURAN SƏBƏBLƏR
Xülasə XII əsr Azərbaycan xalqının ictimai-siyasi inkişafı tarixində xüsusi yer tutur. Bu zaman Azərbaycanda iki əsas dövlət var idi: şimalda Şirvanşahlar, cənubda isə Eldənizlər dövləti. Nizami Gəncəvi bu iki Azərbay...
AZƏRBAYCAN VƏ AMERİKA PREZİDENTLƏRİNİN ÇIXIŞLARINDA SİYASİ METAFORALARIN ƏSAS MƏNBƏ DOMENLƏRİ
Xülasə Müasir metafora nəzəriyyəsinə görə, metaforizasiyanın əsasını iki konseptual sahənin - mənbə sferasının və hədəf sferasının (və ya maqnit sferasının) qarşılıqlı əlaqəsi təşkil edir. Bu anlayışlar metaforanın fə...