SƏLƏF-XƏLƏF ƏLAQƏLƏRİ SABİR-FÜZULİ YARADICILIĞI KONTEKSTİNDƏ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 3

Abstract

Xülasə Ənənəyə söykənməyən novatorluq sənətkarı milli zəmindən uzaqlaşdıra, onu formalizmə apara bilər. Novatorluq ədəbi prosesin özündən doğur. Novatorluq xətrinə novatorluq heç bir ədəbi uğurun təminatçısına çevrilə bilməz. Bütün dövrlərin ədəbi təcrübəsi göstərir ki, məhz xalqın çoxəsrlik ədəbi ənənələrindən yaradıcı şəkildə bəhrələnən sənətkarların tətbiq etdiyi novatorluq sənətdə özünə vətəndaşlıq pasportu qazana bilər. Məlum olduğu kimi, ədəbiyyatda hər bir gənc sənətkar ilk addımlarını atmağa başlayanda özündən əvvəlki müəlliflərdən nəsə öyrənməli olur. Çünki bunsuz yeni-yeni ayaq açmağa çalışdığı sahədə heç nəyə nail ola bilməz. M.Ə.Sabir isə satirik tipi onun öz sözləri ilə ifşa etmək üsulunu seçərkən öz sələflərindən, klassik sənətkarlardan, Füzulidən ustalıqla bəhrələnmişdir. Lakin yaradıcılığının bütün məqamlarında, o cümlədən, klassik irsdən bəhrələndiyi zaman Sabir heç vaxt təkrara, təqlidə yol verməmiş daim orijinal yazı tərzi nümayiş etdirmişdir. M.Ə.Sabir ənənədən bəhrələnərək parodiyalar, nəzirələr yazarkən klassiklərdən götürdüyü forma, bədii ifadə vasitələrində, bədii-ictimai fikir tarixində yeni həqiqətlər, yeni surətlər gətirən novator sənətkara çevrilir. Sabir klassik sənətkarların poetik irslərinə yarardıcılıqla yanaşmış, mübarizə meydanında sələflərinin səsini məharətlə öz səsinə qatmışdır.

Authors and Affiliations

Ulduz Qəhrəmanova

Keywords

Related Articles

İDMAN MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİNDƏ BEYNƏLXALQ MEXANİZMLƏRİN ROLU: ELMİ-NƏZƏRİ VƏ PRAKTİKİ ASPEKTLƏRİN QARŞILIQLI TƏHLİLİ

Xülasə Məqalədə elmi-nəzəri və praktiki aspektlərin qarşılıqlı təhlili əsasında idman münasibətlərinin tənzimlənməsində beynəlxalq mexanizmlərin rolu nəzərdən keçirilir. Universal və regional beynəlxalq müqavilələrin...

Naxçıvan musiqi folklorunun ümumi səciyyəsi

Ən qədim tarixi dövrlərdən günümüzə qədər Naxçıvanda yaşayan xalq mahnıları və xalq rəqsləri bu regionun spesifik musiqi üslubunu və ifaçılıq ənənələrini özündə əks etdirir. Xalq mahnı və rəqsləri etnoqrafiya, mifologiya...

SEÇKİ SİSTEMLƏRİNİN NÖVLƏRİ VƏ İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN ÜSTÜNLÜK VERDİYİ SEÇKİ SİSTEMLƏRİ

Xülasə Bu gün demokratik dövlət dedikdə ilk növbədə əsas hökümət nümayəndələrinin məhz xalqın iradəsini ifadə edən və onlar tərəfindən seçilən bir dövlət başa düşülür. Məhz bu amili nəzərə alaraq demokratik dövlətlər...

THE IMPACT OF NON-VERBAL COMMUNICATION ON THE LANGUAGE LEARNING PROCESS

Abstract Today, the process of globalization is increasing in the world through developing technologies in various fields. The increase in social, cultural and commercial relations between countries has made it necess...

XİDMƏT SAHƏLƏRİNDƏ İŞÇİ LAYİHƏLƏRİNİN AVTOMATLAŞDIRILMASI

Xülasə Avtomatlaşdırma hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan prosesdir. Avtomatlaşdırma əmək məhsuldarlığını yüksəltməyə, məhsulun...

Download PDF file
  • EP ID EP749106
  • DOI 10.36719/2789-6919/31/20-23
  • Views 30
  • Downloads 0

How To Cite

Ulduz Qəhrəmanova (2024). SƏLƏF-XƏLƏF ƏLAQƏLƏRİ SABİR-FÜZULİ YARADICILIĞI KONTEKSTİNDƏ. Scientific Research, 4(3), -. https://europub.co.uk/articles/-A-749106