GƏNCƏ-QAZAX ZONASINDA YETİŞDİRİLƏN KƏLÇƏLƏRİN KÖKƏLDİLMƏSİNDƏ İSTEHSALAT QALIQLARININ İSTİFADƏ EDİLMƏSİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 6
Abstract
Məqalədə Şəmkir rayonunda yerləşən “Qapanlı” kəndli fermer təsərrüfatında yetişdirilən kəlçələrin kökəldilməsində istehsalat qalıqlarının istifadə edilməsindən söhbət açılır. Bu da onunla bağlıdır ki, kəlçələr kökəldilmədə istehsalat qalıqlarından yaxşı istifadə edir və yediyi yemi məhsula çevirmək qabiliyyəti yüksəkdir. Onu qeyd etmək lazımdır ki, Gəncə-Qazax zonasında yetişdirilən kəlçələr üzərində əsaslı seçmə aparılmışdır. Ona görə də eksteryerində nöqsan yoxdur. İqlim şəraitinə tez uyğunlaşan kəlçələr Gəncə-Qazax zonasının ərazisi üçün yüksək uyğunlaşma qabiliyyətinə malikdir və onların Kür qırağı ərazilərdə böyümə dinamikası sürətlidir. Ona görə də “Qapanlı təsərrüfatı”nda kəlçələrin bəslənməsi və kökəldilməsi yaxşı nəticə verir. Tədqiqat işi Şəmkir rayonunda yerləşən “Qapanlı” kəndli fermer təsərrüfatında, “Zoomühəndislik fakültəsinin” “Kənd təsərrüfatı heyvanların yetişdirilməsi və yemləndirilməsi” kafedrasının laboratoriyasında aparılmışdır. Aparılan təcrübədən aydın oldu ki, yem qarışığının tərkibində olan qida maddələrinin həzməgediciliyi bilavasitə onun tərkibində olan çiyid qabığının miqdarı ilə əlaqədardır. Yem rasionları üzrə hazırlanmış yemlər kimyəvi təhlil edilmiş və kəlçələr üzərində qoyulmuş xüsusi təcrübədə onların tərkibində olan qida maddələrinin həzməgediciliyi öyrənilmişdir.
Authors and Affiliations
Tahirə Pənahova , Gülbəniz Nəcəfova
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ALÇA SORT VƏ FORMALARININ TƏDQİQİ
Çöl ekspedisiyaları, stasionar və kameral-laborator şəraitlərdə yerinə yetirilmiş tədqiqat işində Naxçıvan Muxtar Respublikası ərazisində becərilən alça genofondu müəyyənləşdirilmiş, bioloji xüsusiyyəti və pomoloji göstə...
ЭВОЛЮЦИОННЫЕ ПРЕДПОСЫЛКИ ОБЕСПЕЧЕНИЯ ЗДОРОВЬЯ И УСЛОВИЯ ЖИЗНИ СОВРЕМЕННОГО ЧЕЛОВЕКА
Homosapiens, согласно доминирующим в настоящее время представлениям, является продуктом биологической эволюции как закономерный этап развития животного мира. Принадлежность человека к животным обусловлена эволюционно и з...
BİTKİ SIXLIĞININ ŞƏKƏR ÇUĞUNDURU MƏHSULUNUN FORMALAŞMASINA VƏ QURULUŞUNA TƏSİRİ
Şəkər çuğunduru məhsulunun formalaşmasında bitki sıxlığının təsirinin öyrənilməsi üçün iyul, avqust və sentyabr aylarının 15-nə olan tarixlərdə təcrübə ləklərindən təkrarlar üzrə çıxarılmış bitkilərin yarpaq və kökümey...
Causes Degradation of Summer Pastures and Ways to Solve Them
Abstract Degradation of lands (and pastures) is the deterioration of the properties, fertility and productivity of lands as a result of economic activity. Summer pastures are usually represented by cereals and cereal-...
Assessment of the Hazard Risk That May Arise During the Transportation of Hazardous Chemicals by Vehicle Transport
Abstract During our modern era, there are various types and numbers of chemically dangerous objects in the territory of our Republic, and they are constantly in operation. Thus, during the operation of these objects,...