Ali məktəblərdə kimyanın tədrisində laboratoriya dərslərinin rolu

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 9

Abstract

Xülasə Gələcəkdə müəllim olacaq tələbə namizədlər üçün laboratoriya bacarıqlarına sahib olmaq çox vacibdir. Ona görə də tələbələrin laboratoriyadan istifadə səviyyəsinin artırılması məsələsi pro­fessor-müəllim heyəti üçün prioritet məqsədlərdən biri olmalıdır. Məqalədə tələbələrin kimya fənnini öyrənmələrində laboratoriya dərslərinin vacibliyindən bəhs olunur. Laboratoriya dərsləri tələbələrə kimya laboratoriyasındakı təcrübələri daha yaxşı başa düşmələ­rinə kömək etməklə yanaşı, tədrisin sonunda kimya laboratoriyasında tələbə-tələbə, tələbə-müəllim ünsiyyətinin artırılması və bununla da nəzəri biliklərin təkmilləşdirilməsində də böyük rol oynayır. Laboratoriya mühitində tələbələrin şüurunu aktivləşdirməyin yollarından biri də tələbələrin apardıqları təcrübələr və əldə etdikləri nəticələr haqqında daha çox məlumat əldə etmək üçün onları düşündürəcək üsullardan istifadə etməkdir. Bu üsullardan biri olan "proqnozlaşdırma-müşahidə-izah” üsulu anlayışların dərketmə səviyyəsinin müəyyən edilməsində və anlayışların öyrədilməsin­də istifadə olunur. Bu üsul kimya dərslərində hadisələrin, anlayışların səbəbləri haqqında daha çox düşünməyə imkan verməklə laboratoriya tədqiqatlarının effektivliyini artıra bilər. Bu strategiya 3 mərhələdən ‒ proqnoz (səbəblə), müşahidə və izahatdan ibarətdir. Birinci mərhədə tələbələrə araşdırılacaq mövzu, hadisə və ya sual təqdim olunur. Bu mərhələdə tələbələrdən araşdırılacaq hadisənin səbəbləri ilə ya­naşı, nəticələrini də proqnozlaşdırmaları xahiş olunur. İkinci mərhələdə tələbələr araşdırılan hadi­səni müşahidə edir və əslində, nə baş verdiyini özləri öyrənir, cümlələrlə yazırlar. Son mər­hələdə şagirdlər öz müşahidələrini ilkin proqnozlarla müqayisə edirlər.

Authors and Affiliations

Asya Şahverdiyeva, Gülbəniz Qədirova

Keywords

Related Articles

Tourism as a Tool for Strengthening the “Soft Power” of Azerbaijan

Abstract The relevance of this topic is due to the fact that tourism today is a powerful and effective tool of “soft power” in Azerbaijan. The current state, principles and main directions of state policy in the field...

BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ STEAM MODELİ

Xülasə Biologiya dərslərində informasiya texnologiyalarından istifadə müəllimə bir sıra imkanlar yaradır. Bunlardan təlim-tərbiyə prosesinin gedişində şagirdlərin şüurlu fəaliyyətinin təşkil edilməsi, təlim prosesində...

THE IMPACT OF GLOBALIZATION ON ENGLISH LANGUAGE

Abstract Thanks to new technologies in the globalized world, borders between people and nations have disappeared, and mutual contact between nations has become inevitable. Facilitation of communication and relations,...

MƏKTƏBƏHAZIRLIQ DÖVRÜNDƏ SAVAD TƏLİMİ ÜZRƏ MƏŞĞƏLƏLƏRİN TƏŞKİLİ

Xülasə Müstəqil Azərbaycan Respublikasının gələcəyi olan gənc nəslin tərbiyəsinin kiçik yaşlardan düzgün təşkilini həyata keçirmək məktəbəqədər tərbiyə müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən biridir. B...

POST-KONFLİKT ƏRAZİLƏRDƏ XİDMƏT SFERALARININ BƏRPASI VƏ YENİDƏN QURULMASI ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏ

Xülasə Münaqişələrdən sonra əhaliyə müxtəlif növ yardımların göstərilməsi ilə bağlı nəzəri və empirik tədqiqatların tədqiqi rekonstruksiya, bərpa, reabilitasiya, reinteqrasiya və s. kimi çoxsaylı terminologiyanın mövc...

Download PDF file
  • EP ID EP747430
  • DOI 10.36719/2706-6185/39/28-30
  • Views 35
  • Downloads 0

How To Cite

Asya Şahverdiyeva, Gülbəniz Qədirova (2024). Ali məktəblərdə kimyanın tədrisində laboratoriya dərslərinin rolu. Ancient Land, 6(9), -. https://europub.co.uk/articles/-A-747430