HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASƏTİNDƏ BİZNES FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ ŞƏFFAFLIĞIN TƏMİN OLUNMASI
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 3
Abstract
Xülasə Qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının bütün sahələri azad rəqabət prinsipi əsasında bazar iqtisadiyyatına keçid istiqamətində yenidən təsis olunmağa başlamışdır. Bu proses bir çox obyektiv səbəblərdən müəyyən qədər gecikmiş olsa da, respublikamızın iqtisadi strategiyasının əsasını bazar iqtisadiyyatına keçid ideyası təşkil etmişdir. Ölkənin seçmiş olduğu bu istiqamətdə uğurlu bir şəkildə daim irəliyə doğru addım atması və qarşıya qoyulan məqsədlərə çatması üçün H.Əliyevin rəhbərliyi altında iqtisadiyyatın bütün sahələrində islahatların aparılması, bazar iqtisadiyyatına transformasiyanın təmin edilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Bir məqamı da vurğulamaq lazımdır ki, H.Əliyevin iqtisadi siyasəti Azərbaycanda biznes fəaliyyətinin inkişafından da təsirsiz ötüşməmişdir. Bu məqalədə biz Heydər Əliyevin postsovet dövründə ölkəmizin iqtisadi müstəqilliyinə təhlükə yaradan ünsürlərin aradan qaldırılmasında danılmaz rolu üzərində dayanacağıq. Məqalədə ümummili lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin iqtisadi həyatında meydana gələn bir sıra dəyişikliklər, mövcud yeni sistemə uyğunlaşma və transformasiya məsələləri və bu kimi faktorlar işığında ölkədə biznes mühitinin necə və hansı formada şəkilləndiyi araşdırılıb təhlil olunacaqdır. Bununla yanaşı, məqalədə Heydər Əliyevin şəffalıq amilinin və təhlükəsizlik siyasətinin onun iqtisadi siyasətətindəki yeri təhlil olunaraq bu amillərin Azərbaycandakı biznes fəaliyyətinə təsirləri müzakirə olunacaqdır. Bu kontekstdə ilk növbədə Azərbaycanın müvafiq dövrdəki (1993-2003-cü illər) iqtisadi inkişafı makroiqtisadi göstəricilər prizmasından dəyərləndiriləcək və daha sonra bu inkişaf çərçivəsində Heydər Əliyevin iqtisadi siyasətindəki şəffaflıq amilinin və təhlükəsizlik siyasəti kontekstində Azərbaycandakı biznes fəaliyyəti baxımından imkanları tədqiq ediləcəkdir.
Authors and Affiliations
Yunis Əvəzov
MƏKAN ANLAYIŞININ LİNQVOKULTUROLOJİ ASPEKTLƏRİ
Xülasə Müasir cəmiyyətdə kommunikativ proseslərin böyük hissəsi mədəniyyətlərarası ünsiyyətin payına düşür. Bu baxımdan vaxtlar çərçivəsində dil və mədəniyyət, mədəniyyətlərarası kommunikasiya, linqvokulturologiya mə...
Basic Principles of Student Achievement Assessment in Higher Education Institutions
After the Republic of Azerbaijan gained independence, the change of social relations, the transition from a planned economy to a market economy, scientific and technical progress, integration into the European education...
QEYRİ-VERBAL ÜNSİYYƏT
Xülasə Məqalə qeyri-verbal, yəni sözsüz ünsiyyətə həsr olunub. Sözsüz ünsiyyətin xüsusiyyətləri və onun sözlü ünsiyyətlə olan fərqləri və əlaqəsi analiz edilmişdir. Bədən dili, mimiklər, işarələr, aktiv və passiv jest...
MƏKTƏBƏHAZIRLIQ DÖVRÜNDƏ SAVAD TƏLİMİ ÜZRƏ MƏŞĞƏLƏLƏRİN TƏŞKİLİ
Xülasə Müstəqil Azərbaycan Respublikasının gələcəyi olan gənc nəslin tərbiyəsinin kiçik yaşlardan düzgün təşkilini həyata keçirmək məktəbəqədər tərbiyə müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən biridir. B...
ƏQLİ MÜLKİYYƏT (ƏM) HÜQUQLARINA DAİR KONVENSİYALARIN ƏHƏMİYYƏTİ: HƏMİN KONVENSİYALARDA BƏZİ NÜANSLARA BAXIŞ
Xülasə Məqalə Əqli Mülkiyyət (ƏM) hüquqlarının təkamülünü tədqiq edir, onların gildiya qaydalarından müasir beynəlxalq konvensiyalara qədər tarixi inkişafını izləyir. O, qlobal iqtisadiyyatda ƏM-in artan əhəmiyyətini...