Folklorun ideya mahiyyəti
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 11
Abstract
Xülasə Folklorun həyati məzmununu xalqın həyat gerçəklikləri təşkil etməkdədir. Yuxarıda da qeyd olunduğu kimi, insan həyatı beşikdən məzara qədər folklorla əlaqəlidir. Bu əlaqə dolayı deyil, birbaşadır. Başqa deyilişlə, folklorun insan həyatındakı situasiyalarla sıx bağlıdır və onun üzvi bir hissəsidir. Beşik başında layla çalınır, məzar başında ağı deyilir; dünyaya gələn də, dünyadan gedən də oxşanır, əzizlənir. Həyatı və ölümü birləşdirən belə ümumilik, xalqın yaradıcılığında xalqın vəhdət fəlsəfəsi kimi seçilir. Folklor mövzularını həyatdan almışdır. Daha doğrusu, folklor janrlarının mövzu əsası həyat hadisələri üzərində yaranmışdır. Əski mədəniyyətdə sıx-sıx ritual hərəkətlərini müşayiət edən folklor nümunələri tədricən ondan ayrılır, mərasim mənşəyindən qopduqdan sonra mərasim mənasını itirir. Amma yenə də əski təntənəsi ilə olmasa da, başlanğıcda bağlı olduğu həyat ritmlərinin müəyyən bir situasiyası ilə əlaqəsini kəsmədən yaşamağa davam edir. Bir qisim folklor nümunələri də artıq arxiv materialı kimi qorunur və ya muzey eksponatına çevrilərək sərgilənir. Məqalədə folklor qədim mədəniyyət göstəricisi kimi araşdırılaraq təhlilə cəlb edilir.
Authors and Affiliations
Pərvanə Qasımova
Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri
Yeniyetməlik dövrü insan həyatında kritik bir mərhələdir və bu dövrdə baş verən sosial və psixoloji dəyişikliklərin dərk edilməsi həm yeniyetmələrin özləri, həm də onları əhatə edən ailə, müəllimlər və cəmiyyət üçün va...
SABİT ƏMSALLİ YÜKSƏKTƏRTİBLİ SİMMETRİK VƏ QAYITMA DİFERENSİAL TƏNLİKLƏR
Məlum olduğu kimi, mexanikanın və texnikanın əksər məsələlərinin həlli yüksəktərtibli diferensial tənliklərin həllinə gətirilir. Belə tənliklərdən ən geniş tətbiq olunanı xətti diferensial tənliklərdir. Yüksəktərtibl...
SUBCLINICAL HYPOTHYROIDISM AND PREGNANCY
A special approach to the diagnosis and treatment of thyroid diseases during pregnancy is dictated by physiological characteristics and the importance of maintaining euthyroidism, especially in the first trimester of pre...
Nadir şahın ordusu: XVIII əsrin ən güclü hərbi qüvvəsi
XVIII əsrin ən parlaq və güclü hərbi liderlərindən biri olan Nadir şah Əfşar (1688-1747) güclü iradəsi ilə bütün dünyaya meydan oxuya bilən böyük bir ordu yaratmağa nail olaraq tarixə adını yazdıran böyük şəxsiyyətlərdən...
Mehriban Əliyeva: Azərbaycan qadınının əxlaqı və mənəviyyatının parlaq təmsilçisi
Bu məqalədə müəllif Azərbaycan qadınının tarixi, cəmiyyət və dövlət həyatındakı rolunu və Mehriban Əliyevanın bu sahədəki fəaliyyətini tədqiq edir. Tarixin müxtəlif dövrlərində Azərbaycan qadınları, siyasi, sosial və m...