FRAZEOLOJİ KONSTRUKSİYALARIN STRUKTUR XÜSUSİYYƏTLƏRİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 2
Abstract
Məqalədə ingilis dilində frazeoloji birləşmələrdən, onların struktur xüsusiyyətlərindən bəhs edilmişdir. Leksikologiya elmi bizə frazeologizmlər haqqında dəyərli məlumatlar verir. Frazeologiya uzun müddət həm dilçiliyin tərkib hissəsi kimi, həm də müstəqil sahə kimi tədqiq edilmiş, frazeoloji vahidlər sistemi isə sabit söz birləşmələri, frazeoloji qruplar, tərkib hissələrinə bölünməyən frazemlər, frazeoloji birləşmələr, birikmələr, qovuşmalar, bitişmələr, tərkiblər, birliklər, idiomlar, idiomatik tərkiblər, ifadələr, frazeoloji ifadələr və s. bu kimi müxtəlif elmi terminlərlə xarakterizə olunmuşdur. Frazeoloji vahidlərin əsas əlamətləri, demək olar ki, əksər dilçilər tərəfindən eyni və ya oxşar dərəcədə qiymətləndirilmişdir. Bu fikirlərin oxşar olmasına baxmayaraq, dil vahidlərinin özləri mürəkkəb prosesin nəticəsidir və onların necə yarandığı, hansı prinsipə əsaslanaraq əmələ gəldiyi həmişə mübahisəli və qaranlıq qalmışdır. Buna görə də onlara müxtəlif cür yanaşılmışdır.
Authors and Affiliations
Sevinc Fəxrəddin qızı Hüseynova
İNKLÜZİV TƏHSİLDƏ UŞAQYÖNÜMLÜ TƏLİM MÜHİTİNİN XÜSUSİYYƏTLƏRİ
Xülasə İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin olunması təşkil edir. İnklüziv təhsil alan uşaqların öz ya...
Bitki sıxlığının tütün yarpağının məhsuldarlığına və keyfiyyətinə təsiri
Xülasə Kənd təsərrüfatında bitki sıxlığı müəyyən ərazidə bitən bitkilərin sayına aiddir və məhsulun keyfiyyətini şərtləndirən ən kritik amillərdən biridir. Bu amil bitkilərin bir çox inkişaf parametrlərinə, qida maddə...
DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ
Xülasə Tədqiqatın məqsədi: Azərbaycan Respublikasında daxili turizmin inkişaf perspektivlərini araşdırmaq, yerli turizm potensialını artırmaq üçün stratejilər təklif etmək və bu sahədə mövcud imkanların daha effektiv is...
MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ YUMŞAQ GÜC ANLAYIŞI, ONUN YARANMA SƏBƏBLƏRİ VƏ MAHİYYƏTİ
Müasir beynəlxalq münasibətlərdə “yumşaq güc” həm dövlətlər, həm də analitiklər tərəfindən beynəlxalq məsələlərin həllində geniş yer verilən siyasətdir. Dövlət yetərincə gücə sahib olduqda, beynəlxalq arenada nüfuzlu möv...
PİLOTSUZ UÇUŞ APARATLARININ SİLAHLANMASI PRİNSİPLƏRİ
Xülasə Pilotsuz Uçuş Aparatları (PUA) bir çox ölkənin müdafiə strategiyalarında mühüm rol oynayır. PUA-ların silahlanması hərbi potensialın artırılması, hərbi əməliyyatlarda təhlükəsizliyin təmin edilməsi və hədəfləri...