MÜXTƏLİF TƏYİNATLI BİNALARIN DAXİLİ MÜHİTİNDƏ FORMALAŞAN MİKOBİOTANIN TAKSONOMİK STRUKTURU

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 1

Abstract

Xülasə Tədqiqat obyekti olaraq, Bakı şəhərində müxtəlif yaşayış massivlərində inşa olunan yeni yaşayış kompleksləri götürülmüş, aparılan mikoloji analizlər, çoxmərtəbəli binaların müxtəlif otaqlarından hava, toz və digər əşyalar üzərindən götürülən nümunələr əsasında həyata keçirilmişdir. Tədqiqatın gedişində müvafiq olaraq həm sedimentasiya, həm də aplikasiya metodlarından istifadə olunmuş, Çapek və Çapek-Doks qidalı mühitlərində inokulyasiya olunan kulturalar termostatda 27±2ºC temperatur rejimində becərilmişdir. Habelə, tədqiqatın gedişində aparılan işin məqsədinə uyğun olaraq, Bakı şəhərinin qeydə alınan bir sıra yeni yaşayış komplekslərində məskunlaşan mikobiota cins və növ tərkibinə, taksonomik strukturuna, ekolo-trofik əlaqələrinə görə tədqiq olunmuş və mikobiota daxilində dominantlıq edən mikokompleks müəyyənləşdirilmiş, bununla yanaşı, yaşayış binalarında mövcud ekoloji vəziyyət də analiz olunmuşdur. Yaşayış binalarının allergenlərlə yoluxması yaşayış binalarının ayrı-ayrı otaqlarında məskunlaşan göbələk koloniyalarının mənbəyi, bir qayda olaraq, adətən divarlarda və otaqlarda döşənən xalçaların altında inkişaf edirlər. Otaq bitkilərinin, o cümlədən otaqda yerləşdirilən müxtəlif tərkibli substratların üzərində məskunlaşan Penicillium, Aspergillus, Rhizopus, Cladosporium və s. göbələk cinslərinin nümayəndələri, müxtəlif təyinatlı binaların ayrı-ayrı otaqlarında yaranan toz kütləsinə asanlıqla sorbsiya olunur və hava cərəyanı vasitəsilə binanın digər otaqlarına miqrasiya olunurlar. Aparılan tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, müxtəlif təyinatlı binaların daxili mühitində formalaşan mikobiotanın taksonomik strukturu, onun ayrı-ayrı nümayəndələrinin virulentlik qabiliyyəti, eyni zamanda, regional xarakter daşıyır. Məlumdur ki, hər bir region özünəməxsus relyef və spesifik iqlim xüsusiyyətləri ilə xarakterizə olunur, bu baxımdan urbanizasiya ərazilərinin, o cümlədən Bakı şəhərinin ekologiyasının mikoloji qiymətləndirilməsi istiqamətində şəhər, qəsəbə və kənd miqyasında inşa olunmuş müxtəlif təyinatlı binaların mikobiotasının öyrənilməsi, apardığımız tədqiqatın əsas məqsədini təşkil etmişdir. Qeyd edilənlərin əhəmiyyətinə və insan sağlamlığının qorunması baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq, indiyə kimi aparılan tədqiqatlarda şəhər mühitində göbələklərin ekoloji xüsusiyyətlərinin aydınlaşdılması, onların fəaliyyəti nəticəsində insan sağlamlığında baş verən dəyişikliklərin axıra kimi aydınlaşdılmaması və s. məsələlər bu sahədə tədqiqatların davam etdirilməsinin həm zəruri, həm də aktual bir məsələ olmasını qeyd etməyə imkan verir ki, bizim də planlaşdırdığımız tədqiqatlar məhz bu qeyd edilən məslələrin aydınlaşdırlmasına həsr edilibdir.

Authors and Affiliations

Qumru Balaxanova

Keywords

Related Articles

XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ UŞAQ POEZİYASINDA MİLLİ KOLORİTİN İNİKASI

Xülasə Uşaq ədəbiyyatının tarixi-mədəni mənzərəsi bütün parametrlərdə etnokulturoloji təsəvvürün ümumi polifoniyasını əks etdirməyə və arxaik qatdan üzü bəri gələnlərin yaddaş səviyyəsində normativlərə sədaqət göstərm...

SİDİK YOLLARI İNFEKSİYALARININ TÖRƏDİCİLƏRİ VƏ ONLARIN ANTİBİOTİKLƏRƏ REZİSTENTLİK VƏZİYYƏTİ

Xülasə Tədqiqatımızın məqsədi SYİ-i olan xəstə qruplarında törədiciləri aşkar edərək antibiotiklərə rezistentliyinın öyrənilməsi olmuşdur. Sidik nümunələri mikroskopik (Qram üsulu), nitrit testi, leykosit esteraza (LE...

SÜNİ İNTELLEKTİN AZƏRBAYCANIN GƏLƏCƏK MÜHASİBAT UÇOTU SAHƏSİNDƏ PERSPEKTİVLƏRİ

Xülasə Son zamanlarda həyatın hər sahəsində öz vacibliyini göstərən “Süni İntellekt, Data Sayəns” kimi sözlərə demək olar ki, artıq hər yerdə rast gəlirik. Texnologiyanın sürətlə inkişaf etməsi, günü gündən əlaqələr...

DİLƏ FUNKSİONAL YANAŞMA VƏ KOQNİTİV DİLÇİLİK MODELLƏRİ

Xülasə Uzun illər dilçilik məsələləri, əsasən təsviri, tarixi-müqayisəli və müqayisəli-tutuşdurma metodları ilə öyrənilmişdir. Lakin dilçiliyin sonrakı inkişafında yeni dilçilik tədqiqatları ortaya çıxmış və bu cür tə...

THE CONCEPT OF MISREPRESENTATION IN CONTRACT LAW

Abstract The subject of misrepresentation as a ground for rescission of a contract is very relevant in contract law. A misrepresentation occurs when one of the parties to a contract induces the other party to enter in...

Download PDF file
  • EP ID EP749622
  • DOI 10.36719/2789-6919/29/41-45
  • Views 8
  • Downloads 0

How To Cite

Qumru Balaxanova (2024). MÜXTƏLİF TƏYİNATLI BİNALARIN DAXİLİ MÜHİTİNDƏ FORMALAŞAN MİKOBİOTANIN TAKSONOMİK STRUKTURU. Scientific Research, 4(1), -. https://europub.co.uk/articles/-A-749622