YEMƏK SİFARİŞİ PLATFORMALARINDA QİDA ÇATDIRILMASI XİDMƏTLƏRİNİN İŞ PRİNSİPİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 12
Abstract
Xülasə Elekron ticarət müəssisələrin məhsul və xidmətlərini onlayn mağazalar və ya e-ticarət bazarları vasitəsilə satılmasıdır. İnternetin meydana gəlməsi ilə alış-veriş proseslərində dəyişiklik meydana gəldi. Hazırda insanlar daha çox onlayn satış edən müəssisələrdən alış-veriş edirlər və brend şirkətlər də onlayn mağazalar vasitəsilə satışını təmin edir. Onlayn satışın təşkili üçün rəqəmsal transformasiyasının ardıcıl tətbiqi zəruri xarakter kəsb edir. Təklif olunan iaşə məhsulları haqqında məlumat saytda yerləşdirilməlidir. Burada müəssisənin adı, yemək hazırlanan stasionar obyektin ünvanı və iş rejimi yazılmalıdır. Məqalədə yemək sifarişi platformalarında qida çatdırılması xidmətlərinin iş prinsipi haqqında məlumat verilmişdir. Müasir dövrdə uzaqdan alış-veriş etmək, onu kuryerlə almaq, eləcə də bank kartı ilə ödəniş etmək normal haldır. Belə olan halda o, göstərdiyi xidmətə görə malın dəyərinin neçə faizinin kuryerə verilməli olduğunu və həmin cəhətin qanunla tənzimlənmədiyini diqqətə çatdırır. Şəxsi aktivləri olan kuryer xidməti logistika xidmətlərinin tam spektrini təqdim edir. Kuryer xidmətinin resursları eyni zamanda çoxlu sayda fiziki şəxslərə və iri korporativ müştərilərə keyfiyyətli xidmətlər göstərmək üçün nəzərdə tutulub. Hazırda qida çatdırılması sənayesi sürəli bir şəkildə inkişaf edir. Analitiklər yaxın illərdə restoranlar tərəfindən çatdırılan yeməklərin sayının durmadan artacağını proqnozlaşdırırlar. Bu proses istehlakçılar tərəfindən bəyənilir və insanlara sürətli çatdırılma ilə pul qazanmağa imkan verir. Restoranlar da çatdırılma platformasında öz təsirlərini artıra və sifariş qəbul etmək üçün daha çox imkanlara sahib ola bilərlər.
Authors and Affiliations
Ağasəməd Yəhyalı
AZƏRBAYCAN RESPUBLİKASINDA İXRACA DÖVLƏT DƏSTƏYİNİN MÜASİR VƏZİYYƏTİ
Xülasə Dövlətlərin qapalı iqtisadiyyat modelinə baxmayaraq niyə xarici ticarətlə məşğul olduqları və xarici ticarətin faydaları və mümkün zərərlərinin nələr ola biləcəyi əsrlər boyu maraq doğuran mövzulardır. İxrac gö...
Loading-Unloading Works and Execution Methods in the Planning of Transport Processes
Abstract Cities around the world are seeing increasing levels of urban freight activities due to the recent rise of internet shopping, creating additional challenges in terms of congestion and environmental impacts. I...
YANĞIN MÜHİTİNDƏ AVİASİYA SURSATLARININ TƏHLÜKƏSİZLİK TƏHLİLİ
Xülasə Sursatın təhlükəsizliyi həmişə milli hərbi elm və texnologiya məsələlərinin diqqət mərkəzində olmuşdur və yanğın gəminin sursat saxlama mühiti üçün əsas təhlükəsizlik təhdidlərindən biridir. Bu yazıda Mk-82 gəm...
İNSAN HÜQUQLARI HAQQINDA AVROPA KONVENSİYASININ 3-CÜ MADDƏSİNİN ÜMUMİ XARAKTERİSTİKASI
Xülasə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsinə zəmanət verir. İnsan hüquq və azadlıqlarını qoruyan Konvensiyanın ə...
ARAZ ÇAYININ SAHİLYANI ƏRAZİLƏRİNDƏ SU QUŞLARININ TREMATODOZ TÖRƏDİCİLƏRİNİN EPİZOOTOLOJİ VƏ EPİDEMİOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə 2021-2023-cü illərdə Azərbaycan Respublikasının Araz sahili ərazilərində 21 növə aid olan 128 ədəd su-bataqlıq quşu tam helmintoloji yarma üsulu ilə tədqiq olunmuş, 63 növ trematod tapılmışdır, bunlardan 2 növ...