MƏHKƏMƏ MÜDAFİƏSİ HÜQUQUNUN İNSAN HÜQUQ VƏ AZADLIQLARININ TƏMİNATI SİSTEMİNDƏ YERİ
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 4
Abstract
Xülasə İnsan hüquq və azadlıqlarının tanınması özlüyündə cəmiyyətin inkişaf səviyyəsi üçün kifayət deyildir, eyni zamanda hüquq və azadlıqların səmərəli müdafiə mexanizminin olması vacib amillərdəndir. Bu baxımdan insan hüquq və azadlıqlarının təmin olunması mexanizmində məhkəmə hakimiyyətinin rolu danılmazdır. Hazırda mübahisələrin məhkəmədənkənar həll üsullarının olduğuna baxmayaraq məhkəmə müdafiəsi ən geniş yayılmış və etibarlı institut hesab olunur. Təsadüfi deyildir ki, hüquqi dövlətdə məhz məhkəmə hakimiyyətinin təkmilləşdirilməsinə yönələn islahatlar daim diqqət mərkəzində qalmaqdadır. Bunun da səbəbi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünə ali məqsəd kimi təyin edən dövlət strategiyası ilə bağlıdır. Bu gün də tarixi təcrübə sübut edir ki, yalnız ali dəyərlərin qorunduğu, cəmiyyət və dövlətin maraqlarının uzlaşdığı, yüksək hüquqi mədəniyyətə malik olan dövlətlərin uzunömürlü və zəngin irsə malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüququ və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciət etməklə məhdudlaçmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Authors and Affiliations
Nazpəri Əmənova
QƏDİM TÜRK MƏNBƏLƏRİNDƏ LEKSİK PARALELİZM VƏ ONLARIN RAMİZ RÖVŞƏNİN NƏSR DİLİNDƏ POETİK MƏNZƏRƏSİ
Xülasə Leksik paralelizm məsələsi ayrı-ayrı tədqiqat işlərində bir-birindən fərqli izahlarla nəzərə çatdırılır. Bədii mətnlərdə üslubi rəngarənglik, ritm və ahəngdarlıq baxımından tədqiq və təhlil edilən leksik parale...
PARTHENIUM BIOMASS FOR BATCH ADSORPTION OF COPPER FROM AQUEOUS SOLUTION: THERMODYNAMIC EVALUATION, LINEAR AND NONLINEAR ISOTHERM AND KINETIC ANALYSIS
Abstract Due to increasing health issues because of heavy metal emissions through different industrial processes becoming serious threats to the sustainability of the ecosystem. The objective of this study was to trea...
QİDA MƏHSULLARININ BRENDLƏŞMƏSİNDƏ MARKETİNQ KOMPLEKSLƏRİNİN ROLU
Xülasə Qida məhsullarının brendləşməsi, marketinq komplekslərinin effektiv şəkildə tətbiqi vasitəsilə məhsulun müştəri tərəfindən tanınması, sevilərək istifadə olunması və sadəcə satın alınması deyil, yenidən tələbat...
MÜASİR ŞƏRAİTDƏ MÜƏSSİSƏDƏ MALİYYƏ MENECMENTİNİN TƏŞKİLİ
Xülasə Məqalədə əvvəlcə, maliyyə kateqoriyası pul münasibətləri sisteminin əsası kimi müəyyən edilmiş, maliyyə menecmenti sisteminin formalaşması xüsusiyyətləri və prinsipləri, eləcə də pul axınları maliyyə menecment...
SƏLƏF-XƏLƏF ƏLAQƏLƏRİ SABİR-FÜZULİ YARADICILIĞI KONTEKSTİNDƏ
Xülasə Ənənəyə söykənməyən novatorluq sənətkarı milli zəmindən uzaqlaşdıra, onu formalizmə apara bilər. Novatorluq ədəbi prosesin özündən doğur. Novatorluq xətrinə novatorluq heç bir ədəbi uğurun təminatçısına çevrilə...