BAKI ŞƏHƏRİNDƏ COVİD-19 PANDEMİYASI FONUNDA YUXARI TƏNƏFFÜS YOLLARININ ÇOXSAYLI VƏ YA QEYRİ-MÜƏYYƏN LOKALİZASİYALI KƏSKİN İNFEKSİYALARININ BƏZİ EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ

Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 2

Abstract

Xülasə ÜST məlumatına əsasən bütün yoluxucu xəstəliklərin 90-95%-i müxtəlif etiologiyalı kəskin respirator virus infeksiyaları və qripin payına düşür. Tədqiqat işinin məqsədi Bakı şəhərinin rayonlarında Covid-19 pandemiyası dövründə yuxarı tənəffüs yollarının çoxsaylı vəya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyalarının bəzi epidemioloji xüsusiyyətlərinin öyrənilməsidir. Bakı şəhərinin rayonları üzrə yuxarı tənəffüs yollarının ÇQML kəskin infeksiyaları ilə xəstələnmənin intensiv (hər 1000nəfər əhali %), və ekstensiv(%0) göstəriciləri təyin edilmişdir. Tədqiqat dövrü ərzində 2020-2022-ci illər üçün Bakı şəhərinin 12 rayonunda (Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Pirallahı, Nizami, Səbail, Sabunçu, Suraxanı, Yasamal, Xətai) yuxarı tənəffüs yollarının YTY ÇQML kəskin infeksiyaları ilə xəstələnmə haqqında statistik məlumatlar təhlil edilmiş, analitik epidemioloji təhlil mütləq göstəricilərin əhali arasında (0-17 yaş, o cümlədən 0-1 yaş, 1-4 yaş, 5-13 yaş, 14-17 yaş və 18 yaş və yuxarı), cinslər üzrə (qadınlar və kişilər), illər üzrə (2020-2022-ci illər) və il daxilində aylar üzrə (mövsümilik) qeydə alınma dinamikasının araşdırılmsı əsasında aparılmışdır. 2022-ci ildə Bakı şəhərində YTYÇQMLKİ ilə yoluxma səviyyəsi 2020-ci ilə nisbətən 2,5 dəfə yüksək olmuşdur. Xəstələnmə halları həm qadınlar,həm də kişilər arasında 2022-ci ildə orta hesabla 2 dəfə artıq qeydə alınmışdır. 3 il ərzində YTYÇQMLKİ ilə xəstələnmə göstəricilərinin 0-17 yaş qrupu ilə müqayisədə 18 yaşdan yuxarı yaş qrupunda yüksək olmuşdur. 2020-ci ildə YTYÇQMLKİ ilə xəstələnmənin intensivlik göstərici hər 1000 nəfərə 29,53 nəfər olmaqla Səbail rayonunda (2,95%), 2021-ci ildə hər 1000 nəfərə 82,29 nəfər olmaqla Xəzər rayonunda (8,22%), 2022-ci ildə hər 1000 nəfərə 90,20 nəfər olmaqla Qaradağ rayonunda (9,02%) maksimal səviyyədə təyin edilmişdir. YTYÇQMLKİ ilə xəstələnmənin əraziyə görə risk amili Binəqədi, Xəzər və Yasamal rayonları qeyd olunur. 2020-ci ildə YTYÇQMLKİ ilə xəstələnmənin maksimal səviyyəsi Sabunçu rayonunda dekabr ayında, 2021-ci ildə Xəzər rayonunda dekabr ayında, 2022-ci ildə Yasamal rayonunda yanvar ayında müəyyən edilmişdir.

Authors and Affiliations

Lalə Rüstəmova, Süleyman Məmmədov, Fəridə Heydərova, Nurlana Atakişiyeva, Səbinə İsmayılova

Keywords

Related Articles

AĞCİYƏR XƏRÇƏNGİNİN MÜALİCƏSİNDƏ TƏBİİ OTLARIN ROLU

Məqalədə ədəbiyyat məlumatlarına əsasən və aparılan tədqiqatlar nəticələrinə görə Ağciyər xərçənginin müalicəsində istifadə olunan təbii otların rolu haqqında məlumatlar verilmişdir. Bitkilər xərçəngin müalicəsində uzun...

QOBUSTAN RAYONUNUN DAĞ BOZ-QƏHVƏYİ (ŞABALIDI) TORPAQLARININ AQROFİZİKİ VƏ AQROKİMYƏVİ XASSƏLƏRİ

Xülasə Məqalədə Qobustan rayonunun Ərəbşahverdi kəndi ərazisində dağ boz-qəhvəyi (şabalıdı) torpaqların yaxşılaşdırılmasında çoxillik paxlalı otların rolu əvəzsizdir. Eroziya prosesi bu torpaqların morfoloji əlamətlər...

MAQNİTUDASI M=7.8, M=7.6 OLAN 6 FEVRAL 2023-CÜ İLDƏ KAHRAMANMARAŞ ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ ZƏLZƏLƏLƏRİN GÜCLƏNDİRMƏ FAKTORUNUN HESABLANMASI

Xülasə Məqalədə 6 Fevral 2023-cü ildə 9 saat fərq ilə Türkiyə ərazisində, Kahramanmaraş şəhərində baş vermiş zəlzələlər təhlil edilmişdir. Geoloji, tektonik, seysmogeoloji məlumatlar əsasında 57 telemetrik seysmik sta...

AZƏRBAYCAN RESPUBLİKASININ “DENDROLOGİYA BAĞI” ƏRAZİSİNDƏ XARİCİ KARANTİN TƏTBİQ EDİLƏN ZƏRƏRLİ ORQANİZMLƏR VƏ ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ 1. QARA YALANÇI QALXANLI YASTICA (PARASAİSSETİA NİGRA NİETNER 1861) 2. QIRMIZI PALMA BÖCƏYİ (RHYNCHOPHORUS FERRUGİNEUS OLİVER, 1790)

Xülasə Bitkilərin normal inkişafını təmin etmək məqsədi ilə aparılan entomoloji tədqiqatlar zamanı onların inkişafını ləngidən bir çox səbəblər aşkarlanmışdır. Zərərverici orqanizmlərin aparıcı rolu müəyyən edilmişdir...

Electromagnetic Phenomena in Nature and Their Causes

Abstract All physical phenomena that occur in nature are related to one or another mutual effects. Electric and magnetic phenomena are of particular importance in order to gain extensive knowledge about the structure...

Download PDF file
  • EP ID EP749559
  • DOI 10.36719/2707-1146/41/7-14
  • Views 35
  • Downloads 0

How To Cite

Lalə Rüstəmova, Süleyman Məmmədov, Fəridə Heydərova, Nurlana Atakişiyeva, Səbinə İsmayılova (2024). BAKI ŞƏHƏRİNDƏ COVİD-19 PANDEMİYASI FONUNDA YUXARI TƏNƏFFÜS YOLLARININ ÇOXSAYLI VƏ YA QEYRİ-MÜƏYYƏN LOKALİZASİYALI KƏSKİN İNFEKSİYALARININ BƏZİ EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ. Nature & Science, 6(2), -. https://europub.co.uk/articles/-A-749559