«Molla Nəsrəddin» məcmuəsində Azərbaycan qadınının taleyi

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 1

Abstract

Bu məqalədə Azərbaycan publisistikasında XX əsrin əvvəllərinə Mirzə Cəlil, M. Ə. Sabir, Ö. F. Nemanzadə, M. Möcüz və b. sənətkarların yaradıcılıq xüsusiyyətlərindən yoğrulan, Azərbaycan publisistikasında uzun müddət ictimai problemlərin güzgüsünə çevirilən “Molla Nəsrəddin” jurna­lında istənilən zaman kəsimində ən qlobal mövzulardan biri olan qadın taleyi məsələsinin əksi araş­dırılır. Azərbaycan inqilabi-demokratik mətbuat tarixində «Molla Nəsrəddin» satirik məcmuəsi gör­kəmli yer tutur. 1906-cı il aprelin 7-dən 1931-ci il yanvarın 7-nə kimi müəyyən fasilələrlə nəşr olunmuş bu jurnalın ətrafına Azərbaycanın ən istedadlı, vətənpərvər şair və yazıçıları toplaşmışdılar. Səhifələrində dövrünün demək olar ki, bütün hadisələrini əks etdirən bu məcmuənin əsas məqsədi geriliyə, avamlığa, cəhalətə qarşı mübarizə aparmaq, elmi, maarifi, demokratiyanı təbliğ etmək idi. İyirmi beş ilik fəaliyyəti dövründə bu mübariz məcmuə Şərq qadını probleminə öz səhifələrində geniş yer vermişdir. Məlumdur ki, jurnalın qadın azadlığı uğrunda apardığı mübarizə, Şərq fanatizminə qarşı, maarif və mədəniyyət uğrunda mübarizə demək idi. Belə ki, «Bəs hər kəs öz millətini sevir, onun gələcəyinin parlaqlığını arzu edir, arvadların təlim və tərbiyələrinə çalışmalıdır. Onların hüququnu qaytarıb, sərbəstliyini qaytarıb, əql və zəkasına meydan verməlidir».

Authors and Affiliations

Zəhraxanım Seyidova

Keywords

Related Articles

MÜƏSSİSƏNİN BİZNES PROSESİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ

Xülasə İqtisadi ədəbiyyatda “biznes” termininin müxtəlif anlayışlarına rast gəlinir. Məsələn, Alan Xosking biznesə belə tərif vermişdir: “Biznes təbii nemətlərin hasilatı, əmtəənin istehsalı, yaxud əldə edilməsi və sa...

NAXÇIVANA QARŞI İDDİALAR VƏ KİLSƏ TƏBLİĞATI

Xülasə Qriqorian kilsəsinin XIX əsrdən bəri daha fəal şəkildə erməni terror siyasi təşkilatlarının, Ermənistan dövlətinin, eləcə də xarici ölkələrin dəstəklədiyi erməni lobbisinin siyasi alətinə çevrildiyi bəllidir. X...

“Multikulturalizm”, “avrosentrizm” və “avropaçılıq”

Xülasə Azərbaycanda multikultural dəyərlərə hörmət edilməsi dövlət siyasətimizin prioritet isti­qamətlərindən birini təşkil edir. Bu gün multikulturalizm probleminə marağın artması bütün dün­yada olduğu kimi, bizim öl...

AZƏRBAYCANDA BƏDİİ DİLİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Xülasə Məqalədə Azərbaycan bədii dilinin inkişaf özəlliklərindən danışılır. Bu baxımdan, bədii dilimizin müxtəlif tarixi dönəmlərdə qazandığı əsas xüsusiyyətlər ön plana çəkilir. Bu xüsusiyyətlər içərisində yeni söz v...

Tarixi romanlarda şahzadələrin şəxsiyyəti və müəllif mövqeyi

Bu məqalədə tarixi romanlarda kraliçaları hakimiyyətə sahib olan və saray həyatının mürək­kəbliklərini idarə edən güclü və nüfuzlu şəxsiyyətlər kimi necə təsvir edildiyi müzakirə edilir. Bu romanlar tarix boyu kraliçalar...

Download PDF file
  • EP ID EP756350
  • DOI 10.36719/2663-4619/110/27-30
  • Views 24
  • Downloads 0

How To Cite

Zəhraxanım Seyidova (2025). «Molla Nəsrəddin» məcmuəsində Azərbaycan qadınının taleyi. Scientific Work, 19(1), -. https://europub.co.uk/articles/-A-756350