D.İ.Mendeleyevin pedaqoji irsi və onun ali təhsilin inkişafında rolu
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3
Abstract
Məqalədə dövrünün böyük kimyaçı alimi D.İ.Mendeleyevin pedaqoji fikirlərinə geniş yer ayrılmışdır. D.İ.Mendeleyev kimyaçı alim olmaqla həm də pedaqoji fəaliyyət göstərmiş, onun bu sahədə xüsusi xidmətləri olmuşdur. Dövrü mətbuatda dəfələrlə çıxış etmiş və məqalələrlə öz fikirlərini ictimaiyyətə çatdırmışdır. Xüsusən dərslərin keçirilməsində eləcə də laboratoriya işlərinin yerinə yetirilməsində bir çox innovasiyalar həyata keçirmişdir. D.İ.Mendeleyev pedaqoji fəaliyyətində əsasən üç prinsipə əsaslanmışdır: elmilik prinsipi, əlçatanlıq prinsipi və aydınlıq prinsipi. D.İ.Mendeleyev mühazirələrini yazarkən elmi tədris prinsipindən istifadə edirdi ki, bu da təqdim olunan materialda yeni elmi nailiyyətlər, mütərəqqi elmi ideyalar və xüsusilə təlimlər arasında sıx əlaqədə ifadə olunurdu. Dmitri İvanoviçin istifadə etdiyi növbəti prinsip vizual tədris prinsipi idi. Tədqiqat işlərində mühazirə və praktiki məşğələrdə eksperimentlərin nümayiş etdirilməsi üçün vizual tədris prinsipindən istifadə edirdi. Baxmayaraq ki, təhsil müəssisələrində müvafiq şərait yox idi. Dmitri İvanoviç müəllim fəaliyyətində yuxarıda qeyd olunan didaktik prinsiplərlə yanaşı, tədrisin sistemliliyi və ardıcıllığı prinsipinə də əməl edirdi.
Authors and Affiliations
Şəmil Mahmudov, Sevinc Kərimova
ONLAYN BANKÇILIQ SİSTEMLƏRİ, PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏRİ
Xülasə Məqalədə müasir dünyada yaranan bir sıra onlayn bankçılıq problemləri, bu sahənin inkişaf perspektivləri təhlil edilir və xüsusi olaraq nəzərdən keçirilir. Bu gün innovativ texnologiyalardan istifadə bank sekto...
QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRİN PROFİLAKTİKASININ NÖVLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ
Xülasə Məqalədə qeyri - infeksion xəstəliklərin epidemiologiyasına dair qısa məlumatlar verilmiş və bu xəstəliklərin profilaktikasının növləri və xüsusiyyətləri haqqında məlumatlar paylaşılmışdır. Xəstəliyin inkişaf m...
Tək lifli iki istiqamətli ötürmə üçün yeni texnologiyalar
Xülasə Fiber optik rabitə texnologiyası, məlumatların sürətli və az itki ilə ötürülməsini təmin edir. Ənənəvi genişzolaqlı ötürmə sistemləri ilə müqayisədə daha yüksək sürət və səmərəlilik təqdim edir. Optik liflər, n...
THE WAR IN UKRAINE AND ITS IMPLICATIONS FOR THE EURASIAN ECONOMIC UNION
The dissolution of the Soviet Union in 1991 prompted newly independent states to seek integration and alignment with other countries and blocks, thereby shaping their foreign policies. One of the significant initiatives...
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNNOVASİYALI İQTİSADİ İNKİŞAF PLANLARININ QURULMASI VƏ İCRASI
Xülasə İqtisadi potensialı yüksək olan Qarabağ iqtisadi rayonunun inkişafını təmin etmək və onun gələcək iqtisadi potensialını artırmaq üçün atılan addımlar dövlətimiz üçün zəruri tədbirlərdən biridir. Belə ki, region...