DATURA İNNOXİA BİTKİSİNİN KİMYƏVİ TƏRKİBİNİN, ANTİMİKROB VƏ ANTİOKSİDANT FƏALLIĞININ, TOKSİK TƏSİRİNİN TƏDQİQİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 4
Abstract
Badımcançiçəklilər (Solanaceae) fəsiləsindən olan Datura innoxia – hind dəlibəngli və ya ziyansız dəlibəng növünə Azərbaycan florasında təbii olaraq rast gəlinir (Zernov, 2021: 96). Datura növlərinin tərkibində olan tropan alkaloidləri yüksək bioloji fəallığa və toksik təsirə malik olduğundan, respublikamızda onların daxilə nəzarətsiz qəbulu nəticəsində zəhərlənmələrin monitorinqi aparılmışdır. Bitkinin tərkibində QX-MS, İƏP-MS, YEMX-MS, YEMX-UB və NMR-spektroskopiya üsullarının köməyilə 34 tropan, 3 nortropan, 6 pirrolidin törəməli alkaloidləri identifikasiya edilmiş, həmçinin bitkinin aminturşu, triterpen turşuları, fenol və flavonoid, yağ turşuları, sterin, efir yağları, makro və mikroelement tərkibi tədqiq edilmişdir. D. innoxia bitkisinin antioksidant fəallığı DFPH üsulu ilə, antimikrob fəallığı disk diffuziya üsulu ilə öyrənilmişdir. Toxum alkaloidlərinin xroniki toksikliyi ağ laborator siçovullar üzərində, davranış-uyğunlaşma testləri isə ağ laborator siçanlar üzərində in vivo üsulla araşdırılmışdır (Vəliyeva, 2021: 11-14; Valiyeva, 2022: 442-446; Vəliyeva, 2020: 19-22; Vəliyeva, 2021: 107; Garaev, 2021: 164-170).
Authors and Affiliations
Adilə Vəliyeva , Eldar Qarayev, Nuranə Mollayeva, Ramiz Axundov, Rəna Cəfərova , Günay Alıyeva
Kütləvi idman tədbirləri zamanı təhlükəsizliyin təmin edilməsində müasir informasiya texnologiyalarından və texniki vasitələrdən istifadənin hüquqi aspektləri
Xülasə Hazırkı məqalə kütləvi idman tədbirlərinin təşkil olunması və keçirilməsi zamanı ictimai təhlükəsizliyin təmin edilməsi institutu tətbiq edildikdə təcrübəyə gətirilən müasir informasiya texnologiyalarından və t...
“Multikulturalizm”, “avrosentrizm” və “avropaçılıq”
Xülasə Azərbaycanda multikultural dəyərlərə hörmət edilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün multikulturalizm probleminə marağın artması bütün dünyada olduğu kimi, bizim öl...
RANSOMWARE HÜCUMLARI VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA TƏKLİF OLUNAN MÜDAFİƏ STRATEGİYALARI
Xülasə Ransomware hücumları qlobal miqyasda olduğu kimi Azərbaycanda da həm müəssisələr, həm də fiziki şəxslər üçün ciddi təhlükə yaradır. Bu problemi həll etmək üçün araşdırmalara və müdafiə taktikalarının hazırlanma...
MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ FONETİK ANOMALİYALAR
Xülasə Tipoloji və genetik münasibətdə bir-birinə ən uzaq müxtəlif dillərə aid faktların müqayisə edilməsi təcrübəsi göstərir ki, bu dillərdə eyni və oxşar hadisələr mövcuddur. Dillərin bu yöndə müqayisəli öyrənilməsi...
81 MM TÜSTÜ QUMBARALARININ TƏSNİFATI VƏ TƏSİRLƏRİ
Xülasə Məqalədə 81 mm-lik ЗD6 tipli qumabaranın pirotexniki tüstü tərkibi komponentlərinin təyinatının əsaslandırılması, tüstü tərkiblərində istifadə olunan oksidləşdiricilərinin nəzəri təhlili, komponentlərin miqdarı...