MAQNİTUDASI M=7.8, M=7.6 OLAN 6 FEVRAL 2023-CÜ İLDƏ KAHRAMANMARAŞ ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ ZƏLZƏLƏLƏRİN GÜCLƏNDİRMƏ FAKTORUNUN HESABLANMASI

Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 12

Abstract

Xülasə Məqalədə 6 Fevral 2023-cü ildə 9 saat fərq ilə Türkiyə ərazisində, Kahramanmaraş şəhərində baş vermiş zəlzələlər təhlil edilmişdir. Geoloji, tektonik, seysmogeoloji məlumatlar əsasında 57 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsinə əsasən Türkiyə zəlzələləri analiz edilmişdir. Makroseysimik məlumatlara əsasən zəlzələlər ölkənin 10 vilayətində və İsraildə, İraqda, Livanda, Gürcüstanda, Azərbaycanda və Ermənistanda da hiss olunub. Mənbələrin dərinliyə görə paylanmasının təhlili 3 ilə 30 km dərinlikdə yerləşən iki mənbə zonasını göstərdi. 6 fevral 2023-cü ildə baş verən zəlzələnin mənbəyi şimal-şərq-cənub-qərb istiqamətində yönəlmiş Şərqi Anadolu qırılmanın dinamikası ilə bağlıdır. Türkiyənin əsas tektonik strukturlarından biri olan Şərqi Anadolu qırılması şimalda Karliova Üçlü Qovşağı ilə başlayır və cənubda Ölü dəniz qırağı ilə birləşir. Zəlzələlərin nəticəsində 50000 çox nəfər ölüb, 548777 yaralananlar, dağıntıya məruz qalmış bina sayı 198,000 çatmışdır. Ərazinin gücləndirmə faktorunu müəyyən etmək məqasədi ilə AFAD-ın rəsmi saytından 55 stansiya məlumatları götürülmüş, DİMAS proqramı vasitəsi ilə 3 kanalla emal olunmuşdur. Nakamura üsuldan isdifadə edilmişdir. Həmin ərazi üzrə gücləndirmə faktoru hesablanmışdır. Arcgis10.6 və Surfer10 proqramları ilə xəritələr qurumuşdur. Müəyyən edilmişdir ki, saat 04:17:35-də baş verən zəlzələdə gücləndirmə faktoru min 1.8-max 7.8; saat 13:29:49-də baş verən zəlzələdə isə gücləndirmə faktoru min 1.5-max 9.0 olmuşdur.

Authors and Affiliations

Səbinə Kazımova, Gültəkin Musayeva, Güləsər Əsgərova

Keywords

Related Articles

KİMYA DƏRSLƏRİNDƏ DİDAKTİK TAPŞIRIQ – OYUNLARIN ŞAGİRD TƏFƏKKÜRÜNƏ MÜSBƏT TƏSİRİ

Xülasə Məqalədə şagirdlərin təlim fəaliyyətlərini yüksəltmək üçün istifadə olunan didaktik oyunlar izah olunur. Qeyd olunur ki, didaktik oyunlar şagirdlərin nitqinin inkişafında, nitq qüsurlarının aradan qaldırılması...

BAKI ŞƏHƏR TORPAQLARINDA QEYDƏ ALINAN GÖBƏLƏKLƏRİN EKOLOJİ VƏ TROFİK İXTİSASLAŞMASI

Xülasə Məqalədə tədqiqatların aparılması üçün Bakı şəhərində müxtəlif təsirlərə məruz qalmış boz qonur torpaq tipindən 5 sahə seçilmişdir. Təqdim olunan işin məqsədi Bakı şəhərinin müxtəlif xarakterli antropogen...

EMPLOYMENT STRUCTURE OF THE POPULATION IN SHARUR DISTRICT AND FACTORS AFFECTING IT

Abstract It has been determined on the basis of the analysis of official statistical data, the changes in the employment structure in the Sharur administrative district during the last 10 years (2009-2019), and the fa...

ALBİZA JULİBRİSSİN DURAZZ. NÖVÜNÜN ABŞERON ƏRAZİSİNDƏ BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİNİN TƏYİNİ

Xülasə Bitkilər müxtəlif ekoloji şəraitlərdə yaşamağa uyğunlaşmışdır. Onları səhradan tropik yağış meşələrinə qədər müxtəlif mühitlərdə görmək olar. Bitkilərin bioekoloji xüsusiyyətlərini təyin etmək və həmin xüsusiyy...

CHARACTERISTICS OF TEACHING THE EPIDEMIOLOGY OF CHRONIC DISEASES AND DISABILITIES

Abstract In modern times, as a result of the fact that the boundaries of prevention have gone beyond the boundaries of infectious pathology, not only infectious, but also non-infectious diseases, thanks to the applica...

Download PDF file
  • EP ID EP749915
  • DOI 10.36719/2707-1146/39/93-101
  • Views 12
  • Downloads 0

How To Cite

Səbinə Kazımova, Gültəkin Musayeva, Güləsər Əsgərova (2023). MAQNİTUDASI M=7.8, M=7.6 OLAN 6 FEVRAL 2023-CÜ İLDƏ KAHRAMANMARAŞ ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ ZƏLZƏLƏLƏRİN GÜCLƏNDİRMƏ FAKTORUNUN HESABLANMASI. Nature & Science, 5(12), -. https://europub.co.uk/articles/-A-749915