BEYNƏLXALQ SİYASİ MÜNASİBƏTLƏRİN DÜNYADA ROLU

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 2

Abstract

Xülasə Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. 1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi. Lakin Kolumbiya konqresi bu müqaviləni rədd etdi. Belə olduqda ABŞ Kolumbiyaya təzyiq göstərərək orada dövlət çevrilişi etdi. ABŞ-ın yardımı ilə Panama respublika elan edildi. ABŞ Panama Respublikasının müstəqilliyini tanıyaraq onunla münasibətlər qurdu. Kanal 1914-cü ildə istifadəyə verildi. XX əsrin əvvəllərində ABŞ-ın nüfuzu Karib dənizi hövzəsi ölkələrində genişləndi. ABŞ hökuməti bu ölkələrin iqtisadi, siyasi və hərbi inkişafı üçün onlara kreditlər ayırdı. ABŞ-ın bu siyasəti "dollar diplomatiyası" adını aldı. XX ərin əvvəllərində maliyyə və diplomatik yardımlar hesabına Yaponiyanın Uzaq Şərqdə fəallığı artdı. 1904-cü ildə Yaponiya Rusiya ilə müharibəyə başladı. Müharibədə rus hərbi-dəniz donanması darmadağın edildi və Rusiya acınacaqlı məğlubiyyətə uğradı. Rusiyanın məğlubiyyətinin əsas səbəbləri çarizmin çürüklüyündə, iqtisadi, siyasi, hərbi, diplomatik və mənəvi cəhətdən müharibəyə hazır olmamasında idi. Rusiya 1905-ci ildə ABŞ-ın Portsmut şəhərində Yaponiya ilə sülh müqaviləsi imzalamağa məcbur oldu. Müqavilənin şərtlərinə görə, Rusiya Lyaodun yarımadasını, Port-Arturu, Cənubi Mancuriya dəmiryolunu, onunla birlikdə bütün Cənubi Mancuriyanı, Saxalin adasının cənub hissəsini Yaponiyaya verdi və Koreyada Yaponiyanın üstün nüfuzunu qəbul etdi. Beləliklə, Uzaq Şərqdə Rusiyanın nüfuzu xeyli aşağı düşdü. XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə mühüm yer tutan məsələlərdən biri də Mərakeş böhranıdır. Afrikanın bölüşdürülməsi nəticəsində Fransa Mərakeşin qərb hissələrinə sahib oldu. Fransa-İtaliya danışıqları nəticəsində Cəbəllütariq boğazı İspaniyaya, Mərakeşin qalan hissəsi isə Fransaya verilməli idi. Almaniya Mərakeşin müstəqilliyini qorumaq adı ilə 1905-ci il martın 31-də Mərakeşin Tancer limanına gəmilərini göndərdi, II Vilhelm Mərakeşin müstəqil olduğunu bildirdi. Mərakeş məsələsinə dair beynəlxalq konfrans 1906-cı ilin əvvəllərində İspaniyanın Alxesiras (Əl-xəsiras) şəhərində keçirildi. Konfransda Almaniyanın iddiaları rədd olundu. Mərakeşin polis orqanlarının yaradılması Fransa və İspaniyaya tapşırıldı. Mərakeş boğazlarına nəzarət Fransa, İngiltərə, Almaniya və İspaniyanın təsiri altına düşdü. Lakin Almaniya bu nəticələrdən razı qalmadı.

Authors and Affiliations

Ceyran Quliyeva

Keywords

Related Articles

Təhsil diskursunda ingilis dilinin rolu

İngilis dilinin cəmiyyətdəki əhəmiyyəti yalnız iqtisadiyyat və iş dünyası ilə məhdudlaşmadığı üçün həm də fərqli mədəniyyətlər arasında əsas ünsiyyət vasitəsi kimi olaraq çıxış edir. Bu dilin qlobal səviyyədə əsas komm...

MOBİL ELEKTRON TƏTBİQLƏRİN AZƏRBAYCANIN BANK SİSTEMİNİN İNKİŞAFINDA ROLU

Xülasə Mobil elektron proqramlar Azərbaycanda bank sisteminin mənzərəsinin formalaşmasında mühüm rol oynamışdır. Texnologiya irəliləməyə davam etdikcə, bu proqramlar güclü alətlər kimi ortaya çıxdı və maliyyə xidmətlə...

TƏLƏBƏLƏRİN AKADEMİK FƏALİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR VƏ ONLARIN TƏDRİS PROSESİNDƏ İDARƏ OLUNMASI

Xülasə Akademik iştirak tələbələrin tədris prosesində fəal iştirak etməsi və kurs materialları ilə qarşılıqlı əlaqədə olması deməkdir. Bu, sinif fəaliyyətlərində iştirak etmək, kurs materiallarını nəzərdən keçirmək, s...

KOMPLEKTLƏŞDİRİLMƏ ARXİV İŞİNİN TƏRKİB HİSSƏSİ KİMİ

Məqalədə komplektləşdirmənin tərifi, onun əsas iş prinsipləri izah olunur. Həmçinin komplektləşdirmə işinin 4 mərhələdən ibarət olduğu göstərilərək, hər birinin izahı verilir. Arxiv profilinin təyin edilməsi və komplektl...

RİYAZİYYAT DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRİN BURAXDIĞI TİPİK SƏHVLƏR

Xülasə Məlumdur ki, bir qaydan‎ dərk etmək, düsturu öyrənmək müəyyən çətinliklər yaradır, onlar‎ tətbiq etmək yaddan çıxır. Bu mənada həllin tap‎lması və əsaslandırılması üçün qaydanı bilmək lazımdır. Lakin ‏şagirdlər...

Download PDF file
  • EP ID EP749495
  • DOI 10.36719/2663-4619/99/92-96
  • Views 54
  • Downloads 0

How To Cite

Ceyran Quliyeva (2024). BEYNƏLXALQ SİYASİ MÜNASİBƏTLƏRİN DÜNYADA ROLU. Scientific Work, 18(2), -. https://europub.co.uk/articles/-A-749495