ELEKTRON KOMMUNİKASİYA İŞGÜZAR ÜNSİYYƏTİN ƏSAS NÖVLƏRİNDƏN BİRİ KİMİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3
Abstract
Xülasə Elektron kommunikasiya müasir dövrdə işgüzar kommunikasiyanın qurulmasında əhəmiyyətli rol oynayır, onun effektiv inkişafını təmin edir. Ümumiyyətlə, kommunikasiyaların inkişaf tarixi üç böyük mərhələdən (bu mərhələləri kommunikativ inqilab da adlandırmaq olar) keçmişdir: yazının kəşf olunması; çap maşınının hazırlanması; elektron kütləvi medianın tətbiqi. İnternetin tətbiqi kommunikasiyanın inkişafında yeni mərhələ, nəhəng sıçrayış olmuşdur. Hal-hazırda ümumdünya “informasiya toru” nə fiziki, nə coğrafi, nə administrativ, nə də senzura sərhədlərinə malik deyildir. Elektron poçt vasitəsilə ilk dəfə fayl mübadiləsi 1971-ci ilin oktyabrında ABŞ-da R.Tomlinson tərəfindən həyata keçirilmişdir. İlk dövrlərdə elektron kommunikasiya ABŞ-da sürətlə yayılaraq inkişaf etsə də, XXI əsrin əvvəllərindən digər ölkələrdə onun inkişafı bəzən daha intensiv olmuşdur. Belə ki 2001-ci ilin martında YUNESKO, Dünya bankı və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələrinin yekdil rəyinə əsasən, dünyanın ən informativləşdirilmiş ölkəsi İsveç hesab edilmişdir. Onlar müxtəlif ölkələrdə informasiyanın qəbul edilməsi imkanlarını araşdıraraq bu qənaətə gəlmişdilər. İkinci yerdə Norveç, üçüncü yerdə Finlandiya, dördüncü yerdə isə ABŞ olmuşdur. Dünya üzrə İnternet-in ən yaxşı inkişaf etdiyi ölkələr İsveç, Sinqapur və Avstraliya, kompyuter infrastrukturunun inkişafına görə ilk yerdə ABŞ-dır. Azərbaycanda da elektron kommunikasiya işgüzar ünsiyyətin qurulmasında əvəzsiz rola malikdir, bu kommunikasiya formasına tələbat mütəmadi olaraq artmaqdadır. Elektron poçt öz üstünlüklərinə – gecə-gündüz əlçatan olmasına, operativliyinə və istifadəsinin sadəliyinə görə işgüzar yazışmalarda özünə möhkəm yer tutmuşdur.
Authors and Affiliations
Sevinc Sadıqova
İNGİLİS DİLİNDƏ SÖZ YARADICILIĞININ QEYRİ-ƏSAS NÖVLƏRİ
Xülasə Dil ən mobil və daim dəyişən sistemlərdən biridir və daim dəyişən tarixi, iqtisadi, mədəni şəraitlə əlaqədar olaraq dilin həm tərkibi, həm də quruluşu dəyişir. Dilin həyatın dəyişən xüsusiyyətlərinə uyğunlaşdır...
INTELLECTUAL PROPERTY PROVISIONS IN INTERNATIONAL INVESTMENT AGREEMENTS
Abstract The purpose of this legal article is to examine the protection of intellectual property as an investment, which is rapidly developing in the modern world, and the norms established by international investment...
LİNQVOKULTUROLOGİYA KONSEPTİN SEMİOTİK NÖVLƏRİ
Xülasə Məqalədə konseptin semiotik növləri haqqında müəyyən məlumatlar verilir. Bu növlərin xarakterik linqvistik xüsusiyyətləri araşdırılır. Belə çıxır ki, konseptin semiotik tipləri dünya dilinin dərk edilməsində m...
EMOSİONAL SÜNİ İNTELLEKT VƏ ÜNSİYYƏT
Xülasə Emosional Süni İntellekt (ESI), insan emosiyalarını anlamaq, təhlil etmək və hətta bəzən emosional cavablar vermək üçün istifadə olunan texnologiyalardır. Bu texnologiyalar geniş spektrumdakı mətn, səs və görün...
MÜDAFİƏ SƏNAYESİNDƏ İSTİFADƏ OLUNAN KOMPOZİT MATERİALLAR VƏ TƏTBİQ SAHƏLƏRİ
Xülasə İstənilən məqsəd üçün müəyyən nisbətlərdə və şəraitdə iki və ya daha çox materialın birləşdirilməsi nəticəsində əldə edilən kompozit materiallar yüksək möhkəmlik/sıxlıq nisbətinə görə geniş istifadə olunur. Aşa...