İnflyasiyanın ölçülməsi: Gürcüstan və Azərbaycan müqayisəsi
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 1
Abstract
Xülasə İnflyasiya iqtisadiyyatın dayanıqlılığı və cəmiyyətin rifahı üçün ən önəmli göstəricilərdən biridir. Çünki təsirini ev təsərrüfatları birbaşa olaraq öz ciblərində, özəl sektor isə istehsal və satışılarında hiss edirlər. İnflyasiya insanların həyat keyfiyyətinə, borclanma səviyyələrinə və seçici davranışlarına ciddi təsir göstərir. Bu da bir faktdır ki, iqtisadi agentlər inflyasiyanın sürətlə yüksəlməsi ilə bağlı həmişə narahatlıq keçirirlər. Bu mənada inflyasiyanın düzgün ölçülməsi və müqayisəliliyi çox vacib nüansdır. Bu araşdırma Cənubi Qafqazın iki ölkəsi ‒ Azərbaycan və Gürcüstanda inflyasiya ölçülməsi, beynəlxalq standartların tətbiqi və metodoloji fərqliliklərin təhlilinə yönəlib. İnflyasiya ölçülməsində istifadə edilən beynəlxalq standartlar, indeks və formulalar barədə məlumatları, fərqlilikləri göstərərək əhatə edir. Araşdırma nəticələri Azərbaycan və Gürcüstanda inflyasiya ölçmə mexanizmlərinin anlaşılmasına və daha səmərəli siyasətlərin formalaşmasına töhfə verə bilər.
Authors and Affiliations
Tural Bədəlov
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ BANİSİDİR
Demokratik ideallara bağlılıq Azərbaycan xalqının milli düşüncə sistemində daim özünə möhkəm yer tapmış, onun yüzilliklər boyu can atdığı müstəqil dövlətçilik idealının ümdə qayəsinə çevrilmişdir. Ənənəvi və modernləşmiş...
TRAVMATİZM – QEYRİ-İNFEKSİON XƏSTƏLİK KİMİ
Xülasə Travmatizm ciddi tibbi-sosial problem təşkil edir. Bioloji və sosial amillərdən asılı olan travmatizmin populyasiyada geniş yayılmış patologiya kimi öyrənilməsini epidemioloji diaqnostika metodlarından istifadə...
Anhidrit tərkibli təbii çatlaqlı dolomit laylarında təkmilləşdirilmiş neft hasilatı üçün aşağı duzluluqlu su vurmanın optimallaşdırılması
Təkmilləşdirilmiş neft hasilatı karbonat laylarında, xüsusilə də təbii çatlaqlı formasiyalarda özlülük təsiri səbəbindən çətinlik yaradır. Aşağı duzluluqlu su vurmanın perspektivli bir üsul olsa da, onun effektivliyi süx...
BİRJA İNDEKSLƏRİNİN SƏHİYYƏ SİSTEMİNƏ TƏSİRİ
Xülasə Müasir dünyada maliyyə bazarları səhiyyə sisteminin formalaşmasında və inkişafında mühüm rol oynayır. Bu iş statistik məlumatların təhlilindən istifadə edərək birja indeksləri ilə səhiyyə arasındakı əlaqəni ara...
SÜNİ İNTELLEKTİN MƏZMUNUN FƏRDİLƏŞDİRİLMƏSİNƏ VƏ B2B MARKETİNQ STRATEGİYALARINA CƏLB EDİLMƏSİNƏ TƏSİRİ
Xülasə Midjourney və ChatGPT kimi Aİ həm dünyada, həm də Azərbaycanda ciddi müzakirələrə səbəb olub. Hazırda hətta bu sahədə onilliklər təcrübəsi olan ekspertlər də Aİ-nin gələcək istifadəsi ilə bağlı fikir ayrılığına...