Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 1

Abstract

Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ənənələrinin inkişaf mərhələlərini, bəzək ünsürlərini izləməyə imkan vermişdir. Eneolit dövrünün əsas dekorativ-tətbiqi sənət nümunələri saxsı qablar, az miqdarda muncuq, müxtəlif bəzək əşyaları və metal əşyalardan ibarətdir. Eneolit dövründə saxsı qablar məi­şətin bir hissəsi olmaqla bərabər, insanların ideoloji görüşlərini də əks etdirmiş, bir çox hallarda həm də qoruyucu funksiya daşımışdır. Erkən eneolit dövründə saxsı qabların bəzədilməsində istifadə olunan motivlərə sonrakı mərhələlərdə rast gəlinsə də, bu dövr özünəməxsus naxış üslubu ilə seçilir. Bu dövrdə xüsusilə saxsı qabların bəzədilməsində Dalma təpə üslubu daha geniş yayılmışdır. Bu üsluba Naxçıvan təpənin saxsı qablarında rast gəlirik. Dalma təpə üslubunun əsas xarakterik cəhətlərindən biri naxışların ritmik təkrarıdır. Fikrimizcə, bu naxış üslubu erkən eneolit mərhələsində özünün intibahını yaşamışdır. Dalma təpə üslubu son eneolit dövründə müşahidə olunmur. Bu dövrdə saxsı qabların bir çoxunun dekor həllində sadəliyə üstünlük verilməsinə baxmayaraq, az bir hissəsinin dekor həlli naxış motivlərinin zənginliyi ilə diqqət çəkir. Naxışlar daha səliqəli, daha aramla vurulmuşdur. Naxışlanmada zoomorfik motivlərin tətbiqi meydana gəl­mişdir. Fikrimizcə, heyvanlar aləminə inamla əlaqədar olaraq, totemistik görüşlərin inkişafı heyvan motivlərinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Naxçıvanın orta eneolit dövrü saxsı qabları əsasən Naxçıvantəpə, Xələc, Uçan Ağıl, Uzun Oba yaşayış yerlərindən aşkar olunmuşdur. Orta eneolit dövrü saxsı qab nümunələri üzərindəki naxışlar texniki icra üsullarına görə müxtəlif qruplara bölünə bilər. Saxsı qablar əsasən qabartma, basma, cızma və boyama üsulları ilə bəzədilmişdir. Qabların dibində müəyyən qalınlıqda qırmızı və sarı boya qalıqlarının qalması rəngin yerli ənənələrə əsaslanaraq hazırlanmasına əsas vermişdir. Eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətlərinin kompleks tədqiqi göstərmişdir ki, bu qablar Naxçıvanın qədim tayfalarının dini-mifoloji görüşlərini özündə əks etdirir, qədim tayfaların bədii dulusçuluq sahəsində yaradıcı axtarışlarını sərgiləyir və eneolit mədəniyyətinin, incəsənətinin spesifik xüsusiyyətlərini özündə əks etdirir.

Authors and Affiliations

Fizzə Quliyeva

Keywords

Related Articles

ROBOT TOZSORANLARIN ESTETİK DİZAYN HƏLLİ

Xülasə Müasir zamanda müxtəlif məişət işlərini yerinə yetirən bir çox məhsul istehsal olunur. Bu tip avadanlıqların içərisində robot tozsoranlar özünəməxsus yer tutur. Təqdim edilmiş məqalədə robot tozsoranların estet...

AN EXAMINATION OF THE IMPACT OF IMITATION ON THE COMPETITIVE LANDSCAPE WITHIN THE FRAMEWORK OF INTELLECTUAL PROPERTY RIGHTS

Abstract The application of provisions, purposes, and issues results in different intellectual property rights and unfair competition. The provisions pertaining to the prohibition of unfair competition are based on th...

Modeling a Block to Determine the Type of Damage to a Power Line Using Matlab

This article discusses the modeling of a block for determining the type and location of damage to a power line based on artificial neural networks. A description of the working scheme, the principles of the model and the...

FİKİR VƏ SÖZ AZADLIĞI: DEMOKRATİYANIN TƏMƏL DAŞI KİMİ

Xülasə Demokratik cəmiyyətlər aləmində fikir və söz azadlığının təməl prinsipləri demokratiya binasının ucaldılmasının təməl daşı kimi dayanır. Bu məqalə bu prinsiplər və demokratik idealların təmin edilməsi arasındak...

Kartofun yetişdirilmə texnologiyası

Xülasə Məqalədə kartofun insanların həyatında necə önəmli rol oynaması, əkilmə texnologiyası, kartof bitkisinə qulluq qaydaları, məhsuldarlığı qeyd edilir. Eyni zamanda kartof bitkisinin torpaq iqlim şəraiti, vegetasi...

Download PDF file
  • EP ID EP758396
  • DOI 10.36719/2789-6919/41/35-38
  • Views 28
  • Downloads 0

How To Cite

Fizzə Quliyeva (2025). Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri. Scientific Research, 5(1), -. https://europub.co.uk/articles/-A-758396