İnteqralın kimyaya tətbiqi

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 10

Abstract

O, elmin ki, riyaziyyatla əlaqəsi yoxdur və oraya riyazi elmlərdən birirsi tətbiq oluna bilməz, onda o elmdə heç bir dəyişiklik edilə bilməz. Xülasə Məqalədə riyazi analizin əsas bölmələrindən olan inteqral anlayışının kimya elminin müxtəlif sahələrində tətbiqi ilə əlaqədar bəzi məsələlərə baxılır. Məlumdur ki, bir çox riyazi kəşflər təbiət hadisələrinin müşahidəsi nəticəsində edilmiş və riyazi anlayışlar, teoremlər real həyatla sıx əla­qəlidir. Maddələrin xassələrini və onların çevirmələrini, bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən kimya elmi də eksperimental elmdir. Maddələrin bir çox xassələri ədədlərin köməyi ilə ifadə olunur. Kimyəvi reaksiyaların mexanizminin öyrənilməsi, maddələrin quruluşunun tədqiqi müasir fiziki nəzəriyyə və metodlardan istifadəyə əsaslanır. Bir çox kimyəvi proseslər istilik effekti ilə müşayət edilir. Kimyəvi reaksiyanın istilik effektinin temperaturdan asılılığı Kirxqoff tənliyi ilə ifadə olunur. Praktik hesablamalarda Kirxqoff tənliyini inteqrallamaq daha əlverişlidir. Termodina­mikanın II qanununun riyazi ifadəsi olan Klauzius tənliyini diferensial və inteqral formada yazmaq olar. Termodinamika müxtəlif proseslərdə enerji keçidlərini və maddələrin enerji dəyişiklərini öyrənir. İnteqral termodinamikanın əsas tənliklərinin həllində əhəmiyyətlidir. Maddələrin spektrlə­rinin öyrənilməsi sahəsində inteqral molekulların enerji səviyyələrinin analizi üçün istifadə olunur. Maddələrin tərkibində atomlar arasında kimyəvi rabitənin öyrənilməsində əhəmiyyət kəsb edən infraqırmızı spektroskopiyada zaman aralığında olan spektral məlumatları tezlik aralığına çevirmək üçün inteqralın tətbiqi vacibdir. Müxtəlif tərtibli reaksiya üçün inteqralların necə tətbiq olunması məqalədə şərh edilmişdir.

Authors and Affiliations

Əli Zalov, Sürəyya İsayeva

Keywords

Related Articles

METAFORLAŞMA SEMASİOLOJİ HADİSƏ KİMİ

Xülasə Məqalədə metaforlaşma prosesinin üslubi qanunauyğunluqlarından meydana çıxan nəticələr müəyyənləşdirilmişdir. Tarixi səciyyə daşıyan metaforlaşma prosesi üslubi nəticə qanunauy­ğunluğundan daha çox yaradıcı düş...

MAYE, QAZ VƏ PLAZMA MEXANİKASI

Xülasə Maddənin fizikası dünyasında hər birinin özünəməxsus xassələri və davranışı olan heyrətamiz müxtəlif vəziyyətlər mövcuddur. Lakin bütün bu vəziyyətlərdən maye, qaz və plazma xüsusi maraq və əhəmiyyət kəsb edir....

THE CONCEPT OF MISREPRESENTATION IN CONTRACT LAW

Abstract The subject of misrepresentation as a ground for rescission of a contract is very relevant in contract law. A misrepresentation occurs when one of the parties to a contract induces the other party to enter in...

AZƏRBAYCAN PROFESSİONAL BƏSTƏKARLIQ YARADICILIĞINDA ZAKİR BAĞIROVUN YARADICILIĞINA BİR NƏZƏR

Xülasə Yaradıcılığında Ü.Hacıbəyov ənənələrinə sadiq qalan Z.Bağırov həm də ictimai xadim, folklorşünas, pedaqoq, bəstəkar kimi rol oynamışdır. Onun bu cəhətləri isə yaradıcılığında bir çox cəhətlərin meydana gəlməsi,...

Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri

Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ən...

Download PDF file
  • EP ID EP751917
  • DOI 10.36719/2789-6919/38/65-70
  • Views 8
  • Downloads 0

How To Cite

Əli Zalov, Sürəyya İsayeva (2024). İnteqralın kimyaya tətbiqi. Scientific Research, 4(10), -. https://europub.co.uk/articles/-A-751917