İnklüziv təlimin təşkili üsulları haqqında
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 11
Abstract
Xülasə Məqalə təhsil sistemində böyük əhəmiyyət kəsb edən və müstəqil öyrənmə potensialını yüksəldən və hal-hazırda aktuallığı ilə seçilən inklüziv təlimin təşkili üsullarına həsr olunmuşdur. İnklüziv təlim, mənşəyindən və kimliyindən asılı olmayaraq, bütün öyrəncilərin ehtiyaclarını qarşılamaq və onların mövzu ilə qarşılıqlı əlaqəsini dəstəkləyən pedaqogikadır. İnklüziv təlimin təşkili ehtiyac və tələbatların ödənilməsi məqsədilə fəaliyyətin hər bir şagirdin maraq, meyil və tələbatı əsasında təşkil olunması, müxtəlif yolla öyrənən şagirdlər üçün fərqli tapşırıqların, paylama materiallarının hazırlanması, müvafiq təlim mühitinin yaradılması deməkdir. İnklüziv təlimdə müəllimlərin valideynlərlə birgə səyi və əməkdaşlığı sayəsində yaradılan təlim-tədris mühiti təhsilin səmərəliliyini artıra, öyrənmə prosesini daha da təkmilləşdirə bilər. Aydındır ki, ümumtəhsil məktəblərində xüsusi təlim ehtiyacları olan şagirdlərin təhsil alması mümkündür. Hazırda inklüzivlik beynəlxalq əhəmiyyətə malik olub, müxtəlif rəsmi bəyanatların mühüm tərkib hissəsi kimi çıxış edir. İnklüziv təhsil inteqrasiyadan daha geniş və əhatəli məfhumdur və təhsilə dair bütün məsələləri özündə cəmləşdirir. İnklüzivliyin tərəfdarları şagirdlərin xüsusi təhsil ehtiyaclarının ödənilməsindən daha çox müxtəlifliyi dəstəkləyən və bərabərliyi təmin edən təhsil sisteminin inkişafında maraqlıdırlar.
Authors and Affiliations
Kifayət Mənsimova
İNGİLİS DİLİNDƏ SÖZ YARADICILIĞININ QEYRİ-ƏSAS NÖVLƏRİ
Xülasə Dil ən mobil və daim dəyişən sistemlərdən biridir və daim dəyişən tarixi, iqtisadi, mədəni şəraitlə əlaqədar olaraq dilin həm tərkibi, həm də quruluşu dəyişir. Dilin həyatın dəyişən xüsusiyyətlərinə uyğunlaşdır...
Marital Status - As a Factor Influencing Fertility Rate
Abstract Population dynamics in different countries are mainly determined by birth and death patterns. Marriage status is an important condition for building a complete family. It significantly affects the demographic...
MİRZƏ KAZIMBƏYİN DİLÇİLİK HAQQINDA DÜŞÜNCƏLƏRİ VƏ FƏALİYYƏTİ
Məqalədə görkəmli alim M.Kazımbəyin Azərbaycan, rus, ərəb, fars, türk dillərinə və digər humanitar elmlərin müxtəlif sahələrinə dair dəyərli əsərləri, Rusiya türkologiya elminin inkişafında dönüş nöqtəsi olan “Türk-tatar...
THE STRUGGLES OF PEOPLE FROM NON-ENGLISH SPEAKING COUNTRIES TRYING TO LIVE AS AN INTERNATIONAL STUDENT
Abstract Studying abroad presents a unique opportunity for students, offering numerous benefits and some challenges. To embark on this journey, students need to research programs, fulfill application requirements, sec...
SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ LOGİSTİK FƏALİYYƏTİN İDARƏ EDİLMƏSİ
Sənaye müəssisələrində logistika fəaliyyətinin idarə edilməsi bütün təchizat zəncirində məhsul və materialların hərəkəti və saxlanması ilə bağlı bütün fəaliyyətlərin planlaşdırılmasını, əlaqələndirilməsini və icrasını nə...