Mətbəxlə bağlı bəzı frazeoloji ifadələrin harmoniyası

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 3

Abstract

Bu araşdırmada açarı dəqiq məlum olmayan bəzi frazeoloji ifadələrin doğru və yanlış, məlum və ya qeyri məlum variantları araşdırılır. Belə ifadələrdən biri “Əvvəl təam, sonra kəlam” məsəlidir. Yazıda bir çox anlayışların, o cümlədən “kəlam”, “alim”, “tərif”, “nöqtə” və başqa anlayışların tərifi verilməklə, onların görünməyən üzlərindən də söhbət açılır. Araşdırılan ifadələrdən biri də “Ağın adı var, qaranın dadı” məsəlidir. Qeyd edilir ki, deyimdəki “ağ” leksemi rəngi yox, düyünü ifadə edir. Çünki, rəngi ağ olduğuna görə düyüyə bəzən “ağ” deyirlər. “Qara” isə ətdən, kişmişdən, şabalıddan, ərikdən və diğər ərzaqlardan düşəldilən və plovun üstünə qoyulan yeməkdir. Düyü sözünün etimalogiyası ilə qeydlər də maraq kəsb edir. Belə ki, “düyü” sözünün “oruza” latın sözündən əmələ gəldiyi və bu sözün “oruza”, “əruzza”, “ərrüz” sözləri ilə qohum sözlər olduğu və düyünün çəki vahidinin “əruzza” olduğu qeyd edilir. Tədqiqatda həmçinin “Məsləhətli aş dadlı olar”, “Aşbaz çox olanda xörək ya şit olar, ya şor”, Xəmiraşı – bəylər aşı və bir çox atalar sözlərinin və el deyimlərinin asanca gözə görünməyən fəlsəfəsinə diqqət ayrılmış, milli-mənəvi köklərimizi, adət-ənənlərimizi, mədəniyyətimizi, milli psixologiyamızı və mentalitetimizi əks etdirən və işləkliyi kifayət qədər yüksək olan bir çox el deyimlərinin müasir düşüncə prizmasından nə qədər maraq kəsb etdiyi göstərilmişdir.

Authors and Affiliations

Xankişi Məmmədov

Keywords

Related Articles

Müxtəlifsistemli dillərdə qohumluq bildirən frazeoloji birləşmələrin sosio-linqvistik təhlili

Frazeoloji birləşmələr hər bir xalqın həyat təcrübəsini, tarixi keçmişini, adət və ənənələrini, mentalitetini, müdrikliyini, hazırcavablığını, mürəkkəb situasiyalardan baş çıxarmaq qabiliyyətini əks etdirən obrazlı linqv...

Doğa kültür karşıtlığı: İnsan-Doğa ilişkilerinin modernizme yansıması

Makalede insan-doğa ilişkilerinin modernist düşüncedeki yansımasından bahsedilmektedir. Modern çağımızda bu ilişkiler ritüel işlevini kaybetmiş olsa da hâlâ kültür ve felsefeyi besleyen ana temel rolünü üstlenmektedir. M...

Azərbaycan milli caz sənətinin səciyyəvi cəhətləri

Caz özündə rəngli ifa üsulları, janr, forma, üslub xüsusiyyətləri ehtiva edən maraqlı yaradıcılıq sahəsidir. XIX əsrin sonlarına doğru Amerikaya işçi qüvvəsi olaraq Afrikadan gətirilmiş zənci əhalinin folklor nümunələr...

VIENNA CONVENTION ON THE LAW OF TREATIES

Abstract The Vienna Convention on the Law of Treaties, adopted in 1969 and entering into force in 1980, stands as a cornerstone in international law, providing a comprehensive framework for the formation, interpretati...

QƏRAR NƏZƏRİYYƏ MODELLƏRİNİN NÖVLƏRİ

Xülasə Modelləşdirmə bütün bilik sahələrində tədqiqatın əsas metodu və mürəkkəb sistemlərin xüsusiyyətlərini qiymətləndirmək üçün elmi əsaslandırılmış metoddur. Hal-hazırda modelləşdirmə insan fəaliyyətinin demək olar...

Download PDF file
  • EP ID EP764431
  • DOI 10.36719/2789-6919/43/21-25
  • Views 9
  • Downloads 0

How To Cite

Xankişi Məmmədov (2025). Mətbəxlə bağlı bəzı frazeoloji ifadələrin harmoniyası. Scientific Research, 5(3), -. https://europub.co.uk/articles/-A-764431