Azərbaycan yazısında istifadə edilən durğu işarələri
Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 1
Abstract
Durğu işarələri yazılı nitqi məqsədyönlü şəkildə tənzimləməyə xidmət edən qrafik işarələr sistemidir. Orfoqrafiya qaydaları və durğu işarələri dil üçün əsas rol oynadığı üçün yazılı nitqin konstitusiyası hesab olunur. Müasir Azərbaycan dilində durğu işarələri dilçiliyin punktuasiya bölməsində öyrənilir. Punktuasiya latın mənşəli (punktum) söz olub, Azərbaycan dilində nöqtə mənasını ifadə edir. Durğu işarələrinin yazıdan, əlifbadan sonra kəşf olunmasına baxmayaraq, dilçilikdə yazı qədər böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən, əksər dilçilik ədəbiyyatında durğu işarələri bəşəriyyət üçün ikinci əlifba kimi dəyərləndirilir. Tədqiqatçılar durğu işarələrinin yaranmasını b.e.ə. 450-385-ci illərdə yaşamış filosof Aristofanın adı ilə əlaqələndirirlər. Lakin həm Aristofanın, həm onun müasirlərinin yazıda istifadə etdiyi qrafik işarələr indiki durğu işarələrindən məzmun və formaca fərqlənmiş, əsasən, abzas və nöqtənin ifadəsinə xidmət etmişdir.
Authors and Affiliations
Həcər Hüseynova
BULUD ƏSASLI ELEKTRON KİTABXANALARIN TƏHLÜKƏSİZLİYİ ÜÇÜN TEXNOLOJİ YENİLİKLƏR
Xülasə Bu məqalə, bulud əsaslı elektron kitabxanaların təhlükəsizliyini artırmaq məqsədi ilə texnoloji yenilikləri araşdırır. Xüsusi olaraq, məlumatların mühafizəsi və idarə olunması üçün istifadə edilən müxtəlif texn...
YÜKSƏK MÖHKƏMLİKLİ ÇUQUNLARIN KÜRƏLƏŞDİRMƏ TEXNOLOGİYALARI
Xülasə Kürşəkilli qrafitli çuqun istehsalında qrafitin kürəşəkilli bir şəkildə çökəlməsini əldə edə bilmək üçün, maye metalı bir maqnezium prosesindən keçirik. Bu prosesi, maye çuqunun üst gərilimini azaldan və sonund...
Trichoderma cinsinə aid göbələk növlərinin antoqonist xüsusiyyətlərinin qiymətləndirilməsi
Xülasə Aparılan tədqiqatlardan aydın olmuşdur ki, Trichoderma cinsinə aid göbələklərin bioloji aktivliyi torpaq tipindən, hidrotermiki rejimdən və həmin biotopa xas olan mikobiotanın tərkibindən asılıdır və konkret şə...
VƏTƏNDAŞLIĞIN ƏLDƏ EDİLMƏSİ ƏSASLARI
Xülasə Müasir demokratik cəmiyyətdə vətəndaşlığın mahiyyətini vətəndaşla dövlət arasında hüquqi münasibət dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ölkənin siyasi sistemi və.s məsələlər təşkil edir.Vətəndaşlı...
Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ən...