AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI VƏ NAXÇIVAN (1948-1953-CÜ İLLƏR)

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 7

Abstract

Xülasə Məqalədə 1948-1953-cü illərdə azərbaycanlıların ata-baba yurdlarından zorla köçürülməsindən və bunun ağır nəticələrindən bəhs olunur. Azərbaycan xalqına, onun torpaqlarına edilmiş ədalətsizliklərin baş alıb getməsinin bir səbəbi də başımıza gətirilən bu bəlalara qarşı vaxtında tədbirlərin görülməməsi, bu bəlaların xalqdan, xüsusən Azərbaycanın gələcəyi olan nəsillərimizdən gizli saxlanılması, onlarda unutqanlıq, öz tarixinə biganəliyin uzun müddət kök salması olubdur. Bu kimi halların aradan qaldırılması xalqımıza edilən zülmlərin aşkarlanıb beynəlxalq aləmə çatdırılması baxımından ulu öndər Heydər Əliyev cənablarının verdiyi fərmanların böyük siyasi və tarixi əhəmiyyəti vardır. Belə fərmanlardan biri də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”kı sənəddir. Bu fərmanda tarixdə ilk dəfə olaraq son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması kimi məsələlərə siyasi qiymət verilir, bu ədalətsizlik ilk dəfə olaraq aşkarlanıb xalqa və beynəlxalq ictimaiyyətə çatdırılır.

Authors and Affiliations

Xəzər Hüseynov, Fəxriyyə Hüseynova

Keywords

Related Articles

Ali məktəblərdə kimyanın tədrisində laboratoriya dərslərinin rolu

Xülasə Gələcəkdə müəllim olacaq tələbə namizədlər üçün laboratoriya bacarıqlarına sahib olmaq çox vacibdir. Ona görə də tələbələrin laboratoriyadan istifadə səviyyəsinin artırılması məsələsi pro­fessor-müəllim heyəti...

Arbitraj və mülki iddia icraatı: beynəlxalq qaydalar və Azərbaycan qanunvericiliyi

Xülasə Qeyd edilməlidir ki, arbitraj ölkəmizdə geniş tətbiq edilməsə də, dünyada mübahisələrin arbitraj məhkəmələrində baxılması daha geniş yayılmış təcrübədir. Bununla əlaqədar, dövlətlər arbitrajla bağlı müvafiq qan...

XIX əsrdə Yelizavetpol quberniyasında sənaye istehsalının inkişafı və ümumi vəziyyəti

Xülasə Araşdırılan dövrdə Yelizavetpol quberniyasında bazar (əmtəə) münasibətlərinin inkişafı nəticə­sində fabrik-zavod sənayesi təşəkkül taparaq inkişaf etsə də, qədim ənənələrə malik kustar (sənətkarlıq) sənayesi öz...

BLOKÇEYN: FƏLSƏFƏ, TEXNOLOGİYA, TƏTBİQ VƏ RİSKLƏR

Xülasə Blokçeynin əsas ideyaları və xassələri nəzərdən keçirilir: arxitekturalar, blokçeyn tətbiqi modelləri, xüsusən də mərkəzləşdirilməmiş muxtar təşkilatlar və tətbiqlər, özəl blokçeyn sistemləri və blokçeyn xidmət...

Azərbaycanda fortepiano ifaçılığının yaranma tarixi

Xülasə Müəllif məqalədə Naxçıvan Muxtar Respublikasında bəstəkarlığın yaranma tarixindən, eyni za­man­da onun inkişafından bəhs edir. İlk musiqi məktəbinin açılmasında və bəstəkarlığın inkişa­fında bu məktəbin rolundan...

Download PDF file
  • EP ID EP747661
  • DOI 10.36719/2706-6185/37/7-13
  • Views 1
  • Downloads 0

How To Cite

Xəzər Hüseynov, Fəxriyyə Hüseynova (2024). AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI VƏ NAXÇIVAN (1948-1953-CÜ İLLƏR). Ancient Land, 6(7), -. https://europub.co.uk/articles/-A-747661