MƏKTƏBƏHAZIRLIQ DÖVRÜNDƏ SAVAD TƏLİMİ ÜZRƏ MƏŞĞƏLƏLƏRİN TƏŞKİLİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 6

Abstract

Xülasə Müstəqil Azərbaycan Respublikasının gələcəyi olan gənc nəslin tərbiyəsinin kiçik yaşlardan düzgün təşkilini həyata keçirmək məktəbəqədər tərbiyə müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Bu dövrdə uşaqların ana dilinə yiyələnməsi təlim-tərbiyə işinin düzgün həyata keçirilməsindən çox asılıdır. Ana dili tədrisi məktəbəqədər tərbiyə müəssisələrində böyük pedaqoji əhəmiyyəti olan məsələdir. Uşaqların təfəkkür səviyyəsini müəyyənləşdirməkdə və onun inkişaf yolunu təmin etməkdə ana dili tədrisinin ümumi təlim sistemində rolu son dərəcə böyükdür. Altıyaşlıların təliminin müvəffəqiyyətli və cəlbedici olması üçün düşündürücü və inkişafetdirici oyunlardan istifadə olunmalıdır. Uşaqlar oyun zamanı sərbəst olur, yeniliyi asanlıqla qavraya bilirlər. Oyun zamanı uşağın təfəkkürü, yaddaşı, müşahidəçilik qabiliyyəti, diqqəti daha asanlıqla inkişaf edir. Tərbiyəçi hər bir məşğələyə vaxtında hazırlaşmalı, üzərində iş aparılacaq materialı diqqətlə seçməli, məşğələdə istifadə ediləcək iş formalarını, metod və priyomları müəyyənləşdirməlidir. Nitq inkişafı üzrə iş uşaqların fiziki imkanlarına müvafiq olmaqla onların fikir və fəaliyyətini hərəkətə gətirməli, təfəkkürünü, yaddaşını inkişaf etdirməli, müqayisəetmə, ümumiləşdirmə, əqli nəticəyə gəlmə bacarıqlarına yiyələnməsini təmin etməlidir. Bütün bunlara nail olmaq üçün nitq inkişafı üzrə iş birtərəfli deyil, kompleks şəkildə aparılmalıdır.

Authors and Affiliations

Yeganə Məmmədova

Keywords

Related Articles

QƏDİM ŞABRAN ŞƏHƏRİ

Xülasə Azərbaycan ərazisində erkən şəhərlərin yaranması orta tunc dövrünə aid edilsə də, Xəzər dənizinin qərb sahillərində yaşayış yerlərinin şəhərlərə çevrilmə prosesi antik dövrdən başlayır. Respublikamız tərəfində...

İbtidai sinif riyaziyyat kursunun təhsildə rolu

Xülasə İbtidai sinif riyaziyyat kursunun təhsildəki rolu olduqca vacib və aktualdır. İbtidai sinif riya­ziyyat kursu, şagirdlərin təhsilinin əsasını təşkil edir və onların gələcəkdə uğur qazanmaları üçün son dərəcə va...

SƏNAYE İNKİŞAFI VƏ İQTİSADİ ARTIM

Xülasə Sənaye inkişafı iqtisadi artımın sürətləndirilməsində və daha geniş ictimai məqsədlərə nail olunmasında mühüm rol oynayır. İstehsal sektoru məhsuldarlığı artırmaq, texnoloji innovasiyaları stimullaşdırmaq, xidm...

Bədii mətnlərdə üslubi fiqurların rolu

Xülasə Məqalədə fransız dilində yazılmış bədii mətnlərdə ən çox istifadə olunan üslubi fiqurlardan bəhs olunur. Elmi, publisistik mətnlərdən fərqli olaraq bədii mətn daha rəngarəngdir. Bədii mətnlər daha zəngin dil xü...

XIX əsrdə Yelizavetpol quberniyasında sənaye istehsalının inkişafı və ümumi vəziyyəti

Xülasə Araşdırılan dövrdə Yelizavetpol quberniyasında bazar (əmtəə) münasibətlərinin inkişafı nəticə­sində fabrik-zavod sənayesi təşəkkül taparaq inkişaf etsə də, qədim ənənələrə malik kustar (sənətkarlıq) sənayesi öz...

Download PDF file
  • EP ID EP747763
  • DOI 10.36719/2706-6185/36/11-15
  • Views 1
  • Downloads 0

How To Cite

Yeganə Məmmədova (2024). MƏKTƏBƏHAZIRLIQ DÖVRÜNDƏ SAVAD TƏLİMİ ÜZRƏ MƏŞĞƏLƏLƏRİN TƏŞKİLİ. Ancient Land, 6(6), -. https://europub.co.uk/articles/-A-747763