SEÇKİ SİSTEMLƏRİNİN NÖVLƏRİ VƏ İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN ÜSTÜNLÜK VERDİYİ SEÇKİ SİSTEMLƏRİ
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 2
Abstract
Xülasə Bu gün demokratik dövlət dedikdə ilk növbədə əsas hökümət nümayəndələrinin məhz xalqın iradəsini ifadə edən və onlar tərəfindən seçilən bir dövlət başa düşülür. Məhz bu amili nəzərə alaraq demokratik dövlətlər bu rejimin möhkəmləndirilməsi istiqamətində qanunvericilikdə mütəmadi olaraq uyğunlaşdırmalar həyata keçirir, hər bir seçki kompaniyasının demokratik əsaslarla təşkili və keçirilməsi təmin edir. Bir qayda olaraq konkret seçki sisteminə üstünlük verilməsi hər hansı bir ölkənin qanunverici orqanında siyasi qüvvələrin balansından asılıdır. Hazırda dünya ölkələrinə nəzər saldıqda, yüzdən çox seçki sistemlərinin tətbiq edildiyini müşahidə edə bilərik. Bu seçki sistemləri keçirilməsi üsuluna və səslərin hesablanması, habelə mandat yerlərinin bölüşdürülməsi baxımından müxtəlif təbiətə malik olsa da, onlardan üç seçki sistemi daha geniş yayıldığından əsas seçki sistemləri hesab edilir. Bunlar – majoritar, proporsional və qarşılıq seçki sistemləridir. Məqalədə məhz bu üç əsas seçki sistemlərinin xüsusiyyətləri, onların üstünlükləri və çatışmazlıqları nəzərdən keçirilmişdir. Daha sonra inkişaf etmiş bəzi ölkələrdə üstünlük verilən seçki sistemlərinə toxunulmuş, qısa olaraq həmin sistemlərin ümumi mənzərəsi təsvir edilmişdir.
Authors and Affiliations
Orxan Xaspoladov
QƏRAR NƏZƏRİYYƏ MODELLƏRİNİN NÖVLƏRİ
Xülasə Modelləşdirmə bütün bilik sahələrində tədqiqatın əsas metodu və mürəkkəb sistemlərin xüsusiyyətlərini qiymətləndirmək üçün elmi əsaslandırılmış metoddur. Hal-hazırda modelləşdirmə insan fəaliyyətinin demək olar...
VIENNA CONVENTION ON THE LAW OF TREATIES
Abstract The Vienna Convention on the Law of Treaties, adopted in 1969 and entering into force in 1980, stands as a cornerstone in international law, providing a comprehensive framework for the formation, interpretati...
MÜƏSSİSƏ RESURSLARININ PLANLAŞDIRILMASI SİSTEMLƏRİNDƏ VERİLƏNLƏR BAZALARININ ROLU
Xülasə Verilənlər bazaları təşkilatın müxtəlif funksional sahələrində böyük həcmdə məlumatların saxlanması, təşkili və idarə edilməsi üçün Müəssisə Resurslarının Planlaşdırılması (ERP) sistemlərində əsas rol oynayır....
TERMAL VƏ MİNERAL SULARDAN TƏSƏRRÜFATDA İSTİFADƏNİN MÜASİR PROBLEMLƏRİ
Xülasə Məqalə “Termal və mineral sulardan təsərrüfatda istifadənin müasir problemləri”nin tədqiqinə həsr edilmisdir. Burada termal və mineral suların xarici ölkələrdə istifadəsi, tətbiqi sahələri və əhəmiyyəti şərh e...
Əli Səmədovun uşaq nağıllarının mətn informasiyası
Xülasə Azərbaycan uşaq nəsrinin inkişafında Əli Səmədovun ayrıca yeri vardır. Ümumiyyətlə, iyirminci əsrin 60-cı illəri ədəbi-nəzəri fikirdə xüsusi mərhələ olaraq səciyyələnir. Bunun isə əsaslı səbəbləri vardır və tək...