Folklor nəzəriyyələri

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 10

Abstract

Xülasə Folklorun estetik əhəmiyyəti ilk öncə onunla şərtlənir ki, o dil, fikir və bədii düşüncənin əsasında xalqın yaratdığı mükəmməl bir söz sənətidir. Folklor xəyal, təxəyyül, fantaziya və simvolikadan sənətkarlıqla istifadə edərək gerçəkliyi dolayı yolla motivləndirir və onu poetik­ləşdirir. Bu poetikləşdirmə, sənət yaratma prosesində əsas vəzifəni xalqın bədii zövqü yerinə yetirir. Yəni xalqın bədii zövqü folklorun estetik ölçülərini müəyyənləşdirən və modelləşdirən əsas faktor rolunda çıxış edir. Folklor formaları əsrlərlə xalq sənətkarları tərəfindən cilalanıb və estetik ölçülərini sabitləşdirib. Ona görə də folklor estetik hissi, gözəllik hissini, dil, ritm və forma gözəlliyi duyğusunu inkişaf etdirir. Folklorun estetik gücü ədəbiyyat, musiqi, teatr və s. kimi sənət növlərinin inkişafında böyük əhəmiyyət daşıyır. Məqalədə bütün bunlar öyrənilərək araşdırılır, foklorun səciyyəvi xüsusiyyətləri üzə çıxarılır.

Authors and Affiliations

Pərvanə Qasımova

Keywords

Related Articles

DETERMINING THE EFFECT OF SOCIAL AND PSYCHOLOGICAL FACTORS ON WORKS OF ART: DEFINING THEM THROUGH SPECIFIC EXAMPLES

Abstract Artificial intelligence is rapidly reshaping daily life, ushering in permanent changes across all aspects of human existence. In response, artists are challenged to craft their works with a fresh language of...

Müəssisə idarəetməsində strateji menecmentin əhəmiyyəti

Xülasə Müəssisənin səmərəliliyinin strateji menecment prinsiplərinin əhəmiyyətli dərəcədə fərqlənməsi ida­rəetmə mexanizmlərinin strukturunda və müasir müəssisələrin inkişafında sürətli təkamül də­yişik­likləri ilə əl...

Azərbaycanda ailənin formalaşmasının sosial-psixoloji problemləri

Xülasə Ailə mürəkkəb sosial hadisə kimi insan fəaliyyətinin demək olar ki, bütün aspektlərini əhatə edir və sosial praktikanın vacib səviyyələrinə çatır. Ailə dəyərlərinin yenidən nəzərdən keçirilməsi və qiymətləndiri...

NAXÇIVANDA MUZEYŞÜNASLIQ ELMİNİN İNKİŞAFINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ROLU

Xülasə Azərbaycanda muzey işinin maraqlı tarixçəsi var. Azərbaycanda muzey işinə diqqət və qayğı ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutur. Heydər Əliyevi bir şəxsiyyət kimi səciyyələndirən cə...

Süni intellektin beynəlxalq qlobal təhlükəsizliyə təsiri: yeni çağırışlar, imkanlar və qlobal güc balansında dəyişikliklər

Xülasə Bu məqalə, süni intellektin beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahəsindəki rolunu araşdırır. Süni intellektin hərbi strategiyalara, kiber təhlükəsizliyə və diplomatik əlaqələrə təsiri ilə bağlı möv...

Download PDF file
  • EP ID EP751902
  • DOI 10.36719/2706-6185/40/46-51
  • Views 16
  • Downloads 0

How To Cite

Pərvanə Qasımova (2024). Folklor nəzəriyyələri. Ancient Land, 6(10), -. https://europub.co.uk/articles/-A-751902