CEYN OSTİN YARADICILIĞINDA QƏHRƏMANLARIN NİTQİNİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 6

Abstract

Xülasə Məqalədə XIX əsr İngiltərəsinin məşhur feminist yazıçısı Ceyn Ostinin roman qəhrəmanlarının nitq xüsusiyyətləri onun üslub spesifikliyi müstəvisində tədqiq olunur. Yazıçının əyalət kübar cəmiyyətinin üzvlərinin danışıq maneralarını aydınlaşdırmaqla dövrün dil mənzərəsini yaratmaq cəhdləri aşkara çıxarılır, bədii əsərdə personajların xarakterlərini onların öz nitqlərinin köməyi ilə təqdim etmək üslubu təhlilə cəlb olunur. Aydın olur ki, bədii əsərin qəhrəmanları üçün səciyyəvi olan keyfiyyətlər onların nitqində ifadəsini tapır. C. Ostin yaradıcılığı üçün xarakterik olan üslubi məqamlardan biri də dialoji və monoloji nitqlərin növbələşməsi, bəzi hallarda daxili nitqin ünsiyyət prosesində formalaşmasıdır. Janr eyniliyinə görə bir sıra üslubi xüsusiyyətlərin ümumiliyi, dövrün dil, danışıq tərzinin ümumiliyi və sosial qruplara görə fərqliliyi, nəhayət, mövzunun yaxınlığı, bütün bunlar üslubi tədqiqatlarda spesifikliklə ümumiliyi əlaqələndirir. C. Ostin yaradıcılığı da bir çox parametrləri ilə seçilir, spesifiklik qazanır. Əvvəla, o, qadın yazıçıdır və romanlarının əsas qəhrəmanları qadınlar, qoyduğu məsələlər qadın həyatı, məişəti ilə feminizmlə sıx bağlılığa malikdir. İkincisi, o, ilk dəfə olaraq, əyalət kübar cəmiyyətinin, onun üzvlərinin həyat tərzini, məişətini, normalarını bir mövzu kimi ortaya atmış, müxtəlif romanlarında bu mövzunun fərqli aspektlərini də işıqlandırmağa çalışmışdır. Üçüncüsü, Ceyn Ostin XIX əsr viktorian dövrü İngiltərəsindəki dil mənzərəsini əyalət kübar cəmiyyəti üzvlərinin nitq sistemi kimi ortaya qoymuş, centri dili, centri üslubunu müzakirə və təhlil müstəvisinə çıxara bilmişdir. Dördüncüsü, C. Ostin əyalət kübar cəmiyyətində qadın və kişi dili, qadın-qadın, qadın-kişi ünsiyyət sisteminin incəliklərini, qadınlararası və kişilərarası dialoqların xüsusiyyətlərini, daxili nitqin özəlliklərini açmağa çalışmış və ya bunun üçün ən azı kifayət qədər geniş material yaratmışdır.

Authors and Affiliations

Sevinc Mahmudova, Ruzanə Süleymanova, Məlaikə Xudaverdiyeva, Sevinc Tağıyeva, Anna Gruzina,

Keywords

Related Articles

Dayanıqlı inkişafın konseptual modeli və onun komponentləri

Xülasə Məqalədə dayanıqlı inkişafın konseptual modeli təhlil olunur. Dayanıqlı inkişafın tarixi, əsas prinsipləri, komponentləri və metodologiyaları haqqında məlumat verilir. Ekoloji, iqtisadi və sosial komponentlərin...

AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI VƏ NAXÇIVAN (1948-1953-CÜ İLLƏR)

Xülasə Məqalədə 1948-1953-cü illərdə azərbaycanlıların ata-baba yurdlarından zorla köçürülməsindən və bunun ağır nəticələrindən bəhs olunur. Azərbaycan xalqına, onun torpaqlarına edilmiş ədalətsizliklərin baş alıb...

XƏTTİ FƏZA, QRUP, HALQA VƏ MEYDAN ANLAYIŞLARININ ÖYRƏDİLMƏSİ METODİKASI

Xülasə Məqalə qrup, halqa və meydan anlayışlarının öyrədilməsi yollarına həsr olunub. Məlumdur ki, riyaziyyat elmi inkişaf edir. Müasir riyaziyyat qruplar nəzəriyyəsi üzərində qurulan cəbri sistemləri öyrənir. Ona gör...

REFORMING UNDERGRADUATE ADMISSION: A COMPARATIVE ANALYSIS AND POLICY PROPOSAL FOR AZERBAIJAN

Abstract This research proposes different admission ways to higher education in Azerbaijan. Over 25 years, Azerbaijan's SEC has reformed to address bribery and corruption and promote inclusivity in higher education. Re...

BİOLOGİYANIN TƏDRİSİNDƏ İKT-nin TƏTBİQİNİN ƏHƏMİYYƏTİ

Xülasə Tədris prosesində İKT-nin tətbiq edilməsi, tədrisin tərkibinin zənginləşməsinə, ona məntiqi və axtarıcı xarakter verməklə bərabər, şagirdlərin öyrənmək marağının aktivləşdirilməsinə, onların yaradıcılıq qabiliy...

Download PDF file
  • EP ID EP747761
  • DOI 10.36719/2706-6185/36/23-28
  • Views 40
  • Downloads 0

How To Cite

Sevinc Mahmudova, Ruzanə Süleymanova, Məlaikə Xudaverdiyeva, Sevinc Tağıyeva, Anna Gruzina, (2024). CEYN OSTİN YARADICILIĞINDA QƏHRƏMANLARIN NİTQİNİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ. Ancient Land, 6(6), -. https://europub.co.uk/articles/-A-747761