AZƏRBAYCANDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASI SAHƏSİNDƏ PROBLEMLƏRİN ARAŞDIRILMASI

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5

Abstract

Təqdim olunan məqalə Azərbaycanda daha çox müzakirələrə səbəb olan distant təhsil sahəsində mövcud problemlərin araşdırılmasından bəhs edir. Məqalədə problem bir çox aspektlərin araşdırılmasını əsas götürmüşdür. Bu vaxta qədər distant təhsil haqqında tədqiqatların əksəriyyəti pedaqoji perspektivə yönəlmişdir, lakin problemin analitik nöqteyi-nəzərdən aparılan tədqiqatlara aid olmasına dair məlumatlar çox zəif təşviq edilirdi. Tədqiqat məqaləsi orta məktəblərdə distant təhsildə müxtəlif maraqlı tərəflərin, o cümlədən onlayn təlimin təşkilatçıları, müəllimlər və şagirdlərin üzləşdiyi problemləri araşdırmaqla onların yaranma səbəbləri və nəticələrini açıqlamağı məqsəd kimi qeyd edir. Bu çətinliklər əsasən məktəblərdə fiziki və texniki resursların çatışmazlığı, müəllim və şagirdlərin virtual təlimə adaptasiya olmaları, komputer bilikləri, motivasiyanın zəif tətbiqi və təlimdə diqqəti yayındıran vasitələridir. Məqalənin araşdırması həm müəllimlər, həm də şagirdlərin qeyri-sabit və ya məhdud internet bağlantısından əziyyət çəkdiyini, kütləvi onlayn təhsildə şagirdlərin distant təhsil alma hüquqlarına maneə törətdiyini aşkar edir. Valideynlər övladlarının evdə onlayn öyrənməsi üçün hər cür dəstəyi təmin etmək üçün çətinliklə üzləşir və pedaqoji yenidənqurma ehtiyacı ilə üzləşirlər. Bu tədqiqat həmçinin internetə çıxışı məhdud olan və öyrənmə imkanlarını məhdudlaşdıran problemləri araşdırır. Qlobal nöqteyi-nəzərdən, məqalənin mövzusu kütləvi onlayn təhsilə keçid üzrə maneələrin aradan qaldırılmağa kömək edə bilər.

Authors and Affiliations

Telli İbrahimova, İradə Zamanova

Keywords

Related Articles

MOBİL ELEKTRON TƏTBİQLƏRİN AZƏRBAYCANIN BANK SİSTEMİNİN İNKİŞAFINDA ROLU

Xülasə Mobil elektron proqramlar Azərbaycanda bank sisteminin mənzərəsinin formalaşmasında mühüm rol oynamışdır. Texnologiya irəliləməyə davam etdikcə, bu proqramlar güclü alətlər kimi ortaya çıxdı və maliyyə xidmətlə...

MÜDAFİƏ SƏNAYESİNDƏ İSTİFADƏ OLUNAN KOMPOZİT MATERİALLAR VƏ TƏTBİQ SAHƏLƏRİ

Xülasə İstənilən məqsəd üçün müəyyən nisbətlərdə və şəraitdə iki və ya daha çox materialın birləşdirilməsi nəticəsində əldə edilən kompozit materiallar yüksək möhkəmlik/sıxlıq nisbətinə görə geniş istifadə olunur. Aşa...

TƏCAVÜZ CİNAYƏTİ İNSAN HÜQUQLARININ POZULMASI KİMİ VƏ TÖRƏDİLMƏSİNƏ GÖRƏ BEYNƏLXALQ CİNAYƏT MƏSULİYYƏTİNİN PERSPEKTİVLƏRİ

İnsan hüquqlarını insanın cəmiyyətdə və dövlətdə statusunu müəyyən edən hüquqlar kimi müəyyən etmək olar. Müasir anlayışda insan hüquqları təbii hüquqa əsaslanır, yəni doğuşdan bütün insanlara xasdır. Belə bir anlayış ki...

MƏİŞƏT ZORAKILIĞI QURBANLARINA YARDIM ZAMANI KONFİDENSİALLIĞIN TƏMİN EDİLMƏSİ: BEYNƏLXALQ NORMALAR ƏSASINDA ARAŞDIRMA

Xülasə Məişət zorakılığı və ya qadınlara qarşı zorakılıq cinayət, insan hüquqları pozuntusu və ayrı-seçkiliyin bir formasıdır. Onlarla həm milli, həm də beynəlxalq sferada mübarizə aparılır. Beynəlxalq təşkilatlar...

CƏMİYYƏT VƏ DÖVLƏT ARASINDA KOMMUNİKASİYALARIN QURULMASINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN ROLU

Bu gün biz ünsiyyət əsrində yaşayırıq. Kommunikasiya vasitələrinin sürətli inkişafı medianın həyatın bütün sahələrində təsirli olmasına şərait yaratmışdır. Rabitə vasitələrinin texnoloji inkişafı prosesində mədəniyyət ün...

Download PDF file
  • EP ID EP752945
  • DOI 10.36719/2663-4619/90/24-29
  • Views 1
  • Downloads 0

How To Cite

Telli İbrahimova, İradə Zamanova (2023). AZƏRBAYCANDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASI SAHƏSİNDƏ PROBLEMLƏRİN ARAŞDIRILMASI. Scientific Work, 17(5), -. https://europub.co.uk/articles/-A-752945