Gələcək müəllimlərin peşə hazırlığına verilən psixoloji tələblər

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 10

Abstract

Xülasə Məqalədə müəllim hazırlığının psixo-pedaqoji məsələləri və bu mövzuda aparılan tədqiqatlar diqqətə alınır. Müəllim hazırlığı prosesində yaranan çətinliklər bir sıra amillərlə bağlıdır. Bu amillər arasında müxtəlif ölkələrin təhsil sistemləri arasındakı fərqlər, tədris prinsipləri və metodlarının fərqli şəkildə tətbiqi, eləcə də müəllim hazırlığına dair müxtəlif konseptual modellərin mövcudluğu göstərilə bilər. Müxtəlif təhsil sistemlərinə uyğun olaraq müəllim hazırlığı modellərinin mexaniki şəkildə tətbiq olunmaması səbəbindən bu sahədə dərindən araşdırma aparılması zəruridir. Məqalədə tədqiqatlar məkan və işlənmə səviyyəsinə görə iki qrupda - yerli və xarici tədqiqatlar kimi qrup­laşdırılır. Bu tədqiqatlar göstərir ki, müəllim hazırlığına yanaşmalar əsasən müəllim şəxsiyyətinə qoyulan tələblər, pedaqoji fəaliyyətin psixoloji aspektləri və müəllim hazırlığının ümumi məsələləri əsasında həll edilir. Belə bir qənaətə gəlinir ki, daimi və konstruktiv özünü­qiymət­lən­dirmə meyli müə­llimin yetkin pedaqoji fəaliyy­ətini səciyyələndirir. O, müəllimin əməyinin mahiyyətini təyin edir. Əgər insan özü-özünü başa düşə bilmirsə, o, digər insanın motivlərini və hisslərini başa düşməyə qadir deyildir. Buna görə də pedaqoji özünütəhlil, özünüadekvat qiymətləndirmə müəllim hazırlığında və pedaqoji fəaliyyətində daha vacibdir.

Authors and Affiliations

Könül Xudazadə

Keywords

Related Articles

MÜXTƏLİF TƏYİNATLI BİNALARIN DAXİLİ MÜHİTİNDƏ FORMALAŞAN MİKOBİOTANIN TAKSONOMİK STRUKTURU

Xülasə Tədqiqat obyekti olaraq, Bakı şəhərində müxtəlif yaşayış massivlərində inşa olunan yeni yaşayış kompleksləri götürülmüş, aparılan mikoloji analizlər, çoxmərtəbəli binaların müxtəlif otaqlarından hava, toz və di...

PARAZİTAR XƏSTƏLİKLƏRİN YENİ BİOMARKERLƏRİ VƏ ONLARIN İMMUNOMODULYATOR ƏHƏMİYYƏTİ

Xülasə Ekzosomlar 1980-ci illərin əvvəllərində müşahidə olunmuşlar. Bütün eukariot və prokariot hüceyrələr ekzosom sekresiya edirlər, onlara orqanizmin bioloji mayelərində rast gəlinir və replikasiyaya qadir deyillər....

Ecological Globalistics and Sustainable Development at the Stage of Technogenic Transformation of the Biosphere

The main threat to sustainable development at the stage of technogenic transformation of the biosphere is a complex of global crisis processes and the contradictions of the national ecological interests of different stat...

Некоторые проблемы информационной безопасности

В статье отмечается, что в условиях рыночных отношений товар начинает носить всеоб­щий характер. По этой причине информация также превращается в объект купли и продажи. Далее особое внимание отводится раскрытию параме...

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ (BMT) FƏALİYYƏTİ VƏ PRİNSİPLƏRİ

Xülasə 1945-ci il oktyabrın 24-də dünyanın 50 ən güclü dövlətləri tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatı (BMT) o zaman “Ümumdünya hökuməti” adını almışdı. Baş qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin...

Download PDF file
  • EP ID EP751923
  • DOI 10.36719/2789-6919/38/41-44
  • Views 33
  • Downloads 0

How To Cite

Könül Xudazadə (2024). Gələcək müəllimlərin peşə hazırlığına verilən psixoloji tələblər. Scientific Research, 4(10), -. https://europub.co.uk/articles/-A-751923