BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ STEAM MODELİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 5

Abstract

Xülasə Biologiya dərslərində informasiya texnologiyalarından istifadə müəllimə bir sıra imkanlar yaradır. Bunlardan təlim-tərbiyə prosesinin gedişində şagirdlərin şüurlu fəaliyyətinin təşkil edilməsi, təlim prosesində fərdi yanaşma üsulunun tətbiqinə daha böyük imkanlar yaradılması və qısa vaxt ərzində mikro və makro aləmdə baş verən hadisə və prosesi ardıcıllıqla izləmək imkanlarının yaradılmasını misal göstərmək olar. Bu texnoloji yeniliklərin hamısını özündə birləşdirən, ən əsas və yeni model STEAM tədris modelidir. Biologiya dərslərində STEAM-dan istifadə edərkən dərsin mərhələləri əvvəlcədən aydınlaşdırılmalıdır. Bununla yanaşı bioloji biliklərin şagirdlərin həyat və fəaliyyətində mühüm rol oynadığını da nəzərdə saxlamaq lazımdır. Məhz bioloji təhsil sayəsində hələ yeniyetməlik yaşlarından şagirdlərdə özünə, ətrafdakılara, ümumiyyətlə, bütün canlılara qarşı diqqətli və ehtiyatlı yanaşma, təbiətə məhəbbət hissi formalaşır. Şagird müəyyən dərəcədə öz sağlamlığının qeydinə qalmağın nə dərəcədə mühüm olduğunu anlayır, öz orqanizminin quruluş və funksiyalarını bilir, ekologiyanın nə demək olduğunu anladığına görə onda bitki və heyvanlar aləminə qarşı rəğbət hissi yaranır. Məktəbdə işlədiyim müddət ərzində belə bir fikrə gəlmişəm ki, yaxşı nəticə əldə etmək üçün hər bir müəllim öz fənninə marağı artırmalı, bunun üçün isə dərs zamanı müasir-pedaqoji üsullardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməlidir. İKT-dən biologiya dərsində istifadə tədris edilən fənnin keyfiyyətini də artırmağa kömək edir, müxtəlif obyektlərin nümayişini asanlaşdırır. Biologiyanın məktəbdə tədrisi mütəmadi olaraq təcrübələrin nümayişinə əsaslanır.

Authors and Affiliations

Pərvin Qafarova

Keywords

Related Articles

ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ SEÇİLMİŞ TƏLİM MATERİALLARININ ŞAGİRDLƏRİN BƏDİİ-ESTETİK TƏRBİYƏSİNƏ TƏSİRİ

Xülasə Müstəqillik illərindən etibarən ədəbiyyat təliminin məzmununda baş vermiş dəyişikliyin, zənginləşmənin ardıcıl olaraq izlənilməsi, tədqiq və təhlil edilməsi, ən əsası, dərsliklər hazırla­narkən inkişaf etmiş öl...

AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI VƏ NAXÇIVAN (1948-1953-CÜ İLLƏR)

Xülasə Məqalədə 1948-1953-cü illərdə azərbaycanlıların ata-baba yurdlarından zorla köçürülməsindən və bunun ağır nəticələrindən bəhs olunur. Azərbaycan xalqına, onun torpaqlarına edilmiş ədalətsizliklərin baş alıb...

AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN BƏRPASI CƏNUBİ QAFQAZDA YENİ GEOSİYASİ REALLIQLAR YARADIR

Xülasə Keçmiş Sovetlər birliyinin dağılması ərəfəsində cənubi Qafqaz regionuna yönəlik baxışlar yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olundu. Bu münaqişə postsovet məkanında ən qanlı münaqişələrdən biri kim...

HYPERBOLE AS A PERSUASIVE TOOL

Abstract Exaggeration used for emphasis is known as hyperbole in writing and speaking. Exaggerations that are clearly meant to highlight a point rather than be accepted literally are typically found in hyperbolic comm...

Mollanəsrəddinçi şair Mirzə Məhəmməd Axundov

Xülasə XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai, mədəni, ədəbi-bədii mənzərəsinin daha dərindən və əhatəli şəkildə mənimsənilərək dərk edilməsi naminə Mirzə Məhəmməd Axundovun həyat, fəaliyyət və ədəbi-bə...

Download PDF file
  • EP ID EP748454
  • DOI 10.36719/2706-6185/35/72-75
  • Views 40
  • Downloads 0

How To Cite

Pərvin Qafarova (2024). BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ STEAM MODELİ. Ancient Land, 6(5), -. https://europub.co.uk/articles/-A-748454