Bədii mətnlərdə üslubi fiqurların rolu

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 8

Abstract

Xülasə Məqalədə fransız dilində yazılmış bədii mətnlərdə ən çox istifadə olunan üslubi fiqurlardan bəhs olunur. Elmi, publisistik mətnlərdən fərqli olaraq bədii mətn daha rəngarəngdir. Bədii mətnlər daha zəngin dil xüsusiyyətlərinə malikdirlər. Bədii mətnlərdə əsas xammal olan sözdən məharətlə seçib işlətmək tələb olunur. Sözün əlavə məna kəsb etməsi, müəyyən fonetik dəyişikliyə məruz qalması, sözlərin məna köçürülməsi, cümlə konstruksiyasının dəyişməsi nəticəsində obrazlı ifadələr olan üslubi fiqurlar yaranır. Üslubi fiqurlar müəyyən standartdan kənaraçıxma nəticəsində yaranır. Üs­lubi fiqurlar daha ekspressiv, emosional və obrazlı ifadələrin yaranmasına xidmət edir. Fransız dil­çilik ədəbiyyatında troplar da fiqurlara aid edilir. Həm məcazlar, həm də fiqurlar nitq emosi­onal­lığını artıran vasitələrdir. Yazıçı frazeoloji, leksik və fonetik dil vahidlərindən istifadə edərək fikrini oxucuya daha təsirli ifadələrlə çatdırır. Yaranmasına görə fiqurlar müəyyən təsnifat əsasında qrup­laşdırılmışdır. Üslubi fiqurlar (metafora, metonimiya, sinekdoxa, təcəssüm, təkrir, antiteza, allite­rasiya və s.) bədii əsərlərdən seçilmiş nümunələr əsasında verilmiş və onların bədii mətnlərdə funk­siyaları araşdırılmışdır. Fiqurlar Kvintiliandan müasir dövrə qədər öz aktuallığını qoruyub saxla­mışdır.

Authors and Affiliations

Şəhanə Əsgərova Azərbaycan Dövlət Pedaqoji Universiteti doktorant

Keywords

Related Articles

"Dəli Kür"də ifadə edilən tamamlıqlar: ədəbiyyat və dilin qovşağı

Ədəbiyyat və dil, mədəniyyətin əsas sütunlarını təşkil edən iki güclü sahədir. İsmayıl Şıxlının "Dəli Kür" əsərində dilin zənginliyi və tamamlıqların incə şəkildə ifadəsi Azərbaycan ədəbiyyatının milli dəyərlərini üzə çı...

CİNAYƏTKAR HƏRƏKƏTSİZLİYİN NÖVLƏRİ

Xülasə Məqalə “Cinayətkar hərəkətsizliyin növləri” adlanır. Məqalədə obyektiv cəhətin zəruri əlaməti olan ictimai təhlükəli əməlin - hərəkət və hərəkətsizliyin anlayışı verilir. Məqalədə həmçinin hərəkətsizliyin növlə...

The Structure of the Noun According to the German Orientalist Karl Brockelmann Through His Study of Arabic Morphology: A Descriptive Analytical Study

This paper presents a descriptive and analytical reading of the structure of the Arabic noun from the perspective of the German orientalist Karl Brockelmann through his study of Arabic morphology in his book The Grammar...

LEVERAGING DIGITAL PR (PUBLIC RELATIONS) FOR EFFECTIVE COMMUNICATION IN GOVERNMENT

Abstract In the current era of digital technology, it is crucial for governments to prioritize good communication in order to actively involve people and stakeholders. Digital PR tactics provide a potent method to acc...

“Norm” ASC-də vergi əməliyyatlarının uçotu və auditinin təkmilləşdirilməsi istiqamətləri

Xülasə Audit ‒ əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesa­batlarının müstəqil y...

Download PDF file
  • EP ID EP744267
  • DOI 10.36719/2706-6185/38/31-35
  • Views 60
  • Downloads 0

How To Cite

Şəhanə Əsgərova Azərbaycan Dövlət Pedaqoji Universiteti doktorant (2024). Bədii mətnlərdə üslubi fiqurların rolu. Ancient Land, 6(8), -. https://europub.co.uk/articles/-A-744267