ELEKTRON HÖKUMƏTİN TƏTBİQİNİN İQTİSADİYYATIN İNKİŞAFINA TƏSİRİNİN TƏHLİLİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 3

Abstract

Xülasə Bazar iqtisadiyyatı və qlobal iqtisadi tendensiyalar dövlət idarəçiliyinin müxtəlif səviyyə və sahələrində tətbiq olunan rəqəmsal həll yolları vətəndaş məmnuniyyətini və sahibkarların imkanlarının artırılmasına, idarəçilikdə şəffaflığın və iqtisadi səmərəliliyin yüksəldilməsinə böyük təkan verir. XXI əsrdə dünya iqtisadiyyatını əhatə edən sürətli qloballaşma tendensiyası çərçivəsində internetdən istifadənin və ümumilikdə İKT-lərin tətbiq sahələrinin genişlənməsi ictimai həyatın bütün sahələrinə, o cümlədən, dövlət sektoruna, iqtisadiyyatın və xüsusilə, özəl sektorun tənzimlənməsi metodlarına əhəmiyyətli təsir göstərmişdir. Beləliklə, yeni texnologiyaların iqtisadi inkişafa və cəmiyyətin həyatına səmərəli təsiri elektron hökumət sisteminin meydana çıxmasını şərtləndirən əsas amil kimi qiymətləndirilir. Məqsəd – rəqəmsallaşma şəraitində sürətlə tətbiq olunan elektron hökumət sisteminə dair konseptal yanaşmaları, elektron hökumət modellərinin əsas vəzifələrini və iqtisadi inkişafa təsirini müəyyənləşdirməkdən ibarətdir. Metodologiya – məqalədə ədəbiyyat icmalı həyata keçirilməklə azərbaycanlı və xarici alimlərin mövzu ilə bağlı yanaşmaları incələnmiş, məzmun analizi, müqayisə və ümumiləşdirmə metodlarından istifadə edilmişdir. Tədqiqatın nəticələri – bazar iqtisadiyyatı şəraitində elektron hökumətin başlıca məqsədi İKT və digər infrastruktur elementlərdən istifadə etməklə vətəndaşlar və biznes subyektlərinə məsafədən daha keyfiyyətli və operativ xidmətin göstərilməsi və dövlət orqanları arasında koordinasiyanın gücləndirilməsindən ibarətdir.

Authors and Affiliations

İsfəndiyar Nəcəfov

Keywords

Related Articles

“CANLI MUZEY” KONSEPSİYASININ MAHİYYƏTİ

Xülasə Muzeyşünaslıq ədəbiyyatında “canlı muzey” anlayışı müxtəlif mənalarda işlənir. Bu tədqiqatın məqsədi 'canlı muzey' anlayışının istifadələrini araşdırmaq və muzeyşünaslıq sahəsində terminologiya araşdırmalarına...

DÖRDÜNCÜ SƏNAYE İNQİLABI: İQTİSADİ ARTIMIN VƏ İNNOVASİYANIN GƏLƏCƏYİNİN FORMALAŞDIRILMASI

Xülasə Bu məqalə texnoloji innovasiyaların iqtisadiyyata əhəmiyyətli və müxtəlif təsirlərini araşdırır, süni intellekt, blokçeyn, avtomatlaşdırma və əşyaların interneti kimi nailiyyətlərin qlobal iqtisadiyyatları necə...

NAXÇIVANDA ƏNƏNƏVİ YEMƏKLƏR: MƏTBƏX MƏDƏNİYYƏTİ VƏ XALQ YEMƏKLƏRİ

Xülasə “Naxçıvanda ənənəvi yeməklər: mətbəx mədəniyyəti və xalq yeməkləri” məqaləsi Naxçıvanın zəngin və müxtəlif mətbəx mədəniyyətini araşdırır. Məqalədə Naxçıvan mətbəxinin tarixi, əsas yeməkləri, xüsusi yeməkləri v...

Dayanıqlı inkişafın konseptual modeli və onun komponentləri

Xülasə Məqalədə dayanıqlı inkişafın konseptual modeli təhlil olunur. Dayanıqlı inkişafın tarixi, əsas prinsipləri, komponentləri və metodologiyaları haqqında məlumat verilir. Ekoloji, iqtisadi və sosial komponentlərin...

SƏNAYE İNKİŞAFI VƏ İQTİSADİ ARTIM

Xülasə Sənaye inkişafı iqtisadi artımın sürətləndirilməsində və daha geniş ictimai məqsədlərə nail olunmasında mühüm rol oynayır. İstehsal sektoru məhsuldarlığı artırmaq, texnoloji innovasiyaları stimullaşdırmaq, xidm...

Download PDF file
  • EP ID EP748959
  • DOI 10.36719/2706-6185/33/207-212
  • Views 25
  • Downloads 0

How To Cite

İsfəndiyar Nəcəfov (2024). ELEKTRON HÖKUMƏTİN TƏTBİQİNİN İQTİSADİYYATIN İNKİŞAFINA TƏSİRİNİN TƏHLİLİ. Ancient Land, 6(3), -. https://europub.co.uk/articles/-A-748959