ƏSRİN LİDERİ – HEYDƏR ƏLİYEV!

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 8

Abstract

Hər bir dövr öz liderlərini yetişdirir. Şəxsiyyəti lider edən başlıca keyfiyyətlər ağıl, enerji, xarakter, möhkəm iradə, yüksək təşkilatçılıq qabiliyyətidir. Xalq tarixi marağının bütün mükəmməlliyi ilə liderin şəxsində təzahür edir. Milli lider xalqı birləşdirir və onun idealları uğrunda qətiyyətlə mübarizə aparır. Türk milləti XX əsrdə dünyaya iki böyük lider bəxş edib. Atatürk və Heydər Əliyev. Biri Osmanlı imperiyasının süqutu ərəfəsində yaranan ağır vəziyyətdə, Anadolu türk varlığının işğalçı qüvvələr tərəfindən məhv edilmək istənildiyi bir məqamda milli mübarizənin ön sıralarına çıxaraq türk millətini və dövlətçiliyini xilas etmişdir. Digəri isə Sovet İmperiyasının süqutu ərəfəsində Azərbaycanın müstəqillik əldə etməsindən sonra yaranmış ağır vəziyyətdə milli mübarizənin əsl liderinə çevrilərək Qafqazda həqiqi müstəqil Azərbaycan dövlətini qurmuşdur. Dünyanın liderlik zirvəsində olanlar sırasında H.Əliyevin xüsusi yeri vardır. H. Əliyev lider kimi cəmiyyətə və dünyaya təsiri olduqca güclü idi. O öz tarixi vəzifəsini hələ ötən əsrin 60-cı illərinin sonundan başlayaraq qeyri-adi cəsarətlə həyata keçirməyə başlamışdı. Bugünkü müstəqil Azərbaycan dövlətinin əsaslarını ölkədə sənaye və istehsal sahələrinin yaradılması onun adı ilə ilə bağlıdır. Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxa bilmiş, onun müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən müdrik siyasi tədbirlər sayəsində bu gün Azərbaycan Respublikası dünya dövlətləri birliyində öz layiqli yerini tutmuş, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır. Hakimiyyət böhranının yaşandığı və ölkədə anarxiyanın tüğyan etdiyi, ölkəmizin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda Azərbaycanda siyasi hakimiyyətə xalqın təkidi ilə qayıdan Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsi birdəfəlik aradan qaldırılmış, dövlətçiliyimizin mövcudluğu üçün böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinin və siyasi terror aktlarının, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı alınmışdır.

Authors and Affiliations

Minayə Fərzəliyeva

Keywords

Related Articles

XİDMƏT SAHƏLƏRİNDƏ KEYFİYYƏT MENECMENTİ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Xülasə Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir. Qeyd etmək lazı...

Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyası

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolit (NEK) zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyasına dair qısa məlumatlar verilmiş, son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrüb...

PANDEMİYA ŞƏRAİTİNDƏ ABŞ VƏ AZƏRBAYCAN ÜÇÜN İTO VƏ ESM MODELLƏRİ ÜZRƏ İNFLYASİYANIN MÜQAYİSƏLİ ŞƏKİLDƏ ARAŞDIRILMASI

Təqdim olunan işdə Maple proqram paketində 2000-2021-ci illər üçün Azərbaycana və 1996-2020-ci illər üçün ABŞ-a aid zaman-inflyasiya sıraları üzərində İtonun stoxastik modeli və qısamüddətli periodlar üçün effektiv olan...

KƏND TƏSƏRRÜFATINDA İNNOVASİYA YÖNÜMLÜ İNVESTİSİYA QOYULUŞLARININ MALİYYƏ MƏNBƏLƏRİ

Xülasə Kənd təsərrüfarında innovasiya fəaliyyəti yüksək dərəcədə qeyri-müəyyənliyi və riskli olması ilə fərqlənir. Bu səbəbdən kənd təsərrüfatında innovasiya yönümlü investisiyaların maliyyələşdirilməsi investorlar üç...

IDENTIFICATION OF GENERAL NORMATIVE REQUIREMENTS FOR THE SAFETY OF FOOD PRODUCTS IN THE LEGISLATION OF THE AZERBAIJAN REPUBLIC

Food security should form reliable sources and reserves of providing the country's population with important types of food. In the Republic of Azerbaijan, a state control system is being formed in order to ensure the pop...

Download PDF file
  • EP ID EP752781
  • DOI 10.36719/2663-4619/93/35-41
  • Views 15
  • Downloads 0

How To Cite

Minayə Fərzəliyeva (2023). ƏSRİN LİDERİ – HEYDƏR ƏLİYEV!. Scientific Work, 17(8), -. https://europub.co.uk/articles/-A-752781