DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5

Abstract

Xülasə Tədqiqatın məqsədi: Azərbaycan Respublikasında daxili turizmin inkişaf perspektivlərini araşdırmaq, yerli turizm potensialını artırmaq üçün stratejilər təklif etmək və bu sahədə mövcud imkanların daha effektiv istifadəsini təmin etməkdir. Elmi yenilik: Bu tədqiqat, Azərbaycanın daxili turizm sektorunda istifadə edilməmiş və ya az istifadə edilmiş resursları identifikasiya edərək, bu potensialın aktivləşdirilməsi yollarını təklif edir. Həmçinin, yerli turizm inkişafında əhali arasında mədəni və tarixi anlayışların gücləndirilməsinin önəmini vurğulayır. Tədqiqatın nəticələri: Tədqiqat, Azərbaycanın daxili turizm sektorunun mədəni, ekoloji və sağlamlıq turizmi kimi sahələrdə geniş imkanlara malik olduğunu ortaya qoymuştur. Eyni zamanda, infrastrukturun modernizasiyası, marketinq strategiyalarının yenilənməsi və yerli əhalinin turizm sektoruna cəlb edilməsi kimi faktorların turizm sektorunun inkişafına töhfə verəcəyi təsbit edilmiştir. Tədqiqatın məhdudiyyətləri: Tədqiqatın əsas məhdudiyyətləri, mövcud statistik məlumatların məhdudluğu və daxili turizmə dair etibarlı məlumatların azlığıdır. Bununla yanaşı, tədqiqat yalnız bəzi bölgələr üzərində diqqət mərkəzində olmuş və bütün ölkə miqyasında genişləndirilməmişdir. Praktik əhəmiyyət:Araşdırma nəticələri, yerli hakimiyyət orqanları, turizm agentlikləri və özəl sektora Azərbaycan daxilində turizm imkanlarını genişləndirmək üçün konkret təkliflər sunmaqda­dır. Bu təkliflər, yerli iqtisadiyyata müsbət təsir göstərərək iş imkanlarını artırmaq və milli mədəni irsi qorumaq məqsədi daşıyır. Tədqiqatın orijinallığı: Bu tədqiqat, Azərbaycanın daxili turizm sektoruna özgü məhdudiyyətləri və imkanları dərindən təhlil etməklə, ölkədə turizmin daha da inkişaf etdirilməsi üçün özgün yanaşmalar təklif edir. Tədqiqat, həm nəzəri və həm də praktiki aspektləri ilə bu sahədəki boşluqları doldurmağa çalışır və yerli turizmin qlobal trendlər çərçivəsində necə inteqra­siya edilə biləcəyini ortaya qoyar.

Authors and Affiliations

Ayxan Abbaslı

Keywords

Related Articles

KİBER HÜCUMLARINA QARŞI MÜDAFİƏ VƏ FƏALLAŞDIRMA STRATEGİYALARI

Xülasə Müasir rəqəmsal dövrdə kiberhücumlar daha çox yayılmış və təhlükəli hala gəldi. Bu hücumlar fərdlərin, təşkilatların və hətta dövlətlərin təhlükəsizliyini təhlükə altına alaraq əhəmiyyətli maliyyə və nüfuz itki...

İSTİSMAR QUYULARINDA QUM TƏZAHÜRÜNÜN YARANMASI VƏ ONLARLA MÜBARİZƏ ÜSULLARI

Xülasə İstismar quyularında qum təzahürünün yaranması neft və qaz hasilatında ciddi problemlərdən biridir. Bu problemlər quyunun məhsuldarlığının azalmasına, avadanlıqların zədələnməsinə və hətta quyunun bağlanmasına sə...

VERGİTUTMANIN QANUNİLİYİ PRİNSİPİ: AZƏRBAYCAN VERGİ QANUNVERİCİLİYİ PERSPEKTİVİNDƏN BAXIŞ

Xülasə Bu məqalədə Azərbaycan Respublikasında vergitutmanın qanuniliyi prinsipinin yaranması, inkişafı və bu prinsipin vergitutma sahəsində qərar vermək səlahiyyətinə malik orqanların hərəkətlərinə necə təsir etməsi t...

YEMƏK SİFARİŞİ PLATFORMALARINDA QİDA ÇATDIRILMASI XİDMƏTLƏRİNİN İŞ PRİNSİPİ

Xülasə Elekron ticarət müəssisələrin məhsul və xidmətlərini onlayn mağazalar və ya e-ticarət bazarları vasitəsilə satılmasıdır. İnternetin meydana gəlməsi ilə alış-veriş proseslərində dəyişiklik meydana gəldi. Hazırda...

LАYİHƏLƏRİN İDАRƏ ОLUNMАSI

Xülаsə Sоn zаmаnlаr “lаyihə” sözü сəmiyyətdə çоx yаyılmış terminlərdən biridir. “Lаyihə” lаtın sözü оlаrаq “prоjeсtus” sözündən yаrаnıb, hərfi mənаsı “qаbаğа аtılmış” deməkdir. Bu termin bizim leksikоnumuzа texniki sа...

Download PDF file
  • EP ID EP748403
  • DOI 10.36719/2663-4619/102/84-93
  • Views 24
  • Downloads 0

How To Cite

Ayxan Abbaslı (2024). DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ. Scientific Work, 18(5), -. https://europub.co.uk/articles/-A-748403