Müxtəlifsistemli dillərdə qohumluq bildirən frazeoloji birləşmələrin sosio-linqvistik təhlili

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 3

Abstract

Frazeoloji birləşmələr hər bir xalqın həyat təcrübəsini, tarixi keçmişini, adət və ənənələrini, mentalitetini, müdrikliyini, hazırcavablığını, mürəkkəb situasiyalardan baş çıxarmaq qabiliyyətini əks etdirən obrazlı linqvistik vahidlərdir. Zamanın sınağından çıxan, nəsildən-nəslə ən qiymətli yadigar kimi keçən frazeoloji vahidlər özlərinin kommunikativ-ifadə zənginliklərini saxlamaqla getdikcə cilalanır, saflaşır, məna siqləti, obrazlılığı artır, yeni-yeni məna çalarları kəsb edir. Dünyanın bütün dillərində frazeoloji vahidlərin yaranma yolları və üsulları eyni olmasa da, oxşar və universal cəhətləri çoxdur. Bu, hər şeydən əvvəl, dildaxili və dilxarici amillərin təsiri ilə izah oluna bilər. Frazeoloji birləşmələrin bir qismi qohumluq terminləri leksikası əsasında formalaşır. Qohumluq terminlərinin iştirakı ilə yaranmış frazeologizmlər bütün dünya dillərində geniş yayılmışdır. Maraqlıdır ki, bu baxımdan bütün mövcud dil sistemlərində bir yaxınlıq hiss olunur. Bu baxımdan ayrı-ayrı dilləri birləşdirən universal xüsusiyyətlər daha çox nəzər-diqqəti cəlb edir. Qohumluq terminlərilə düzələn frazeologizmlərdə hər hansı bir qohumluq bildirən, ailə üzvlərinin münasibətlərini bildirən sözlərin iştirak etməsilə düzələn vahidlərdir. Qohumluq anlayışları ifadə edən sözlər bütün üslublarda işlədilir və frazeoloji vahidlərinin komponenti kimi xüsusi ekspressiv, üslubi çalarlıq ifadə edir.

Authors and Affiliations

Bənövşə Əsgərova

Keywords

Related Articles

Diş tacı qüsurlarının taxmalar vasitəsilə bərpa edilməsi

Xülasə Diş tacı problemlərini bərpa etmək üçün itirilmiş və ya zədələnmiş dişləri implantlarla əvəz etmək adi bir təcrübədir. Adətən titandan ibarət olan diş implantı diş kökü funksiyasını yerinə yetirmək üçün cərrahi...

Neftçala rayonu ərazisində suyun bəzi keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Təqdim olunan məqalə Neftçala rayonu ərazisindən götürülmüş içməli su nümunələrinin orqano­leptik və bəzi kimyəvi göstəricilərinin müəyyənləşdirilməsinə və əldə olunan nəticələrin normativ sənədlərlə müqayisəsinə həsr ol...

OVERDRAFT CREDIT: ITS HISTORY, FEATURES, TYPES, PROS AND CONS

Abstract The asset operation of the bank is one of its primary functions. Banks fulfill their role as creditors by allocating the money they raise to charitable organizations and individuals in need. A relationship be...

Qərbi Azərbaycana qayıdış

Xülasə Qərbi Azərbaycan torpaqlarında hər daş, hər qaya sanki: “Mən qədim oğuz eli, türk yurduyam”- deyir. Yerin altından da, yerin üstündən də türk izləri çıxır. Yerin üstündəkiləri saxtalaşdıran ermənilər yerin altı...

İKİLİK SAY SİSTEMİNİN TƏTBİQLƏRİ

Xülasə Ən geniş tətbiq olunan ikilik say sistemidir. . İndiyə qədər mövcud olan, o cümlədən, müasir kompüterlərdə informasiyanın maşındaxili təsviri üçün ikilik say sistemlərindən istifadə olunur.Hal hazırda rum say sis...

Download PDF file
  • EP ID EP764436
  • DOI 10.36719/2789-6919/43/50-53
  • Views 23
  • Downloads 0

How To Cite

Bənövşə Əsgərova (2025). Müxtəlifsistemli dillərdə qohumluq bildirən frazeoloji birləşmələrin sosio-linqvistik təhlili. Scientific Research, 5(3), -. https://europub.co.uk/articles/-A-764436