AZƏRBAYCANDA YÜNGÜL VƏ YEYİNTİ SƏNAYESİNİN İNKİŞAFI: ƏRZAQ TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİ
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 1
Abstract
Xülasə Azərbaycan Respublikasında neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır. Azərbaycan neft və qazın ixracından əldə edilən gəlirləri iqtisadiyyatın digər sahələrinə yönəldərək şaxələndirmə siyasətinə üstünlük verir. Bu baxımdan Azərbaycanda tələbat duyulan əsas sahələrdən biri yüngül və yeyinti sənayesinin inkişaf etdirilməsi dövlətin qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yüngül və yeyinti sənayesinin inkişafını və bu sahədə dünya təcrübəsinin tətbiq edilməsini əsas vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Məqalədə 2003-cü ildən etibarən Azərbaycanda yüngül və yeyinti sənayesinin inkişaf dinamikası izlənilmişdir. Tədqiq edilən dövrdə yüngül və yeyinti sənayesində əsas problemlər, inkişafa mane olan amillər, bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində həyata keçirilən islahatlar göstərilmişdir. Müəllif göstərmişdir ki, kənd təsərrüfatı sahəsində bir sıra maneələrin aradan qaldırılması Azərbaycanda yeyinti sənayesinin inkişafına və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Authors and Affiliations
Arzu Xəlilzadə
Social Responsibility (ISO 26000) and the International Standard (ISO 14000) and Their Contribution to Supporting Organizations in Environmental Protection
Abstract This study aims to explore the role of Social Responsibility (ISO 26000) and the International Standard (ISO 14000) and their contribution to supporting organizations in environmental protection. The study re...
"Dəli Kür"də ifadə edilən tamamlıqlar: ədəbiyyat və dilin qovşağı
Ədəbiyyat və dil, mədəniyyətin əsas sütunlarını təşkil edən iki güclü sahədir. İsmayıl Şıxlının "Dəli Kür" əsərində dilin zənginliyi və tamamlıqların incə şəkildə ifadəsi Azərbaycan ədəbiyyatının milli dəyərlərini üzə çı...
TƏLİM PROSESİNDƏ EKOLOJİ TƏRBİYƏNİN TƏŞKİLİ
Xülasə Müasir dünyamızda son dərəcə böyük ekoloji problemlər mövcuddur. İnsanlar müxtəlif seçimlər qarşısında qalmışdır. Bunun nəticəsidir ki, respublikamızda ekoloji problemlərə diqqət xeyli artmış, bu mövzuya həsr o...
Süni intellektin beynəlxalq qlobal təhlükəsizliyə təsiri: yeni çağırışlar, imkanlar və qlobal güc balansında dəyişikliklər
Xülasə Bu məqalə, süni intellektin beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahəsindəki rolunu araşdırır. Süni intellektin hərbi strategiyalara, kiber təhlükəsizliyə və diplomatik əlaqələrə təsiri ilə bağlı möv...
HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASƏTİNDƏ ŞƏFFAFLIQ AMİLİNİN VƏ TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN BİZNESİN İNKİŞAFINDA ROLU
Xülasə İqtisadiyyatda şəffaflığın və hesabatlılığın artırılmasında audit funksiyalarının rolunun qiymətləndirilməsi. Məqalədə iqtisadiyyatda hesabatların şəffaflığının və etibarlılığının artırılmasında audit funksi...